M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə82/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   142
Ali mekteb pedaqogikasi-kitab

 
Seminar məşğələləri 
Seminar məşğələləri praktik məşğələlərin əsas və geniş 
yayılmış formalarındandır. Seminar latınca “seminarium” sö-
zündən götürülərək “əkmək”, məcazi mənada isə “ocaq”, “mən-
bə”, “məktəb”mənalarını verir. Bu məşğələlər bir neçə funk-
siyanı yerinə yetirir: a) mühazirədə keçilən nəzəri biliklərin də-
rindən öyrənilməsini və konkretləşdirilməsini təmin etmək; b) 
nəzəriyyə və təcrübəni əlaqələndirmək, bacarıq və vərdişlər for-
malaşdırmaq; c) tələbələri təlim-idrak və elmi-tədqiqat fəaliy-
yətinə cəlb etmək; ç) elmi təhlil, müzakirə və mübahisə mədə-
niyyəti, öz fikirlərini ifadə etmək və əsaslandırmaq, başqalarını 
dinləmək, tənqid etmək bacarığını tərbiyə etmək; d) təlim ma-
teriallarının mənimsənilməsinə nəzarət etmək. 
Təlim təcrübəsində bu funksiyalardan sonuncusu ön 
plana çəkilir; seminarda əsas diqqət təlim müvəffəqiyyətinə 
nəzarət və qiymətləndirməyə verilir. Əslində isə seminar məş-
ğələlərinin səmərə və keyfiyyəti üçün göstərilən funksiyalar 
kompleks şəkildə həyata keçirilməlidir. 
Seminar məşğələlərinin tipləri müxtəlifidr: a) seminar-
sorğu; b) seminar-diskussiya (disput); c) referativ seminarlar; 
d) problematik seminarlar; f) proseminarlar; e) seminar-işgüzar 
oyunlar; ə) seminar- “dəyirmi masa”; g) seminar-yoxlama işi və s.
Seminar-sorğu aşağı kurslarda geniş tətbiq olunan for-
madır. Müəyyən mövzu üzrə tələbələrin cavablarına əsaslanır. 
Əvvəldən verilmiş plan üzrə hər hissəni bir tələbə danışır, digər 
tələbələrin verdiyi sualları cavablandırır. Axırda müəllim çıxış-
lara yekun vurur, cavabları təhlil edib qiymətləndirir, növbəti 


131 
seminarın mövzusunu, plan və ədəbiyyatını tələbələrə çatdırır. 
Seminar-diskussiya (disput) elmi mübahisə doğuran 
mövzularda keçirilir. Burada tələbələr məsələyə (problemə) 
münasibətlərini bildirir, öz mövqelərini ifadə edib əsaslandır-
mağa, başqalarının mövqelərini təkzib etməyə çalışırlar. Müəl-
lim tələbələrə mübahisə etməyi, bir-birini dinləməyi, başqala-
rının fikirlərinə hörmət etməyi, tərəf-müqabilinə münasibətdə 
dözümlülük (tolirantlıq) göstərməyi, bu zaman pedaqoji etika 
tələblərinə riayət etməyi öyrətməlidir. 
Referativ seminarlar tələbələrin müəyyən mövzular üz-
rə referat hazırlayıb seminarda çıxış etməsi ilə bağlıdır. Sonda 
müəllim çıxışları təhlil edib qiymətləndirir. 
Referativ seminarlar bəzən seminar-mühazirə forma-
sında təşkil olunur. Bu halda bir və ya iki tələbə müəllimin 
məsləhəti və istiqaməti əsasında nisbətən geniş məruzə və ya 
tezislər hazırlayıb seminarda çıxış edirlər. 
Bir neçə tələbə aktual mövzularda məruzə və ya referat 
hazırlayıb çıxış etdikdə seminar-nəzəri konfrans formasından 
istifadə olunur. Bu zaman daha ciddi, yaradıcı müzakirələr 
gedir, məruzəçilər qoyulmuş suallara əsaslandırılmış cavablar 
verir, öz ideya və mövqelərini müdafiə etməyə çalışırlar. 
Müzakirələr diskussiya, disput xarakteri ala bilər. 
Tələbələri seminar məşğələlərinə hazırlamaq məqsədi ilə 
proseminar formasından istifadə olunur. Proseminar seminarqa-
bağı seminar da adlanır və adətən I, II kurslarda aparılır. Müəl-
lim tələbələri seminar forması, onun təşkili, seminara hazırlıq 
məsələləri ilə tanış edir, habelə ədəbiyyat üzərində müstəqil iş, 
icmal tərtibi, seminarda çıxış etmək qaydası haqqında məlumat 
verir. 
Tələbələrin seminar məşğələlərinə hazırlaşdırılması son-
rakı kurslarda da davam etdirilir. Son kurslarda, xüsusən ma-
gistratura pilləsində daha ciddi – tədqiqat xarakterli seminarlara 
geniş hazırlıq işi aparılmalıdır. Bu hal xüsusi seminarlar, se-
minar-tədqiqatlar üçün daha səciyyəvidir. Belə seminar forma-


132 
larında tələbələr, magistrlər elmi-tədqiqatlar aparmağı, mate-
rialları ümumiləşdirib tərtib etməyi öyrənirlər.
Bəzən seminarlar “dəyirmi stol”, “işgüzar oyun” for-
malarında keçirilir. 
Seminar məşğələlərinin quruluşu fəndən, mövzudan, 
məşğələnin məqsəd və məzmunundan asılı olaraq hər bir konkret 
halda müəllim tərəfindən yaradıcılıqla müəyyən edilir. Lakin 
bütün seminar məşəğələləri üçün səciyyəvi struktur ünsürləri 
vardır: müəllimin giriş sözü (məqsəd qoyuluşu, motivasiya, 
tələbələrin məşğələyə səfərbər edilməsi), əsas hissə (qoyulmuş 
məsələlərin müzakirəsi, tələbələrin müzakirəyə cəlb edilməsi, 
zəruri olduqda müəllimin müzakirəyə müdaxiləsi), müəllimin 
yekun sözü (çıxışların təhlili, səhvlərin düzəldilməsi, qiymətlən-
dirmə, növbəti məşğələnin mövzusu, məqsədi, ona hazırlıqla 
bağlı metodik tövsiyələrin verilməsi). Müəllim tələbələrin çıxış-
larını təhlil edib qiymət verərkən, tənqidi qeydlərini bildirərkən 
diqqətli olmalı, pedaqoji takt gözləməlidir (tələbəni ələ salmaq, 
kinayə etmək, yol verilən səhvə görə onu utandırmaq, ləyaqətinə 
toxunmaq, gülüş obyektinə çevirmək yolverilməzdir). 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin