M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Pedaqoji təsirlərin (tələblərin) vahidliyi, sistemliliyi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə105/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Pedaqoji təsirlərin (tələblərin) vahidliyi, sistemliliyi, 
ardıcıllığı və fasiləsizliyi prinsipi. Bu prinsip insana göstərilən 
təsirlərdə, tələblərdə vahid mövqedən çıxış etməyi, ardıcıl 
olmağı nəzərdə tutur. Tələblərdə vahidlik hamının tərbiyə işinə 
eyni tələblə yanaşması deməkdir. Belə olduqda insana müəyyən 
davranış tərzini aşılamaq, onda müsbət adətlər yaratmaq asan 
olur. Vahidlik pozulduqda isə insanı hər hansı qaydaya alışdır-
maq çətinləşir. Məsələn, gecikən tələbəni bir müəllim dərsə 
buraxır, o biri buraxmırsa, bu halda onda dəqiqlik, intizam adəti 
yaratmaq olmur; tələbə ümumi qaydaya yox, ayrı-ayrı müəl-
limlərin tələblərinə uyğunlaşır. 
Tələblərdə vahidlik bir neçə xətlə həyata keçirilir: müəl-


166 
limlərin tələblərində; müəllimlərlə məktəb rəhbərləri və tələbə 
təşkilatlarının tələblərində; məktəblə ailənin, məktəbdənkənar 
müəssisələr və ictimai təşkilatların tələblərində; ailədə vali-
deynlərin tələblərində vahidlik gözlənməlidir. 
Bu prinsip tərbiyəvi təsirlərdə – tələblərdə müəyyən sis-
tem və ardıcıllıq gözləməyi nəzərdə tutur. Tərbiyəvi təsirlərdə 
(tələblərdə) fasilə yoxdur: insan hər an tərbiyə olunur. Tərbi-
yədə fasilə yaranmış keyfiyyətlərin, vərdişlərin pozulmasına 
səbəb ola bilər. 
Təsirlərdə (tələblərdə) ardıcıllıq da gözlənilməlidir, yəni 
tərbiyəçi verdiyi tələbin üzərində axıradək durmalı, onun icra-
sına nail olmalıdır. Əks halda tələbələr bu tələblərə ciddi ya-
naşmaz, müəllimin növbəti tələbləri yerinə yetirilməmiş qalar. 
Şəxsiyyətin kollektivdə və kollektiv vasitəsilə tərbiyəsi 
prinsipi. Bu prinsip insanı təklikdə yox, kollektivdə, yalnız tər-
biyəçinin təsiriilə yox, həm də kollektiv vasitəsilə tərbiyə et-
məyi nəzərdə tutur. İnsan kollektivdən kənarda, kollektiv mü-
nasibətlərə daxil olmadan şəxsiyyət kimi tərbiyə oluna bilməz. 
O, bu halda öz şəxsi mənafeyi üçün yaşayan fərdiyyətçi kimi 
böyüyür. Kollektivdə isə o, öz inkişafı üçün daha əlverişli 
imkan əldə edir, kollektivçi kimi böyüyür. 
Kollektiv fərdin inkişafı üçün təkcə əlverişli sosial mühit 
rolu oynamır. Düzgün təşkil olunmuş kollektiv həm də tərbiyəçi 
kimi çıxış edir; öz üzvlərini tərbiyə edir. Bu halda o, tərbiyənin 
obyektindən subyektinə çevrilir. Tərbiyə işində tərbiyəçinin 
(müəllimin) təsiri – tələbə kollektivinin təsiri ilə birləşdikdə daha 
böyuk səmərə verir. Belə paralel pedaqoji təsir həmişə öz 
bəhrəsini verir: kollektivin qəti tələbi ilə insanın daxili aləmində 
az vaxtda kəskin dönüş baş verir. Bunu “partlayış” nəzəriyyəsi 
adlandıran A.S.Makarenko kollektivi tərbiyə işinin başlıca for-
ması, şəxsiyyətin tərbiyəçisi hesab edir və deyirdi ki, düzgün 
tərbiyə vahid, qüvvətli, nüfuzlu kollektivlər yaradılması yolu ilə 
mümkündür. Bu halda müəllim tələbə kollektivi simasında qüv-
vətli köməkçi əldə etmiş olur. 


167 
Yuxarıda nəzərdən keçirilən tərbiyə prinsipləri qarşılıqlı 
vəhdət təşkil edir. Yalnız prinsiplərin qarşılıqlı əlaqədə götürül-
məsi tərbiyə işini səmərəli qurmağa, onu düzgün idarə və tənzim 
etməyə imkan verir. Müəllim insanın fərdi xüsusiyyətlərindən, 
real şərait və imkanlardan çıxış edərək tərbiyə prinsiplərini yara-
dıcılıqla tətbiq etməyə çalışmalıdır. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin