M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Təlimin qanunları və prinsipləri



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə47/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   142
Ali mekteb pedaqogikasi-kitab

 
4. Təlimin qanunları və prinsipləri 
Təlimin özünəməxsus qanunları (qanunauyğunluqları) 
vardır. Onların dərk edilməsi və düzgün nəzərə alınması təlim 
prosesinin səmərə və keyfiyyətini artırmağa, onu elmi əsasda 
idarə etməyə imkan verir. Əksinə, bu qanunlara laqeyd yanaş-
dıqda təlim kortəbii xarakter daşıyır, lazımi nəticə vermir. 
Təlim prosesini düzgün idarə etmək üçün, ilk növbədə, 
“qanunauyğunluq”, “qanun”, “prinsip” və “qayda” məfhumlarının 
mahiyyətini yaxşı başa düşmək lazımdır. Təlimin qanunauyğun-
luqları dedikdə, bu prosesə obyektiv şəkildə xas olan ümumi, mü-
hüm, sabit və təkrarlanan əlaqələr, səbəb-nəticə asılılıqları başa 
düşülür. Qanunauyğunluqlar müəllimdən asılı olmayaraq obyek-
tiv şəkildə təlim prosesində mövcuddur. Onları öyrənməklə elm 
müvafiq qanunları müəyyən edir. Təlimin qanunları bu prosesdə 
özünü göstərən qanunauyğun əlaqələrin mahiyyətinin aydın, 
dəqiq, məntiqi ifadəsidir. 
Təlimin qanunları təlim prosesinin ünsürləri (məqsəd, 
məzmun, vasitə, metod, forma, nəticə) arasındakı əlaqə və asılı-
lıqları ifadə edir: təlim ünsürlərinin birində olan dəyişiklik 
qanunauyğun olaraq digərlərində də dəyişikliyə gətirib çıxarır. 


82 
Təlimin qanunları təlim prinsiplərində öz əksini tapır. 
Təlim prinsipləri təlimin qanunlarını əks etdirən, təlim prose-
sinin səmərəli qurulmasına imkan verən ilkin ideyalar, fəaliyyət 
normaları, əsas tələblərdir. Qanunlar və prinsiplər çox yaxın an-
layışlardır: qanun obyektiv əlaqələri əks etdirir (məsələn, H
2

birləşməsi bütün hallarda suyu təşkil edir). Prinsip isə qanunun 
həyata keçməsi şərtlərini bildirir (məsələn, suyu almaq üçün 2 
atom hidrogenlə 1 atom oksigeni birləşdirmək lazımdır). 
Təlimin qaydaları təlim prinsiplərini həyata keçirməyin 
şərtlərini, istiqamətlərini, müəllim üçün tövsiyələri əks etdirir 
(bu və ya digər prinsipi reallaşdırmaq üçün nə etmək lazım-
dır?).
Pedaqoji ədəbiyyatda təlim prinsiplərinin təsnifatı ilə 
bağlı vahidlik yoxdur; bu sahədə müxtəlif fərqli mövqelər özü-
nü göstərir. Belə fərqlər isə prinsiplərin əsasında duran təlim 
qanunlarının kifayət qədər öyrənilməməsi ilə izah oluna bilər. 
Təlim prinsipləri didaktik qanunlarla sıx bağlı olduğundan 
onları həmin qanunlar əsasında təsnif etmək daha düzgündür. 
Təlim prinsipləri təlim prosesinin müxtəlif ünsürləri arasında 
çoxcəhətli əlaqələri tənzim etməyə xidmət göstərir. Təlimin ün-
sürləri və qanunları ilə prinsipləri arasındakı əlaqələri nəzərdən 
keçirək (bax: cədvələ, səh.83). 
Təlim prinsiplərinin göstərilən təsnifatı şərtidir, çünki real 
təcrübədə təlim vahid, bütöv bir proses kimi cərəyan edir. 
Prinsiplərin mahiyyətini ayrılıqda nəzərdən keçirək . 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin