M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə71/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   142
Ali mekteb pedaqogikasi-kitab

 
 
“Ziqzaq” metodu məşğələlərdə tələbələrin fəallığını yük-
səltməyə istiqamətlənir. Müəllim öyrəniləcək mətni hissələrə 
bölür (məsələn, 4 hissəyə). O, qrupu da 4 hissəyə bölür. Mətnin 
1-ci hissəsini hər qrupdan bir tələbəyə, ikinci hissəni hər qrup-
dan olan digər tələbələrə, 3-cü hissəni hər qrupdan 3-cü 
tələbəyə, 4-cü hissəni hər qrupdan 4-cü tələbəyə tapşırır. Sonra 
mətnin 1-ci hissəsi üçün ayrılmış tələbələr (ekspertlər) bir yerə 
yığılıb o hissəni öyrənir və müzakirə edirlər. Digər hissələr də 
hər qrupdan ayrılmış ekspertlər tələbələr tərəfindən bu qaydada 
oxunub müzakirə edilir.
Sonra tələbələr (ekspertlər) öz yarımqruplarına qayıdıb 
oxuduqları hissəni onlara başa salırlar; qrup üzvləri qeydlər 
aparır, maraqlandıqları suallarla ekspertlərə müraciət edirlər.
“Klaster” (şaxələndirmə) metodu assosasiya yaratmaqla 
verilmiş məzmunu genişləndirməyi, ona aid yeni söz və ifa-
dələr tapıb yazmağı nəzərdə tutur. Məsələn, tələbə “Bakı” sö-
zünə müvafiq gələn Azərbaycan, neft, dəniz və s. sözləri seçib 
şaxələr ayırmaqla vərəqdə (yaxud yazı lövhəsində) qeyd edir. 
Bu metod təhlil-tərkib, qruplaşdırma, təsnifetmə kimi təfəkkür 


117 
əməliyyatlarının inkişafına kömək göstərir.
Təlim metodlarının seçilməsi və əlaqəli tətbiqi. Metod-
ların mexaniki şəkildə seçilib tətbiq edilməsi, başqa bir müəl-
limin metodlarını sadəcə təqlid edilməsi səmərə verə bilməz. 
Bu məsələyə yaradıcı yanaşmaq lazımdır. Təlim metodlarının 
seçilməsində müəyyən meyarlar əsas götürlür: təlim metodları 
təlimin prinsiplərinə, məqsədinə, materialın məzmununa, tələ-
bələrin hazırlıq səviyyəsinə, təlim şəraitinə və ayrılmış vaxta, 
nəhayət, müəllimin imkanlarına (təcrübəsinə, nəzəri və praktik 
hazırlığına, peşə bacarıqlarına və s.) uyğun seçilməlidir.
Təlimin qarşısında duran məqsəd və vəzifələri eyni bir 
metodla həyata keçirmək olmaz. Hər bir metod öz dominant 
funksiyasına uyğun olaraq bu və ya digər təlim vəzifəsini daha 
yaxşı yerinə yetirə bilər. Məsələn, az vaxtda daha çox informa-
siya vermək vəzifəsini müəllimin şərhi metodu ilə (müsahibə 
ilə yox) daha yaxşı həyata keçirmək olar. Bacarıq yaratmaq 
üçün isə çalışma metodu daha səmərəlidir. 
Eləcə də təlim materialının (məzmununun) bir qismi bir 
metodla (məsələn, müşahidə yolu ilə), digər qismi isə başqa 
metodla (məsələn, kitab üzərində iş metodu ilə) daha yaxşı 
mənimsədilə bilər.
Yenə bunun kimi, metodları seçərkən tələbələrin (audi-
toriyanın) real təlim imkanlarını da (hazırlıq dərəcəsi, zehni 
səviyyəsi, müstəqil iş qabiliyyətləri, düşünmə bacarığı və s.) 
nəzərə almaq lazımdır. Hazırlıq səviyyəsi yüksək olan qrupda 
bir cür metodlardan (problem təlim, axtarış, evristik müsahibə, 
müstəqil yaradıcı iş), hazırlıq səviyyəsi zəif olan qrupda isə 
digər metodlardan (müəllimin izahı, müsahibə, kitabla iş və s.) 
istifadə etmək səmərələdir.
Təlim metodları əlaqəli şəkildə tətbiq olunmalıdır. Bütün 
şəraitlər üçün yararlı olan universal metod yoxdur. Bu mənada 
“Mənim öz iş metodum var” deyən müəllimlərə haqq qazan-
dırmaq çətindir. Çünki təlimdə tək bir metoddan yox, metodlar 
kompleksindən istifadə edilir. 


118 
Təlim metodlarının seçilməsində göstərilən meyarlardan 
kompleks şəkildə istifadə etmək vacib şərtdir. Həmin meyar-
lardan hər hansı birinin nəzərə alınmaması təlimin nəticəsinə 
mənfi təsir göstərə bilər.  
Təlim metodları təlim vasitələri ilə sıx bağlıdır; metodlar 
vasitə zəminində seçilib tətbiq edilir.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin