121
2) verilir. Düzgün cavab alınanadək iş bu qaydada aparılır.
Tələbə suallara düzgün cavab verdikdə mətnin növbəti hissəsini
(«Mətn 2») öyrənməyə keçir.
Proqramlaşdırılmış təlim texnologiyası müəyyən üstün-
lüklərə malik olsa da (müstəqil iş, fərdi tepm, əks əlaqə, səhv-
lərlə iş və s.), bu zaman tələbənin zehni fəaliyyətinin gedişi
müəllimə aydın olmur; mənimsəmə prosesi lazımınca idarə
olunmamış qalır. Buna görə də proqramlaşdırılmış material
üzərində tələbinin müstəqil işini müəllimin işi ilə (izah, nəzarət,
ümumiləşdirmə, istiqamətləndirmə və s.), habelə başqa tex-
nologiyalarla əlaqələndirmək lazımdır.
Problemli təlim texnologiyası. Problemli təlim hazır in-
formasiyaların verilməsinə əsaslanan ənənəvi təlim texnologi-
yasından fərqli olaraq elmi biliklərin müstəqil surətdə əldə
edilməsini, yəni problem qoyub onun həlli yollarını tapmağı,
bilikləri yaradıcı tətbiq etməyi nəzərdə tutur.
Problemli təlimin özünə məxsus texnologiyası vardır. Bu
texnologiyanın
struktur ünsürlərini sxematik şəkildə belə
göstərmək olar:
Dostları ilə paylaş: