102
edilmişdir. 2007-2008-ci dərs ilindən etibarən tətbiq olunur.
Fənn kurikulumları ilə bağlı dərsliklər müsabiqə yolu ilə
(nəşriyyatların müsabiqədə iştirakı ilə) hazırlanır və xüsusi ko-
missiya tərəfindən müəyyən meyarlar əsasında keyfiyyət
baxımından qiymətləndirilir. Müsbət qiymət alan (çox bal
toplayan) dərsliklər Təhsil Nazirliyinin sifarişi ilə nəşr edilir və
məktəblərə göndərilir. Dərsliklərlə yanaşı müəllimlər üçün
metodik tövsiyələr, təhsilalanlar üçün isə iş dəftərləri hazırlanır.
Kurikulumun əsas komponentlərini
məzmun standartları
təşkil edir. Bu standartlar hər fənn üzrə veriləcək bilik, bacarıq
və vərdişləri (nəyi bilməli? nəyi bacarmalı?) özündə əks etdirir.
Kurikulumda əsas diqqət məhz bacarıq və vərdişlərin for-
malaşdırılmasına yönəlir: təlimdə başlıca məqsəd bilikləri yad-
da saxlamaq yox, onları tətbiq edib, bacarıq və vərdişlərə yi-
yələnmək hesab olunur. Yəni biliklərə bacarıq səviyyəsində yi-
yələnmək tələb olunur. Bu bacarıqlar vaxtaşırı olaraq test yolu
ilə yoxlanılıb qiymətləndirilir. Qiymətləndirmə həm sinif, həm
məktəb, həm də Nazirlik səviyyəsində (keçid və buraxılış imta-
hanları yolu ilə) aparılır.
Kurikulumda təhsilin məzmunu ilə yanaşı onun
mənim-
sənilməsi texnologiyası da (təlimin vasitələri, metod və forma-
ları, nəticələrin qiymətləndirilməsi) öz əksini tapır. Bununla da
o, tədris proqramlarindan fərqlənir.
Təhsil kurikulumları xaraktercə
müxtəlif növlərdə olur:
fənyönümlü, şəxsiyyətyönümlü, nəticəyönümlü və s. kuriku-
lumlar. Fənyönümlü kurikulumlar konkret fənn üzrə standart-
ları əhatə edir. Şəxsiyyətyönümlü kurikulumlar şəxsiyyət üçün
vacib keyfiyyətləri – həyati bacarıq və vərdişləri əhatə edir.
Nəticəyönümlü kurikulumlar təhsildə əldə ediləcək nəticələri
(fənlər,siniflər və təhsil pillələri üzrə), onlarla bağlı bacarıq və
vərdişləri əhatə edir.
Təhsil proqramlarının (kurikulumun) bütün təhsil pillə-
lərində, o cümlədən ali təhsildə tətbiqi nəzərdə tutulur.
Dostları ilə paylaş: