M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Tədris və istehsalat təcrübəsi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə87/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   142
Ali mekteb pedaqogikasi-kitab

 
5. Tədris və istehsalat təcrübəsi 
Ali məktəblərdə tədris və istehsalat təcrübəsi təlim pro-
sesinin xüsusi forması olub, tələbələrin bilavasitə istehsalatda 
peşə-ixtisas biliklərinə, bacarıq və vərdişlərinə yiyələnmək im-
kanını təmin edir. Onların başlıca məqsədi tələbələrin istehsalat 
fəaliyyətində nəzəri bilikləri möhkəmləndirmək və gələcək 
mütəxəssis üçün zəruri olan peşə bacarıq və qabiliyyətlərini 
formalaşdırmaqdan ibarətdir. 
Ali məktəbdə verilən peşə-ixtisas sahələrindən asılı 
olaraq tələbələrin təcrübəsi iki istiqamətdə aparılır: a) istehsalat 
təcrübəsi; b) pedaqoji təcrübə. 
 stehsalat təcrübəsi təhsilin həyatla, mütəxəssisin nəzəri 
hazırlığı ilə praktik fəaliyyətini əlaqələndirməyə kömək edir. 
Bu təcrübə mütəxəssis hazırlığının həlledici mərhələsidir. O, 
ixtisasla bağlı bacarıq və vərdişlər formalaşdırmağa, nəzəri 
bilikləri istehsalata tətbiq etməklə möhkəmləndirməyə imkan 
verir. İstehsalat təcrübəsi təkcə texniki təhsillə yox, ali təhsilin 
digər sahələri ilə də (iqtisadiyyat, təbabət, humanitar, coğrafiya, 
geologiya və s.) bağlı olub, bütün təcrübə sahələrini əhatə edir. 
İstehsalat təcrübəsi zamanı tələbələr müvafiq proqrama uyğun 
olaraq peşə-ixtisas sahəsi ilə əlaqədar nəzərdə tutulan işləri 
yerinə yetirir, yeni texnologiyalarla tanış olur, kurs və buraxılış 
işləri üçün material toplayırlar. 
İstehsalat təcrübəsinə ümumi tədris-metodik rəhbərliyi 
ali məktəbin müvafiq ixtisas kafedraları həyata keçirir. İs-
tehsalat müəssisəsində isə bu işə yüksək ixtisaslı mütəxəssislər 
cəlb edilir.
Pedaqoji təcrübə pedaqoji təmayüllü ali təhsildə çox 
mühüm yer tutur və yüksək ixtisaslı müəllim kadrları hazırlığı 
sisteminin ayrılmaz tərkib hissəsini təşkil edir. O, tələbələrin ali 


142 
təhsildə qazandıqları nəzəri bilikləri pedaqoji prosesə tətbiq 
etməyə, onları pedaqoji fəaliyyətə əməli cəhətdən hazırlaşmağa 
kömək göstərir. Pedaqoji təcrübə müxtəlif vəzifələri yerinə ye-
tirir: 
- nəzəri bilikləri tətbiq edib möhkəmlətmək; 
- müəllim üçün zəruri olan peşə bacarıq və vərdişlərinin, 
habelə şəxsi keyfiyyətlərin formalaşmasını təmin etmək; 
- tələbələri yeni pedaqoji texnologiyalarla, iş metodları ilə 
tanış etmək; 
- tələbələrdə pedaqoji prosesə yaradıcı yanaşmaq bacarığı, 
yeni pedaqoji təfəkkür formalaşdırmaq; 
- pedaqoji ünsiyyət mədəniyyəti formalaşdırmaq və s.
Pedaqoji təcrübədə bu vəzifələr kompleks şəkildə hə-
yata keçirilməlidir. Pedaqoji təcrübənin təşkili və keçirilməsi 
qaydaları müvafiq əsasnamə ilə müəyyən edilir. 
Təcrübə müddətində tələbənin işi bir neçə istiqamətdə 
qurulur:
a) təlim işi: fənn müəlliminin işi ilə tanış olmalı, dərs-
lərini dinləməli, nəzərdə tutulan sınaq dərslərini deməlidir (6-8 
dərs);
b) tərbiyə işləri: pedaqogika kafedrasının nümayəndəsi 
tərəfindən verilən tərbiyə tədbirlərini yerinə yetirməli, təhkim 
olunduğu sinifdə sinif rəhbərinin köməkçisi kimi fəaliyyət gös-
tərməlidir; 
c) psixoloji iş: psixologiya kafedrasının nümayəndəsinin 
təqdim etdiyi psixoloji müşahidə proqramını yerinə yetirmə-
lidir; 
ç) tədqiqatçılıq işi: metodistin, pedaqoqun və ya psi-
xoloqun verdiyi tapşırıqlar üzrə tədqiqat aparmalı, onun nəti-
cələrini təhlil edib ümumiləşdirməlidir. Tələbə habelə kurs və 
buraxılış işi üçün materiallar toplamalıdır. 
Tələbələr öz fəaliyyətlərini fərdi plan üzrə, dərslərin və 
tərbiyə tədbirlərinin xüsusi qrafiki əsasında həyata keçirirlər. 
Hər bir dərs (tərbiyə tədbiri) metodistin (pedaqoqun) iştirakı ilə 


143 
təhlil edilib qiymətləndirilir. 
Təcrübənin sonunda metodist, pedaqoq və psixoloq gö-
rülmüş işlərə əsasən tələbələrin fəaliyyətini birlikdə qiymətlən-
dirirlər. Pedaqoji təcrübə yekun konfransı ilə başa çatır. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin