İmtahana görə qiymət ballarının hesablanması. Balla-
rın maksimum miqdarı 50-dir. Tələbə imtahanda biletə düşən 5
suala cavab verməlidir. Hər sualın cavabı maksimum 10 balla
qiymətləndirilir.İmtahanın qiymət meyarları aşağıdakı kimidir:
10 bal – tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı
dəqiq və hərtərəflidir.
9 bal – tələbə keçilmiş materialı tam başa düşür, cavabı
dəqiqdir və mövzunun məzmununu aça bilir.
8 bal – tələbə cavabında ümumi xarakterli bəziqüsurlara yol verir.
7 bal – tələbə keçilmiş materialı yaxşı başa düşür, lakin nəzəri
cəhətdən bəzi məsələləri əsaslandıra bilmir.
6 bal – tələbənin cavabı əsasən düzgündür.
5 bal – tələbənin cavabında çatışmazlıqlar var, materialı tam
əhatə edə bilmir.
4 bal – tələbənin cavabı qismən doğrudur, lakin materialı izah
edərkən bəzi səhvlərə yol verir.
3 bal – tələbənin mövzudan xəbəri var, lakin fikrini əsas-
landırmağı bacarmır.
1-2 bal – tələbənin mövzudan qismən xəbəri var.
0 bal – suala cavab yoxdur.
Tələbələrin imtahanda aldıqları qiymət balları imtahana
qədər semestr (tədris ili) ərzində topladığı ballara əlavə olunur.
Konkret fənn üzrə toplanmış balın yekun miqdarına görə
tələbənin biliyi aşağıdakı kimi qiymətləndirilir:
91 - 100 bal – «əla» (A); 81 - 90 bal – «çox yaxşı» (B);
71-80 bal – «yaxşı» (C), 61-70 bal – «orta» (D); 51 - 60 bal
«kafi» (E); 50-dən az – «qeyri-kafi» (F).
Tələbənin semestr ərzində topladığı bal 17-dən az ol-
duqda o, imtahana buraxılmır. İmtahanda aldığı balın miqdarı
17-dən az olduqda onun imtahan balları semestr (tədris ili)
ərzində topladığı bala əlavə olunmur; o, həmin fəndən krediti
toplamamış hesab olunur. Belə tələbələr tədris ilinin sonunda
(yayda) həmin fəndən tam kursu yenidən keçərək imtahana
buraxılırlar. Bu dəfə də imtahandan lazımi bal toplaya bil-
məsələr, növbəti ildə həmin fənni yenidən keçməli olurlar.