112
lem tələbələr tərəfindən müstəqil həll olunur) metodları.
Tədqiqatçılıq metodu tələbənin daha yüksək müstəqilliyi-
nə əsaslanır. Bu zaman tələbə problemli
təlimin bütün pillələ-
rini müstəqil yerinə yetirir.
Problemli təlimin pillələrinə aşa-
ğıdakılar daxildir:
1) fakt və hadisələrin müşahidəsi və təhlili;
2) problemin (həlli tələb olunan məsələnin) qoyuluşu;
3) problemin həlli yollarının axtarışı (kollektiv müza-
kirəsi): fərziyyələrin irəli sürülməsi və yoxlanması;
4) problemin həllinə dair nəticə çıxarılması.
Müəllim tələbələri problemli təlimin bütün mərhələlərinə
cəlb etməli, elmi idrak metodları ilə onları tanış etməli, tədricən
problemin müstəqil həlli üçün tədqiqatçılığa alışdırmalıdır.
3. Bacarıq və vərdişləri formalaşdıran metodlar. Bu
metodlar nəzəri biliyi tətbiq etdirməklə bacarıq
və vərdiş ya-
ratmaq məqsədi güdür. Bu qrupa çalışmalar, praktik və la-
borator işlər, didaktik oyunlar və s. daxildir.
Çalışmalar metodu bir çox fənlərdə geniş yayılmış me-
toddur. Çalışmalar müxtəlif növdə olur: yazılı, şifahi, qrafik,
musiqi, bədən tərbiyəsi çalışmaları. Tələbələrin müstəqillik sə-
viyyəsindən asılı olaraq çalışmaların üç tipi ayırd edilir: nümu-
nə üzrə çalışmalar (hazır nümunə əsasında icra edilir), variativ
çalışmalar (biliklərin yeni şəraitdə tətbiqinə əsaslanır), yaradıcı
çalışmalar (biliklərin müxtəlif hallara yaradıcı tətbiqinə əsas-
lanır).
Praktik işlər nəzəri bilikləri hər hansı
əməli işlərə tətbiq
etmək metodudur: ölçmə, hesablama işləri, tədris-təcrübə sahə-
sində iş, bitki becərilməsi, təcrübəçilik və konstruktorluq işləri
və s. Praktik işlər müəllimin təlimatı ilə başlayır: müəllim nəyi
və necə görmək haqda izahat verir. Sonra tələbələr əməli işi
müstəqil yerinə yetirirlər. Müəllim bu zaman nəzarət edir, isti-
qamət verir. Axırda görülmüş işlər yekunlaşdırılıb qiymətlən-
dirilir.
Laborator məşğələlər tələbələrin müstəqil təcrübələr və
113
müşahidələr aparması metodudur. Məs., mikroskop altında can-
lıları öyrənmək, hava, bitki və heyvanlar üzərində uzunmüddət-
li müşahidələr aparmaq, müxtəlif təcrübələr qoymaq və s. belə
işlərdəndir.
Laborator məşğələlər iki növdə olur: frontal məşğələlər
və praktikumlar.
Frontal məşğələdə bütün tələbələr
eyni işi, təcrübəni ye-
rinə yetirir, praktikum zamanı isə kiçik qruplarla (3-5 nəfərlik)
müxtəlif işi, təcrübələri icra edirlər. Birinci halda müəllim
şifahi, ikinci halda isə yazılı təlimatdan istifadə edir. Axırda gö-
rülmüş işlərə yekun vurulur, onlar təhlil edilib qiymətləndirilir.
Didaktik oyun metodları biliklərin möhkəmləndirilməsi,
tətbiqi məqsədi güdən idrak oyunlarıdır.
Son vaxtlar işgüzar rollu oyunlardan geniş istifadə olu-
nur. Məs., xarici dil dərslərində tələbələrə müxtəlif rollar (səy-
yah, müəllim, həkim, satıcı, alıcı, sürücü və s.) tapşırılır, hərə
öz rolunu ifa edir. Bu metodla keçilən eksperimental dərslər
(Q.Kitayqorodskayanın intensiv metodu)
göstərir ki, tələbələr
xarici dili daha tez və həvəslə öyrənirlər.
Dostları ilə paylaş: