M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


sxem  161  Tərbiyənin həyatla, cəmiyyət quruculuğu ilə əlaqəsi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə101/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   142
Ali mekteb pedaqogikasi-kitab

sxem 


161 
Tərbiyənin həyatla, cəmiyyət quruculuğu ilə əlaqəsi 
prinsipi. Bu prinsip tərbiyə işini məktəb divarları arasında, yal-
nız söz və nəsihətlə yox, həyatla sıx əlaqəli şəkildə aparmağı 
nəzərdə tutur. Məktəb insanı həyata hazırlayır. Əgər tərbiyə işi 
həyatdan, cəmiyyət quruculuğundan ayrı düşərsə, bu vəzifəni 
yerinə yetirmək olmaz. 
Tərbiyə həyatla, cəmiyyət quruculuğu ilə sıx əlaqəli şəkildə 
aparıldıqda insan həyatı dərk edir, sosial təcrübə qazanır, ictimai 
münasibətləri öyrənir, psixoloji və əməli cəhətdən ictimai həyata 
hazırlaşır. Cəmiyyətin iqtisadi, ictimai, sosial, siyasi həyatında iş-
tirak etməklə gənc nəsildə vətəndaşlıq keyfiyyətləri, özünüdərk 
meyli formalaşır. 
Tərbiyədə yaşauyğunluq prinsipi. Bu prinsip tərbiyə 
işində insanın yaş xüsusiyyətlərinə istinad etməyi nəzərdə tutur. 
İnsanın yaş xüsusiyyətlərinə əsaslanmayan tərbiyə lazımi səmə-
rə verməz. Məktəb və ailə təcrübəsində bu prinsipin pozulması 
halları müşahidə olunur: müəllim (valideyn) yeniyetmə və 
gəncə ya kiçik uşaq kimi, ya da kiçik uşağa böyük kimi yanaşır. 
Bu isə tərbiyə işini çətinləşdirir, münaqişələr törədir. Məsələn, 
müəllim gənc oğlanı yoldaşlarının yanında pərt edir, ona kobud 
söz deyir, gənc isə müəllimə cavab qaytarmalı olur. 
Yaşauyğunluq prinsipinin tətbiqində bəzi tələbləri nəzərə 
almaq lazımdır: 
- tərbiyə işində hər yaşın xüsusiyyətləri, həyat təcrübəsi
tələbat və maraqları düzgün nəzərə alınmalıdır; 
- yaş artdıqca tərbiyə işinin məzmunu və metodları 
dəyişməlidir. Gənclərin müstəqilliyinə və təşəbbüskarlığına şə-
rait yaradılmalıdır, onlarla ünsiyyətdə əmr tonu yox, xahiş, 
məsləhət tonu üstünlük təşkil etməlidir. 
Tərbiyədə fərdi və cinsi xüsusiyyətlərin nəzərə alın-
ması prinsipi. Bu prinsip tərbiyə işində insanın fərdi və cinsi 
xüsusiyyətlərini nəzərə almağı tələb edir. Fərdi xüsusiyyət de-
dikdə, insanı başqalarından fərqləndirən cəhətlər başa düşülür. 
İnsanlar xarakter, temperament, habelə dünyagörüşü, tələbat, 


162 
maraq və qabiliyyətlərinə görə bir-birindən fərqlənirlər: biri 
səbrli, digəri hövsələsiz, biri kollektivçi, digəri fərdiyyətçi, biri 
utancaq, digəri sırtıq olur. Tərbiyə işində bu fərdi xüsusiyyətləri 
nəzərə almadan uğur qazanmaq olmaz. Eyni tərbiyə metodu 
müxtəlif adamlara müxtəlif təsir göstərir. 
Hər bir insan bir dünyadır, təkrarolunmazdır. Yalnız hər 
kəsin fərdi xüsusiyyətlərini bilməklə onun daxili aləminə yol 
tapmaq, ona düzgün təsir göstərmək olar. 
Tərbiyə işində cinsi xüsusiyyətləri də nəzərə almaq va-
cibdir. Eyni xoşagəlməz hərəkətə yol vermiş oğlan və qıza 
yanaşma tərzi eyni ola bilməz; bu zaman cinsi xüsusiyyətlə 
bağlı məqamları nəzərə almaq lazım gəlir. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin