94
- tələbələrin təlim işini elmi işlə sıx əlaqələndirmək;
- kafedraların elmi-tədqiqat işlərini mütəxəssis hazırlığı-
nın keyfiyyətini yüksəltmək vəzifəsinə yönəltmək.
Təlimdə kollektiv və fərdi iş formalarının əlaqələndi-
rilməsi prinsipi. Bu prinsip təlimin təşkilinin kollektiv və fərdi
formalarını düzgün əlaqələndirməyi
nəzərdə tutur və belə bir
qanuna əsaslanır: təlimin kollektiv forması ilə tələbələrin fərdi
müstəqil işi nə qədər səmərəli və məqsədyönlü şəkildə əlaqə-
ləndirilirsə, bütövlükdə təlim prosesinin, eləcə də mütəxəssis
hazırlığının keyfiyyəti bir o qədər yüksək olur.
Ali məktəbdə
təlimin kollektiv forması üstünlük təşkil etsə də
elmi biliklərin
mənimsənilməsi prosesi fərdi səciyyə daşıyır. Mücərrəd tələbə
yoxdur: tələbə həmişə fərdidir, özünəməxsusdur. Qrupda olan
tələbələrin hazırlıq
və psixi inkişaf səviyyəsi, qabiliyyətləri,
zehni qüvvələri və imkanları eyni deyildir. Hər tələbənin zehni
yükünü düzgün müəyyənləşdirmək və buna müvafiq olaraq
onunla fərdi iş aparmaq lazım gəlir.
Fərdi iş forması müxtəlif məzmunda ola bilər: icmal tərti-
bi; mühazirə mətnlərinin tərtibi; laborator və praktik işlərin ic-
rası; proqramın nisbətən çətin mövzularının öyrənilməsi; yeni
mövzu ilə bağlı əvvəllər keçilən materialların təkrarı; müəyyən
problem üzrə ədəbiyyatla tanışlıq;
ilk mənbələr üzərində iş,
elmi iş və s.
Tələbə fərdi iş formasında semestr ərzində hər fənn üzrə
on tapşırığı yerinə yetirməlidir. Müəllim fərdi iş üçün tapşı-
rıqları vaxtaşırı semestrdə üç dəfə (müəyyən qrafik üzrə) yox-
layıb qiymətləndirməlidir (on bala qədər). Tələbənin fərdi müs-
təqil işi nə qədər vacib olsa da, digər formaları, o cümlədən
kollektiv formanı əvəz edə bilməz.
Deməli, təlimdə heç bir formanı universallaşdırmaq ol-
maz; onlari optimal şəkildə əlaqələndirmək vacibdir. Belə ol-
duqda hər bir formaya xas olan zəif cəhətləri neytrallaşdırmaq
mümkündür.
Bu
prinsipin tətbiqi bəzi qaydalara əməl olunması ilə
95
bağlıdır:
- tələbələrin fərdi xüsusiyyətlərini, zehni və psixi inkişaf
səviyyələrini, imkan və qabiliyyətlərini yaxşı öyrənmək və bu
əsasda
fərdi işi müəyyənləşdirmək;
- fərdi işlə kollektiv işi düzgün əlaqələndirmək;
- fərdi işləri tələbənin gücünə, hazırlıq səviyyəsinə uyğun
olaraq optimal şəkildə aparmaq;
- fərdi işləri vaxtaşırı (qrafik üzrə) yoxlayıb müvafiq balla
düzgün qiymətləndirmək və tələbəni həvəsləndirmək.
Nəzərdən keçirilən prinsiplər real təlim prosesində qarşı-
lıqlı vəhdətdə tətbiq olunur və bir-birini şərtləndirir. Hər hansı
prinsipə etinasızlıq göstərmək digər prinsiplərin də təsir gücünü
zəiflədə bilər. Məsələn, əyanilik prinsipi şüurluluq, elmilik və
biliklərin möhkəmləndirilməsi prinsipləri ilə qarşılıqlı
vəhdət
təşkil edir. Əgər müəllim ehtiyac olduğu halda əyanilikdən isti-
fadə etmirsə, bu hal biliyin şüurlu və möhkəm mənimsənilmə-
sinə müəyyən dərəcədə mane ola bilər. Buna görə də təlimin
bütün prinsiplərini kompleks halda tətbiq etmək vacibdir.
Yalnız bu şərtlə təlimi səmərəli qurmaq olar.
Dostları ilə paylaş: