M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə86/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   142
Ali mekteb pedaqogikasi-kitab

 
Tələbə elmi işləri 
Ali təhsil iki başlıca fəaliyyətə ‒ tədris və elmi fəaliyyətə 
əsaslanır. Bununla da o, orta və orta ixtisas məktəblərindəki tə-
limdən köklü surətdə fərqlənir. Ali təhsildə elm öyrənildiyi 


139 
üçün bu iki fəaliyyət sahəsi bir-biri ilə sıx vəhdət təşkil edir və 
biri digərini şərtləndirir: elmin inkişafı təhsilə, təhsil də elmə 
güclü təsir edir. 
Digər tərəfdən, ali məktəbdə təlimin bir çox formaları (kurs 
və diplom işləri və layihələri, buraxılış işləri, elmi xarakterli 
laborator və praktik işlər, elmi seminarlar və s.) tələbələrdən 
elmi axtarışlar, yaradıcılıq tələb edir. Deməli, tələbə elmi işləri 
ali məktəbin tədris prosesinin zəruri tərkib hissəsini təşkil edir. 
Gələcək mütəxəssis həm dərin elmi biliklərə yiyələnməli, həm 
də yaradıcı fəaliyyətə hazırlanmalıdır. Buna görə də tələbələri 
hələ aşağı kurslardan elmi fəaliyyətə cəlb etmək lazımdır. 
Vaxtilə Zaqafqaziya Müəllimlər Seminariyasında bu sahədə 
müsbət təcrübə əldə edilmişdir. F.B.Köçərli, U.Hacıbəyli, 
R.B.Əfəndiyev və başqaları hələ tələbə ikən ciddi elmi-tədqiqat 
işi ilə məşğul olmuş, bir çox əsərlərini seminariyada oxuyarkən 
yazmağa başlamışlar. 
Müasir şəraitdə tələbələrin elmi fəaliyyəti iki yolla həyata 
keçirilir:
a) auditoriya məşğələləri ilə bağlı işlər; b) auditoriyadan-
kənar elmi işlər.
Birinci halda tələbənin elmi fəaliyyəti tədris prosesinin 
tərkib hissəsi kimi özünü göstərir. Belə elmi axtarıcılıq işləri 
tələbə tədris tədqiqat işləri (TTT ) adlanır. Buraya kurs işləri və 
layihəsi, diplom işləri və layihəsi, buraxılış işləri, habelə 
mühazirə, seminar, laborator və praktik məşğələlərlə, istehsalat 
və pedaqoji təcrübə ilə əlaqədar, habelə xüsusi kurs və se-
minarlar üzrə tədqiqat xarakterli tapşırıqların icrası və s. da-
xildir. Tədrislə bağlı tədqiqat işləri fənn və mövzudan, qarşıya 
qoyulan təlim məqsədindən asılı olaraq tələbələri çox müxtəlif 
elmi fəaliyyətə cəlb etməyi nəzərdə tutur. Məsələn, müəyyən 
bir problem üzrə müxtəlif mənbələri oxuyub təhlil etmək, ümu-
miləşdirmək, təsnifat aparmaq, eyni problemlə bağlı müxtəlif 
konsepsiyaları müqayisə etmək, qruplaşdırmaq, onlara tənqidi 
münasibət göstərmək və s. Kurs, buraxılış və diplom işləri, 


140 
elmi-tədqiqat xarakterli iş formaları mümkün qədər nəzəri və 
təcrübi-eksperimental səciyyə daşımalıdır. 
Ali məktəbdə tələbələri elmi işə cəlb etməyin ikinci yolu 
auditoriyadankənar elmi fəaliyyətin təşkilidir. Bu cür elmi işlər 
tələbə elmi-tədqiqat işləri (TET ) şəklində özünü göstərir. Ha-
zırda universitetlərdə TETİ-nin müxtəlif formaları fəaliyyət 
göstərir: tələbə elmi dərnəkləri, elmi klublar; tələbə elmi la-
boratoriyaları; elmi konfranslar, seminar və simpoziumlar; fənn 
olimpiadaları; tələbə elmi işlərinin müsabiqəsi; yay elmi mək-
təbləri; tələbə konstruktor bürosu; təsərrüfat müqaviləsi üzrə 
tədqiqat işləri və s. 
Elmi fəaliyyətlə məşğul olan tələbələr tələbə elmi cəmiy-
yətində (TEC) birləşirlər. TEC bu istiqamətdə tələbələrlə işin 
mərkəzi və təşkilatçısıdır. O, tələbələri cəmiyyətin fəaliyyətinə 
cəlb edir, elmi birliklərin işinə nəzarət edir, kütləvi elmi tədbir-
ləri (elmi konfranslar, seminarlar, olimpiadalar, müsabiqələr və 
s.) hazırlayıb həyata keçirir. TEC kafedralarla sıx əməkdaşlıq 
edir, tələbə elmi dərnək və klublarına kömək göstərir. Fəal, 
yaradıcı tələbələrdən biri TEC-in sədri seçilir. Tələbə elmi cə-
miyyətinin ümumi yığıncağı TEC şurasını seçir (1 il müddə-
tinə), şura cəmiyyətin işinə təşkilati rəhbərliyi təmin edir. Uni-
versitetdə tələbə elmi işinə ümumi rəhbərliyi rektor, bilavasitə 
rəhbərliyi isə elmi işlər üzrə prorektor və kafedra müdirləri hə-
yata keçirir. Tələbə elmi işinə kafedranın rəhbərliyi müxtəlif 
istiqamətlərdə təmin olunur:
a) kafedra nəzdində tələbə elmi dərnəklərinin təşkili;
b) kafedra və laboratoriyaların elmi-tədqiqat mövzularının 
işlənməsində tələbələrin iştirakı;
c) istehsalat və pedaqoji təcrübə dövründə tələbələrin elmi-
tədqiqat xarakterli tapşırıqları yerinə yetirmələri;
ç) ümumi tədqiqat planı və ya xüsusi tematika üzrə kurs, 
diplom və laborator işlərinin icrası və s. 
1. TTTİ və TETİ gələcək mütəxəssislərin yaradıcı şəx-
siyyətlər kimi formalaşmasına kömək göstərir. Elmi işdə fəal 


141 
iştirak edən tələbələr gələcəkdə elmi-tədqiqat fəaliyyətini daha 
da genişləndirir, magistr, doktorant kimi elmi pillələri uğurla 
keçirlər. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin