165
birtərəfliliyi aradan qaldırmağa imkan verir.
Tərbiyəyə kompleks yanaşma habelə bu prosesdə iştirak
edən
bütün qüvvələri (müəllim,
valideyn, tələbə və onun yol-
daşları, ictimai təşkilatlar, tələbə kollektivləri və s.) əlaqələn-
dirməyi nəzərdə tutur.
Tərbiyədə pedaqoji rəhbərliklə insanın təşəbbüs və
özfəaliyyətinin əlaqələndirilməsi (əməkdaşlıq) prinsipi. Bu
prinsip pedaqoji nəzarətlə insanın sərbəstliyini əlaqələndirməyi,
pedaqoji əməkdaşlığı nəzərdə tutur. Bu sahədə tərbiyə təcrü-
bəsində
iki cür səhvə yol verilir: ya insan tam sərbəst, özbaşına
buraxılır, ya da onun hər addımına nəzarət edilir, ona daim qəy-
yumluq göstərilir. Hər iki hal zərərlidir. Birinci halda insan tam
sərbəst olur, öz ağlı ilə hərəkət edir, heç kəslə hesablaşmır. İkinci
halda o, başqalarından (böyüklərdən) asılı olur,
heç bir sərbəst
addım ata bilmir, aciz və passiv olur.
Bu sahədə
orta xətt götürmək lazımdır; insana müəyyən
sərbəstlik verməklə yanaşı, ona ağıllı pedaqoji rəhbərlik etmək,
düzgün yol göstərmək vacibdir. Lakin bu zaman tərbiyəçi (va-
lideyn) özünü hakimi-mütləq kimi yox, yaşlı yoldaş, məslə-
hətçi, təcrübəli insan və dost kimi aparmalıdır.
Tərbiyəçi-
müəllim tələbənin hər addımına nəzarət etməməli, onun müs-
təqillik və təşəbbüskarlığını boğmamalıdır.
Dostları ilə paylaş: