164
nafedən üstün tutmaq kimi vacib keyfiyyətlərə, adətlərə yiyə-
lənir.
Bunları nəzərə alıb, tərbiyəçi və valideynlər
əməyi bütün
tərbiyə işinin mərkəzində qoymalı, uşaq və gənclərdə əməyə
tələbatın formalaşmasına çalışmalıdırlar.
Şüurla davranışın vəhdəti prinsipi. Bu prinsip tərbiyə
işində insanın həm şüuruna təsir etməyi, həm də onda düzgün
davranış təcrübəsi yaratmağı nəzərdə tutur.
İnsan şüurlu məxluqdur; onun davranış və münasibətləri
şüurla tənzim olunur. Ona görə də tərbiyə işində
şüura təsir
göstərmək, insanda düzgün əxlaqi təsəvvürlər, inam və əqidə
yaratmaq, ona sözlə təsir etmək vacib şərtdir. Lakin tərbiyə işi-
ni yalnız söz, nəsihət üzərində qurmaq olmaz. Sözçülük, nəsi-
hətçilik insanı bezdirir, onda sözə qarşı laqeydlik, ikiüzlülük
yaradır.
Şəxsiyyətin formalaşması o zaman səmərəli olur ki, şüur-
la davranış arasında vəhdət yaranmış olsun: insan bildiklərini
davranış və rəftarına tətbiq etsin;
düzgün davranış təcrübəsi və
müsbət adətlərə yiyələnsin. Məsələn, Vətən haqqında şerlər
əzbərlətməklə, söhbətlər aparmaqla insanda vətənpərvərlik hissi
yaratmaq olmaz; onda habelə Vətən naminə çalışmaq, onu qo-
rumağa hazır olmaq əzmi və bacarıqları formalaşdırmaq va-
cibdir.
Dostları ilə paylaş: