M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Öyrənmə prosesinin təbii-elmi və psixoloji əsasları



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə45/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Öyrənmə prosesinin təbii-elmi və psixoloji əsasları. 
Öyrənmə prosesinin təbii – elmi əsasını ali sinir fəaliyyəti haq-
qında təlim təşkil edir (İ.M.Seçenov, İ.P.Pavlov). Bu təlimə 
görə, idrak prosesi mərkəzi sinir sistemi vasitəsilə orqanizmin 
xarici mühitlə əlaqəsi yolu ilə baş verir. Beynin işinin əsasında 
refleks, yəni orqanizmin müxtəlif qıcıqlara (əşyalara, sözlərə) 
cavab reaksiyası durur. Belə cavab reaksiyaları şərtsiz (ana-
dangəlmə) və şərti (həyatda qazanılma) reflekslərlə bağlıdır. 
Bizim həyati təcrübələrimiz, adətlərimiz məhz şərti refleks-
lərdən ibarətdir. 
Ali sinir fəaliyyətinin bir çox qanunauyğunluqları təlim-
tərbiyə prosesini düzgün təşkil etməyə, mənimsəmənin səmərə-
sini yüksəltməyə kömək göstərir. Baş beyin qabığının təhlil-
tərkib fəaliyyəti, I və II siqnal sistemlərinin qarşılıqlı əlaqəsi, 
analizatorların fəaliyyəti, idrak proseslərinin fizioloji mexa-
nizmləri, irradasiya və konsentrasiya qanunu, assosiasiya, di-
namik stereotip və s. haqda təlimlər didaktik problemlərin həlli 
baxımından mühüm əhəmiyyət kəsb edir.
Mənimsəmə prosesində keçmiş biliklərə, təsəvvürlərə, tə-
ləbənin şəxsi təcrübəsinə istinad etmək də vacib şərtdir: mə-
nimsəmə – başqalarının təcrübəsinin (əvvəlki nəsillərin bilik və 
təcrübəsinin) insanın öz şəxsi təsəvvürləri və təcrübəsi ilə qo-
vuşmasıdır (İ.M.Seçenov). Bu o deməkdir ki, tələbənin şəxsi 
təcrübəsindən keçməyən, həmin təcrübəyə istinad etməyən 
məlumat tam mənimsənilə bilməz. 
Təlim prosesində fizioloji qanunauyğunluqlarla yanaşı, 
müəyyən psixoloji qanunauyğunluqlar da özünü göstərir. 
Mənimsəmənin psixoloji əsasları. Biliklərin mənimsənil-
məsi prosesini yaxşı başa düşmək və idarə etmək üçün onun 
psixoloji mexanizmini bilmək vacibdir. Təlimdə tələbənin öyrən-
mə yolu bir neçə mərhələdən – qavrama, anlama, möhkəmlətmə 
və tətbiqetmə proseslərindən keçir. Qavrama hissi idrak mər-
hələsi olub, ətraf aləm haqqında dolğun təsəvvürlər əldə etməyə 
imkan verir. İdrakın bu pilləsinin vəzifəsi obyektiv aləm haqqında 


80 
tələbələrin təsəvvürlərini zənginləşdirməkdən, onlarda müşa-
hidəçiliyi inkişaf etdirməkdən ibarətdir.
Təsəvvürlər nə qədər aydın və dolğun olarsa, qavramadan 
anlamaya keçid mərhələsi bir o qədər asan olar. 
Anlama mənimsəmənin əsas şərtidir. O, məntiqi idrak 
pilləsi olub ətraf aləmdəki cisim və hadisələrin ümumi və mü-
hüm əlamətlərinin, onlar arasındakı əlaqə və asılılıqların dərk 
edilməsinə kömək edir. Anlama təfəkkürlə müşayiət olunur. 
Anlayışın tam və dolğun olması üçün tələbələri təfəkkür əmə-
liyyatlarına – təhlil-tərkib, müqayisə, ümumiləşdirmə, mücər-
rədləşdirmə, konkretləşdirmə və s. geniş cəlb etmək vacibdir. 
Bu halda təlim materialı şüurlu və möhkəm mənimsənilir.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin