M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə83/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   142
Ali mekteb pedaqogikasi-kitab

 
Praktik işlər 
Praktik işlər tələbələrin müstəqil iş növlərindən biri olub 
nəzəri bilikləri dərinləşdirmək, zəruri bacarıq və vərdişlər 
formalaşdırmaq məqsədi güdür. Praktik iş yunanca “praktikos” 
sözündən götürülərək “fəaliyyətli” mənasını verir. Praktik məş-
ğələlərdə tələbələrin zehni və əməli fəaliyyəti geniş yer tutur. 
Bu məşğələlər nəzəriyyə və təcrübənin əlaqələndirilməsinə, 
biliklərin konkretləşməsinə və möhkəmlənməsinə, tələbələrin 
zehni qüvvələrinin və müstəqilliyinin inkşafına kömək göstərir. 
Praktik məşğələlərin məzmunu çoxcəhətli olub, fənnin 
xarakterindən aslıdır: müşahidələr aparmaq, çalışmalar, məsələ 
və misal həlli, ölçmə və hesablama işləri, sxem, cədvəl, qrafik 
tərtibi, tətbiqi xarakterli tapşırıqlar, eksperiment qoymaq, oxu, 
tərcümə, təcrübəçilik və konstruktorluq işləri və s. bu qəbil-


133 
dəndir. Müəllim fənndən, mövzudan asılı olaraq praktik iş 
növlərini seçib tətbiq edir. Məsələn, coğrafiyadan bu işlərin 
köməyi ilə coğrafi və topoqrafik xəritələri oxumaq, müəyyən 
coğrafi səthin planını tərtib etmək, təbiətdə müxtəlif müşahi-
dələr (meteoroloji, hidroloji, geomorfoloji və s.) aparmaq və s. 
bacarıqlar aşılanır. 
Keçilən mövzudan, məşğələnin məqsəd və vəzifələrin-
dən asılı olaraq praktik işləri müxtəlif məkanda – auditoriyada, 
tədris-təcrübə sahəsində, coğrafiya meydançasında, təbii şərait-
də, müxtəlif obyektlərdə aparmaq olar. 
Praktik məşğələlərin quruluşu bir çox cəhətdən, seminar 
məşğələləri ilə ümumilik təşkil edir: giriş mərhələsində müəl-
lim iş üçün zəruri olan nəzəri bilikləri sorğu yolu ilə yada salır, 
işin təşkili və təhlükəsizlik qaydalarına dair təlimat verir; əsas 
mərhələdə tələbələr praktiki işi müstəqil icra edir, müəllim 
lazım gəldikdə ayrı-ayrı tələbələrə kömək göstərir, cari təlimat 
verir. Yekun mərhələsində görülən işlər təhlil edilib qiymət-
ləndirilir. 
Praktik məşğələlərin səmərəli təşkili üçün müəyyən 
şərtləri gözləmək lazımdır: a) tələbələr praktik işə ciddi hazır-
laşmalı, tətbiq ediləcək nəzəri bilikləri yaxşı mənimsəməlidir-
lər; b) müəllim praktik işlərin yerinə yetirilməsi priyomları ilə 
tələbələri tanış etməlidir; c) işin icrası üçün lazım olan vəsait, 
alət və avadanlıqlar əvvəlcədən hazırlanmalı və tələbələrin ha-
mısı təmin olunmalıdır; ç) müəllim tələbələrin müstəqilliyini 
məhdudlaşdırmadan işlərin icrasına nəzarət etməli, zəruri hal-
larda istiqamət verməlidir; d) görülən işlər ciddi təhlil olunub 
obyektiv qiymətləndirilməlidir. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin