M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Tələbələrin müstəqil işi və elmi yaradıcılığı



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə85/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   142
Ali mekteb pedaqogikasi-kitab

 
4. Tələbələrin müstəqil işi və elmi yaradıcılığı 
Tələbələrin müstəqil işi ali məktəbdə təlim prosesinin 
mühüm komponentini təşkil edir. Müasir həyat müstəqil və 
yaradıcı düşünən, dərin bilikli, müasir təfəkkürlü və rəqabət 
qabiliyyətli mütəxəssis-kadrlar tələb edir. Cəmiyyət üçün bu 
cür mütəxəssislərin formalaşmasında müstəqil işlərin rolu bö-
yükdür. Elmi biliklərə öz səyi ilə şüurlu və dərindən yiyələnən, 
nəzəriyyəni təcrübədə yaradıcılıqla tətbiq etməyi bacaran 
gənclər təhsildə də, gələcəkdə istehsalatda da uğurla çalışıb 
yüksək nəticələr əldə edə bilərlər. Ali məktəbdə elm öyrədilir; 


136 
elmi isə yalnız müəllimin dedikləri əsasında öyrənmək olmaz. 
Bu sahədə tələbənin ciddi müstəqil işi, müntəzəm özünütəhsil 
fəaliyyəti olmadan keçinmək mümkün deyildir.
Müstəqil iş nədir? Onun təlim prosesindəki mövqeyi 
nədən ibarətdir? Pedaqoji ədəbiyyatda bu məsələ ilə bağlı müx-
təlif yanaşmalar vardır: müstəqil iş tələbənin təlim fəaliyyəti, 
fəaliyyət növü və ya vasitəsi, təlim vasitəsi və ya forması kimi 
səciyyələndirilir. Bəzən də tələbələrə verilən tapşırıqlar (mə-
sələlər) müstəqil işlə eyniləşdirilir. Bu anlayışlar müstəqil işin 
təlimdəki yerini, mahiyyətin düzgün əks etdirmir. Müstəqil işi 
tələbələrin təlim-idrak fəaliyyətinin təşkili forması kimi səciy-
yələndirmək olar; bu halda tələbə qarşıya qoyulmuş didaktik 
vəzifəni müəllimin müdaxiləsi, bilavasitə köməyi olmadan ye-
rinə yetirir. 
Müstəqil işin mahiyyəti məsələsində də vahid fikir yox-
dur. Bəziləri işin zahiri cəhətini (müəllimsiz, müəyyən vaxt ər-
zində görülən iş kimi), bəziləri isə daxili (zehni) cəhətini əsas 
götürərək tərif verirlər. Bu da praktikada müstəqil işlərin bir-
tərəfli tətbiqinə gətirib çıxarır. Əslində isə müstəqil işin zahiri 
və daxili tərəfləri vəhdət təşkil edir: tələbə qarşıya qoyulmuş 
təlim məqsədini müəllimin köməyi olmadan yerinə yetirir 
(zahiri tərəf), həm də o, tapşırığı daxili təhriklə (motivlə), zehni 
və əməli fəallıq, səy göstərərək öz gücü ilə yerinə yetirir (daxili 
tərəf). Bundan çıxış edərək təlimdə müstəqil işin mahiyyətini 
belə ifadə etmək olar: təlimdə müstəqil iş tələbinin qarşıya 
qoyulmuş təlim məqsədini dərk edərək (1), müəyyən təhriklə 
zehni və əməli fəallıq, səy göstərərək (2), zəruri bilikləri və 
səmərəli yolları seçib tətbiq etməklə (3), bilavasitə kömək 
olmadan öz gücü ilə yerinə yetirməsində (4), habelə özünə nə-
zarət və qiymətləndirmədə (5) təzahür edən təlim-idrak fəa-
liyyətinin təşkili formasıdır (6). 
Göründüyü kimi, müstəqil iş bir çox (6) xüsusiyyətlərə 
malikdir. Bu işlərə rəhbərlikdə həmin xüsusiyyətlər nəzərə alın-
malı və təmin edilməlidir. Müstəqil işin icrasında tələbə nəyi və 


137 
nə məqsədlə edəcəyini, necə, hansı yollarla (priyomlarla) edə-
cəyini bilməli, daxili təhriklə (motivasiya) fəallıq və səy gös-
tərməli, özünə nəzarət etməli, səhvlərini tapıb düzəltməli, öz işini 
qiymətləndirməyi bacarmalıdır. Bu ünsürlərdən hər hansı birinin 
çatmaması müstəqil işin mahiyyətinə xələl gətirir və onun səmə-
rəsinə mənfi təsir edir. Bunu nəzərə alaraq müəllim təlimdə tələ-
bələrin müstəqil işinin bütün struktur ünsürlərinə yiyələnmələrinə, 
onlarda müstəqil iş bacarıqlarının formalaşmasına çalışmalıdır. 
Yalnız bu halda tələbə tam müstəqil fəaliyyət göstərə bilər. 
Kredit sistemində tələbə sərbəst (fərdi) işinə xüsusi 
diqqət yetirilir. Mühazirə müəllimi hər tələbəyə semestr ərzində 
10 sərbəst iş tapşırığı verir və maksimum 10 balla qiymətlən-
dirir. Sərbəst iş proqram mövzuları üzrə qoyulmuş problem, 
praktik xarakterli tapşırıqlar, məsələ, misallar və s. şəklində ola 
bilər. Tələbə mövzu ilə bağlı mövcud ədəbiyyatı, müxtəlif 
alimlərin fikirlərini təhlil etmək, öz tədqiqatını təqdim etmək 
bacarıqlarına yiyələnməlidir. 
Təlimdə müstəqil işlərin növləri və tipləri çoxsahəli və 
rəngarəngdir. Pedaqoji ədəbiyyatda bu işlər müxtəlif məntiqi 
əsaslara görə təsnif edilir: 
- müstəqil işin mənbələrinə görə: kitabla iş, əlavə mən-
bələr üzrə iş, məsələ həlli, çalışmalar üzrə iş, əyani material-
larla iş, əlavə cihazlarla iş, qrafik işlər və s.; 
- tələbələrin əhatə dairəsinə görə: frontal, qrup, cüt və 
fərdi işlər; 
- icra formasına görə: yazılı, şifahi, əməli, qrafik işlər; 
- icra yerinə görə: auditoriyada müstəqil iş (mühazirə və 
məşğələlərdə tələbələrin mühakimə yürütməsi, plan və icmal 
tərtibi, çalışmaların icrası və s.), auditoriyadankənar müstəqil 
işlər (referat, kurs işi, tədris-tədqiqat işi, elmi-tədqiqat işi, klub 
və dərnək işləri, kitabla iş, internetlə iş, özünütəhsil və s.); 
- müstəqil işin funksional cəhətinə görə: biliklərin mə-
nimsənilməsi, möhkəmləndirilməsi, tətbiqi və yoxlanılması 
məqsədi güdən işlər; 


138 
- zehni fəaliyyətin xarakterinə görə: nümunə üzrə, yeni-
dənqurma xarakterli işlər, evristik (qismən-axtarış tipli) müs-
təqil işlər, tədqiqatçılıq işləri. Bu qəbildən olan digər təsnifatlar 
da vardır: reproduktiv-bərpaedici müstəqil işlər (biliklərin tək-
rarını, onlar üzərində əməliyyat aparmağı nəzərdə tutur); idrak-
axtarıcılıq (evristik) işləri (yeni biliklərin mənimsənilməsi); 
yaradıcı müstəqil işlər (biliklərin yeni hallara yaradıcı tətbiqi); 
- fəlsəfi-qnoseoloji əsasa görə: hissi-perseptiv xarakterli 
müstəqil işlər (müşahidə, keçmiş təcrübə və biliklərin bərpası, 
yeni hallara tətbiqi); zehni xarakterli müstəqil işlər (təfəkkür 
əməliyyatları, zehni məsələ ‒ problem həlli, zehni-tətbiqi və zeh-
ni təşkilati işlər); praktik xarakterli müstəqil işlər (əməli, təcrübi-
eksperimental, layihə-konstruksiya və bədii-qrafik işlər). 
Göstərilən müstəqil iş növləri və tiplərindən müxtəlif 
fənlərdə, yeri gəldikcə istifadə edilməlidir. Bu sahədə R.Mahmu-
dovanın tədqiqat işi faydalı bir mənbə rolunu oynaya bilər (54). 
Müstəqil işlərin səmərəli təşkili üçün bəzi şərtləri gözlə-
mək lazımdır: 
1. Tələbə müstəqil işləri bütün fənlərdə və təlim forma-
larında sistemli və ardıcıl şəkildə tətbiq olunmalıdır; 
2. Auditoriya və auditoriyadankənar müstəqil işlər sıx 
əlaqələndirilməli, yaradıcı işlərə diqqət artırılmalıdır; 
3. Tələbələrə müstəqil işin səmərəli yolları (priyomları) 
öyrədilməlidir; 
4. Müstəqil işlərə keyfiyyətli pedaqoji rəhbərlik həyata 
keçirilməli (məsləhət, nəzarət, kömək, uçot və qiymətləndir-
mə), müəllimlər müstəqil iş nəzəriyyə və metodikasına yiyələn-
məlidirlər.
Tələbələrin müstəqil işinin bir istiqaməti də elmi işlərdir. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin