M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Nəzəri biliyin (anlayış və qanunların) mənimsədil-



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə65/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   142
Ali mekteb pedaqogikasi-kitab

2. Nəzəri biliyin (anlayış və qanunların) mənimsədil-
məsi metodları. Bu metodlar tələbələrin şüurunda düzgün elmi 
anlayışların yaradılması və qanunların dərk edilməsi məqsədi 
güdür. Bu qrup metodlara müəllimin şərhi, müsahibə, diskus-
siya, məntiqi metodlar, kitab üzərində iş metodları, problem-
axtarış metodları daxildir. 
Müəllimin şərhi metodu müəyyən faktı, hadisəni, anla-


109 
yış və qanunauyğunluğu şifahi şəkildə tələbələrə çatdırmaq me-
todudur. Bu metod az vaxtda daha çox informasiya verməyə 
imkan yaradır. 
Müəllimin şərhi üç növdə olur: nəql, izah, mühazirə. Nəql 
müəyyən hadisəni canlı, obrazlı şəkildə danışmaqdır. İzah hər 
hansı anlayışı, qaydanı dəlil və sübutlarla başa salmaqdır. Mü-
hazirə irihəcmli proqram materialını sistemli şəkildə çatdırmağa 
xidmət edir. 
Müəllimin şərhi öz xarakterinə görə məlumatverici və 
problem şəklində olur. Məlumatverici şərh hazır informasiya 
verməyi nəzərdə tutur. Problem şərh isə tələbələri düşündürmə-
yə xidmət edir: bu zaman müəllim mövzu üzrə müəyyən prob-
lemlər irəli sürür, ya özü, ya da tələbələrin iştirakı ilə onları həll 
edir. Belə şərh tələbələri fəallaşdırır, təlimə maraq oyadır. 
Bəzən müəllim məlumatverici şərhdən qabaq problem 
vəziyyət (situasiya) yaradır. Məsələn, “Yayın qızmar çağında su 
buza çevrilə bilərmi? Necə?”. Belə problem vəziyyət mövzuya 
tələbat yaradır. 
Şərhin səmərsi üçün müəyyən şərtləri gözləmək lazımdır: 
şərhin məzmunu (müəllimin danışığı) elmi və sistemli ol-
malı, tələbələrin anlama səviyyəsinə müvafiq gəlməlidir; fikir-
lər aydın və anlaşıqlı olmalı, sübut edilməlidir; nəzəri biliklər 
həyatla əlaqələndirilməlidir; şərh zamanı tələbələrin fəallığı tə-
min edilməlidir (qeydlər aparmaq, diskussiya elementləri və s.). 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin