M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə67/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Diskussiya metodu elmi mübahisə deməkdir. Bu metod 
tələbələri fəallaşdırır, təlimə maraq yaradır, biliklərin şüurlu 
mənimsənilməsinə imkan verir. Diskussiya zamanı müəyyən 
problem üzrə müxtəlif baxışlar, mövqelər irəli sürülür, hər kəs 
öz mövqeyinə haqq qazandırmağa, digər mövqeyi təkzib etmə-
yə çalışır. 
Təlimin məntiqi metodları nəzəri biliyin – anlayış və 
qanunların dərk edilməsi, ümumiləşdirmə aparılması məqsədi 
güdən təfəkkür metodlarıdır. Bu metodlara analitik-sintetik və 
induktiv-deduktiv metodlar daxildir. 
Analitik metodlar müəyyən obyekti fikrən tərkib hissə-


111 
lərinə və ya əlamətlərinə ayırmaq məqsədi güdür. Bu metodlara 
müqayisə (oxşarlıq və fərqi müəyyənləşdirmək), təsnifetmə 
(əşya və faktları əsas əlamətlərinə görə ayırmaq), analogiya (bir 
obyektlə bağlı biliyi digər obyektə keçirmək) və b. daxildir. 
Sintetik metodlar obyektin ayrı-ayrı hissə və əlamətlərini 
fikrən bir tam halında birləşdirmək məqsədi güdür. Bu yolla 
öyrənilən obyekt (cisim və hadisə) haqqında tam təsəvvür ya-
ranır. Sintetik metodlara sistemləşdirmə (obyektlərin müəyyən 
prinsip (əlamət) əsasında sistemə salınması), ümumiləşdirmə 
(ümumi xassəyə malik olan cisim və hadisələrin fikrən birləşdi-
rilməsi), konkretləşdirmə (ümumi müddəanın xüsusi hallara tət-
biq edilməsi), sübutetmə (fikirlərin əsaslandırılması) və b. me-
todlar daxildir. 
 nduktiv metod xüsusidən ümumiyə, deduktiv metod isə 
ümumidən xüsusiyə keçməklə əqli nəticə çıxarmaq metodudur. 
Məntiqi metodlar digər təlim metodları ilə, xüsusən kitab 
üzərində iş metodları ilə sıx bağlıdır. 
Kitab üzərində iş metodları bilik mənbəyi kimi kitab-
dan müxtəlif məqsədlərlə istifadə etməyi nəzərdə tutur. Kitab 
üzərində iş metodları və tərzləri çoxdur: əsas fikrin tapılması, 
plan, tezis və konspekt tərtibi, oxunanları fikirdə nəzərdən ke-
çirmək, oxu metodları (tam və hissələrlə oxumaq) və s. 
Təlimdə, bütün fənlərdə tələbələri kitab üzərində işə 
geniş cəlb etmək, təkcə dərslik və dərs vəsaitlərinə yox, eyni 
zamanda ilk mənbələrə, lüğət və məlumat ədəbiyyatına, bədii 
ədəbiyyata istinad etmək vacibdir.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin