M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Təlimin optimal təşkili prinsipi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə51/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Təlimin optimal təşkili prinsipi. Bu prinsip məqsəddən 
və konkret şəraitdən çıxış edərək, ən münasib (optimal) təlim 
variantı seçib tətbiq etməyi və mümkün olan yüksək nəticəyə 
nail olmağı nəzərdə tutur. O, belə bir qanuna əsaslanır: təlimin 
məzmunu onun məqsədinə, vasitə, metod və formaları isə məz-
mun və məqsədə uyğun seçilib tətbiq edildikdə bütövlükdə tə-
lim prosesi yüksək səmərə verir, onun optimal təşkilinə imkan 
yaranır. 
Optimallaşdırma pedaqoji prosesin dialektik təbiətindən 
irəli qəlir: pedaqoji işə universallıq, standartlıq yaddır; bütün 
hallar üçün eyni dərəcədə yararlı vasitə, metod və forma ola 
bilməz. Bu səbəbdən iki paralel qrupda eyni müəllimin eyni 
mövzuda və eyni metodik variantda keçdiyi məşğələlərin biri 
yaxşı alındığı halda, digəri alınmaya bilər. Deməli, müəllim di-
gər məşğələ üçün optimal variant seçib tətbiq edə bilməmişdir. 
Təlimin optimallaşdırılması şablon və stereotiplərdən 
uzaqlaşmağa, işə yaradıcı yanaşmağa, qarşıda duran vəzifələrin 
optimal həlli yollarını tapmağa imkan verir. Bu da yeni pe-
daqoji təfəkkürün mühüm şərtini təşkil edir. 
Təlimin optimal təşkili prinsipi müxtəlif qaydalarla hə-
yata keçirilir: 
- təlimin qarşısında duran vəzifələri (təhsil, tərbiyə və 
inkişaf) düzgün müəyyənləşdirmək; 
- təlimin optimal məzmununu (nə öyrəniləcək, hansı sis-
temdə, hansı həcmdə, hansı çətinlikdə və s.) müəyyənləşdirmək; 
- konkret mövzu və auditoriya üçün optimal metodik 


89 
variant seçib tətbiq etmək; 
- nəticələri optimallıq baxımından (az vaxt və qüvvə sərf 
etməklə mümkün olan yüksək nəticə əldə edilməsi) təhlil edib, 
öz işini qiymətləndirmək. 
Müvafiqlik prinsipi. Bu prinsip təlimi tələbələrin yaş və 
anlama səviyyəsinə, gücünə uyğun qurmağı nəzərdə tutur. Tə-
lim gücə uyğun olmadıqda tələbədə özünə inamsızlıq baş qal-
dırır, müəllimin zəhməti, səyi hədər gedir. Müvafiqlik prinsipi 
belə bir qanuna əsaslanır: təlim prosesi tələbənin real təhsil 
imkanları – anlama və zehni inkişaf səviyyəsini nəzərə almaqla 
qurulduqda onun keyfiyyəti yüksəlir, fənnə maraq artır və ək-
sinə. 
Müvafiqlik prinsipinə iki cür baxış mövcuddur: birinci 
baxışa görə, təlim tələbənin səviyyəsinə tam uyğun olmalı, 
ikinci baxışa görə isə təlim tələbənin səviyyəsindən nisbətən 
çətin olmalı və onu öz ardınca aparmalıdır. İkinci mövqe in-
kişafetdirici təlim baxımından daha yararlıdır. 
Müvafiqlik prinsipi mürəkkəb (çətin) materialları didak-
tik baxımdan düzgün işlənmək şərtilə tələbələrə aydın, asan 
şəkildə çatdırmağı nəzərdə tutur. Bunun üçün elmi informa-
siyaların həcmi, çətinliyi, mənimsənilmə tempi tələbələrin real 
təhsil imkanlarına uyğun qurulmalıdır. Mühazirəyə və məşğə-
ləyə hazırlıq prosesində müəllim auditoriyanın (tələbələrin) sə-
viyyəsini, imkanlarını nəzərə alaraq tədris materialının çətinlik 
dərəcəsini, oradakı əsas məsələləri müəyyənləşdirir. Sonra isə 
məşğələnin psixoloji – didaktik şərtləri və optimal metodik 
variantı üzərində düşünür. 
Müvafiqlik prinsipi bir neçə qaydada həyata keçirilir: a) 
asandan çətinə; b) məlumdan məchula (məchulu məlum əsasın-
da öyrətmək); c) ümumidən xüsusiyə (obyekt haqqında ümumi 
təsəvvür verdikdən sonra onun xüsusi hallarına keçmək); ç) sa-
dədən mürəkkəbə (sadə məsələlərdən tədricən mürəkkəb mə-
sələlərə keçmək). 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin