172
yalar daha tez və daha yaxşı dərk olunur. Bunu nəzərə alaraq
tərbiyə işində bədii əsərlərin (filmlərin) müzakirəsindən geniş
istifadə etmək lazımdır.
Bədii əsərlərin müzakirəsi qaydası disputda olduğu kimidir.
Nümunə metodu şüuru formalaşdıran metodlar içərisində
mühüm yer tutur. Doğrudur, nümunə bütün tərbiyə metod-
larında bir vasitə və tərz kimi iştirak etsə də, daha çox əxlaqi
ideyaları əyani şəkildə nümayiş etdirməyə, konkretləşdirməyə
və beləliklə, daha dolğun və canlı təsəvvürlər yaratmağa xidmət
göstərir. Tərbiyəçinin sözü canlı nümunə ilə birləşdikdə daha
inandırıcı olur və daha böyük təsir gücünə malik olur. Əksinə,
tərbiyəçinin sözü ilə əməli düz gəlmədikdə onun yaxşı sözləri
belə təsirini və inandırıcılığını itirir.
Müəllim gənclərə həmişə düzgün davranış nümunəsi
göstərməlidir. Şəxsi nümunə ilə yanaşı tərbiyə işində müxtəlif
növ müsbət nümunələrdən (tarixi şəxsiyyətlərin, görkəmli elm
və mədəniyyət xadimlərinin, bədii əsər qəhrəmanlarının,
yaşlıların, yoldaşların nümunələrindən) də istifadə edilməlidir.
Dostları ilə paylaş: