M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə81/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Mühazirənin quruluşu. Mühazirə öz quruluşuna görə 


129 
bir çox aspektləri – tədris, elmi, tərbiyə, psixoloji və sosial 
aspektləri yaradıcı şəkildə özündə birləşdirən bitkin elmi-
pedaqoji əsər səciyyəsi daşıyır. Mühazirənin quruluşunda bir 
neçə mərhələ ayırd edilir: 

Hazırlıq mərhələsi: mühazirənin səmərə və keyfiyyəti ona 
hazırlıq səviyyəsindən çox aslıdır. Bu mərhələnin məqsədi 
mühazirənin lazimi nəzəri, didaktik-metodik təminatını 
həyata keçirməkdən ibarətdir. 

Mühazirənin giriş hissəsi: müəllim auditoriyada qayda-qa-
nuna, davamiyyətə diqqət yetirdikdən sonra mövzunu, onun 
planını və ədəbiyyatı tələbələrə çatdırır. Mühazirədə möv-
zunu öyrənməyin vacibliyi, elmi və həyati əhəmiyyəti qeyd 
edilir, mümkün olduqda problem situasiya yaradılır. Müəl-
lim habelə bu məqsədlə parlaq faktlardan, maraqlı epizod-
lardan, heyrətdoğurucu hadisə və kəşflərdən və s. istifadə 
edə bilər. 

Mühazirənin əsas hissəsində mövzu sistemlə (plan mad-
dələri üzrə) şərh olunur, ən mühüm anlayışlar, qanunlar, nə-
zəri məsələlər izah edilib əsaslandırılır. Tələbələr mövzu-
nun əsas məsələlərini qeyd edirlər (konspekt, geniş plan və 
ya tezis şəklində).

Mühazirənin yekun hissəsində müəllim əsas nəticələri qeyd 
edir, tələbələrin suallarına cavab verir, mövzu üzərində 
müstəqil işləmək üçün istiqamət, metodik tövsiyələr verir. 
Mühazirənin nəzərdən keçirilən quruluşu ümumi səciy-
yə daşıyır; müəllim fənnin və mövzunun xüsusiyyətindən, 
məqsəd və məzmunundan, tələbələrin hazırlıq səviyyəsindən 
asılı olaraq mühazirənin quruluşuna yaradıcı yanaşmalıdır.
Mühazirənin yüksək şəkildə keçirilməsi digər təlim 
formalarının da təşklinə müsbət təşir göstərir. 
3. Praktik məşğələlər 
Ali məktəbdə təlimin təşkili formaları içərisində praktik 
məşğələlər mühüm yer tutur. Bu məşğələlər mühazirədə əldə 


130 
edilmiş nəzəri biliklərin dərindən öyrənilməsinə, tətbiqinə
bacarıq və vərdişlərin formalaşmasına xidmət edir.
Praktik məşğələlərə seminar və laborator məşğələlər, 
praktik işlər daxildir. Onların ümumi cəhətləri ilə yanaşı, hər 
birinin özünəməxsus funksiyaları və təşkilati cəhətləri vardır. 
Bu formaları ayrılıqda nəzərdən keçirək. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin