145
Məsləhətlərin aparılması
metodları da müxtəlifdir: sual-
cavab, söhbət, diskussiya və s. Tələbələrin hazırlıq səviyyə-
sindən, qoyulan məsələnin çətinlik dərəcəsindən və s. asılı
olaraq müvafiq məsləhət metodu seçilib tətbiq edilir.
Məsləhətin
məzmunıı hansı sahə, iş növü ilə bağlı olma-
sından asılıdır. Məşğələdən qabaq – mövzu üzrə hansı mənbə-
lərdən və necə istifadə etmək; imtahandan qabaq – çətin sual-
ların izahı; məruzə, referat, kurs və diplom işindən qabaq – işin
planlaşdırılması, tədqiqatın metodikası və s.
məsələlərə dair
məsləhətlər verilir. Əvvəlki iki sahə üzrə məsləhətlər, əsasən,
kollektiv və qrup formasında, sonuncu
isə fərdi formada ke-
çirilir.
Məsləhətlər zamanı tələbələri maraqlandıran
suallardan
aşağıdakılar daha xarakterikdir: tələbələrin biliklərindəki kəsir-
lərlə bağlı suallar; müəyyən məsələlərin dəqiqləşdirilməsinə,
aydın
olmayan məsələlərin, problemlərin aydınlaşdırılmasına
dair suallar; əlavə informasiyaların alınmasına yönələn suallar;
biliklərin tətbiqi, tələbələrin müstəqil işinin təşkili ilə bağlı
suallar və s.
- Müəllim tələbələrin məsləhət alması üçün müraciət-
lərini həvəsləndirməli, onları bu istiqamətdə fəallaşdırmağa
çalışmalıdır.
Dostları ilə paylaş: