M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


VII fəsil  Ali məktəbdə təlimin təşkili formaları



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə78/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   142
Ali mekteb pedaqogikasi-kitab

VII fəsil 
Ali məktəbdə təlimin təşkili formaları.
Təlimdə nəzarət və qiymətləndirmə 
 
Plan: 
1. Təlimin təşkili formaları anlayışı və onların təsnifatı. 
2. Mühazirə və ona verilən tələblər. 
3. Praktik məşgələlər. 
4. Tələbələrin müstəqil işi və elmi yaradıcılığı. 
5. Tədris və istehsalat təcrübəsi. 
6. Kurs və buraxılış işləri. Məsləhətlər.
7. Təlimdə nəzarət və qiymətləndirmə. 
 
1. Təlimin təşkili formaları anlayışı və onların təsnifatı 
Təlimin səmərəsi onun hansı formada təşkilindən çox 
asılıdır. Təlimin məqsədi, məzmunu və metodları onun təşkili 
forması ilə həyata keçirilir.
Təlimin təşkili forması dedikdə, təlim prosesinin zahiri 
tərəfi, təlim subyektlərinin (müəllim və tələbələrin) müəyyən 
qaydada və rejimdə cərəyan edən birgə fəaliyyətlərinin zahiri 
ifadəsi başa düşülür.
Təlim formalarının təsnifatı müxtəlif amillərə əsasən 
aparılır. Tələbələrin tərkibinə və sayına görə fərdi, cüt, qrup və 
kollektiv formalar ayırd edilir. 
Təlim işinin məqsəd və vəzifəsinə görə təlim formaları 
üç qrupa bölünür: 
1) nəzəri məşğələ formaları (mühazirə, seminar məş-
ğələsi, tələbə müstəqil işləri, tələbə fərdi işləri, məsləhətlər və 
s.); 2) praktik məşğələ formaları (laborator və praktik işlər, kurs 
və buraxılış işləri, istehsalat və pedoqoji təcrübələr və s.); 3) 
nəzarət formaları (yoxlama işləri, kollokvium, zaçot (məqbul) 
və imtahanlar, kurs və buraxılış işlərinin müdafiəsi və s.). 
Bu formaların hər biri müəyyən vəzifəni yerinə yetirir. 
Ali məktəbdə tətbiq olunan təlimin əsas təşkili formalarını nə-
zərdən keçirək. 


126 
2. Mühazirə və ona verilən tələblər 
Mühazirə-leksiya (latınca lectio “oxu” deməkdir) təlim 
materialının müəllim tərəfindən sistemli, ardıcıl şərhi deməkdir. 
O, ali məktəbdə ənənəvi təlim forması olub, mühüm əhəmiyyət 
kəsb edir: az vaxtda daha çox elmi informasiya verməyə imkan 
yaradır. Müəllim-mühazirəçi müəyyən mövzu üzrə ən əsas mə-
sələləri aydınlaşdırır, tələbələri yeni elmi problemlərlə tanış 
edir.
Mühazirə bir neçə vəzifəni yerinə yetirir: a) tələbələri 
elmi biliklərlə silahlandırmaq (xüsusən elmdəki yeniliklərlə, 
mübahisəli məsələlərlə, problemlərlə onları tanış etmək); b) elmə 
maraq oyatmaq, yeni məsələləri öyrənmək təlabati yaratmaq; c) 
elmi təfəkkurü, elmi dünyagörüşü formalaşdırmaq, tələbələrin 
ümumi psixi və xüsusən intellektual inkşafına kömək göstər-
mək; ç) tələbələri müstəqil işə istiqamətləndirmək; d) tələbə-
lərin ideya-mənəvi, istetik tərbiyəsi işinə kömək göstərmək. 
Bu vəzifələrin yerinə yetirilməsi üçün mühazirənin 
müxtəlif tiplərindən istifadə edilir. Mühazirələr müxtəlif 
məntiqi əsaslara görə tiplərə bölünür.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin