M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Fəaliyyəti və davranışı stimullaşdıran metodlar



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə109/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Fəaliyyəti və davranışı stimullaşdıran metodlar. Bu 
metodlar qrupu insanın hissi aləminə təsir göstərməklə onu 
yaxşı hərəkətləri möhkəmlətməyə, pis hərəkətlərdən çəkindir-
məyə xidmət edir. Belə ki, yaxşı hərəkətinə görə təriflənən gənc 
bundan məmnunluq hissi keçirir və bir daha müsbət hərəkətlər 
etməyə çalışır. Eləcə də pis hərəkətinə görə cəza alan gənc 
iztirab hissi keçirir və bir daha belə hərəkətlərə yol verməməyə 
çalışır. Beləliklə, rəğbətləndirmə və cəza insanın davranışını 
stimullaşdırmağa kömək göstərir. Buna görə də bəzi pedaqoji 
mənbələrdə bu metodlar qrupu rəğbətləndirmə və cəza me-
todları adlanır. Bu qrupa habelə yarış metodu da daxildir. 
Yarış metodu insanın fəallığını, təşəbbüskarlığını stimul-
laşdıran, qabaqcıllar sırasına çıxması üçün səylərini gücləndir-
məyə kömək edən təsirli vasitədir. Bu metodun sosial-psixoloji 
əsası ondan ibarətdir ki, hər bir insan, o cümlədən, yeniyetmə 
və gənc sağlam rəqabətə, başqalarından fərqlənməyə, özünütəs-
diqə meylli olur. Yarış metodu bu meyli təmin etməyə xidmət 
göstərir. 
Yarış müxtəlif sahələr üzrə təşkil edilə bilər: təlimə 
məsuliyyətli münasibət, davamiyyət, təmizlik və səliqə, inti-
zam, əmək, idman, bədii yaradıcılıq və digər sahələrdə keçirilir. 
Yarış formaca kollektiv və fərdi ola bilər. Tərbiyəvi ba-
xımdan kollektiv yarışların rolu daha böyükdür. 
Rəğbətləndirmə metodu insanın davranış və fəaliyyətinə 


175 
verilən müsbət qiymət olub, onu daha yaxşı hərəkətlərə həvəs-
ləndirən metoddur. 
Tərbiyə təcrübəsində rəğbətləndirmənin müxtəlif növlə-
rindən istifadə olunur: bəyənmək, tərifləmək, şifahi və ya yazılı 
təşəkkür vermək, mükafatlandırmaq, şərəf lövhəsinə və ya ki-
tabına tələbənin şəklini vurmaq, fəxri fərmanla təltif etmək, 
valideynlərə razılıq məktubu göndərmək və s. 
Cəzalandırma metodu insanın davranış və fəaliyyətinə 
verilən mənfi qiymət olub, onu pis hərəkətlərdən çəkindirmək 
məqsədi güdür. Cəza həm də profilaktik xarakter daşıyır: kol-
lektivin digər üzvləri də yoldaşlarına verilmiş cəzadan nəticə 
çıxarır, pis hərəkətlərə yol verməməyə çalışırlar. 
Tərbiyə işində cəzanın müxtəlif növlərindən istifadə olu-
nur: danlaq, şifahi və yazılı töhmət, qəbahəti iclasda müzakirə 
etmək, insanı müəyyən həzzdən (kinoya, gəzməyə getməkdən, 
oyundan və s.) məhrum etmək və s. Bəzi pedaqoqlar təbii nə-
ticə yolu ilə cəza verməyi də lazım bilirlər. Məsələn, verilən 
tapşırığı yerinə yetirməyən tələbə dərsdən sonra qalıb tapşırığı 
icra edir, tapşırılan işi keyfiyyətsiz gördükdə onu yenidən 
yerinə yetirir və s. 
Cəza tədbirini tətbiq edərkən qəbahətin xarakterini, şə-
raitini, həmin hərəkətə insanı təhrik edən motivləri, onun fərdi 
xüsusiyyətlərini nəzərə almaq lazımdır.
Cəzalandırma və rəğbətləndirmə çox incə tərbiyə me-
todlarıdır. Ondan düzgün istifadə etmədikdə tərbiyə işinə ziyan 
vura bilər. Buna görə də rəğbətləndirmə və cəza zamanı bəzi 
şərtləri gözləmək vacibdir: a) rəğbətləndirmə və cəza ədalətli 
(gəncin hərəkətinə uyğun) olmalı; ədalətsiz, yaxşı ölçülüb-bi-
çilməmiş, tələsik verilən cəza tərbiyə işinə böyük ziyan vura 
bilər. Bu baxımdan V.A.Suxomlinski əxlaq tərbiyəsində ümu-
miyyətlə cəzanın əleyhinə çıxırdı. Onun fikrincə, cəza vicdanı 
əzablardan azad edir; qəbahəti etiraf etmək cəza verməkdən 
daha yaxşıdır. Böyük pedaqoqa görə, qoy insan öz günahını 
hiss etsin, öz qəbahətini etiraf etsin, öz vicdanı ilə özünü cə-


176 
zalandırsın; b) cəza zamanı müəyyən hədd gözlənməli (çox 
tətbiq edildikdə təsirini itirə bilər); c) gənclərin yaş və fərdi 
xüsusiyyətləri nəzərə alınmalı (məsələn, yeniyetmə və gənci 
dərsdə ayaq üstə saxlamaqla cəza vermək olmaz); ç) kollektivin 
rəyi ilə hesablaşmalı (bu, müəllimi səhvlərdən çəkindirə bilər); 
d) rəğbətləndirmə və cəza mütləq xarakter daşımamalıdır (gənc 
bilməlidir ki, bu gün yaxşı hərəkətinə görə tərifləndiyi kimi
sabah pis hərəkətinə görə cəza ala bilər). 
Rəğbətləndirmə və cəza tərbiyəçidən böyük pedaqoji mə-
harət, psixoloji və pedaqoji hazırlıq tələb edir. Düzgün veril-
məyən, insan şəxsiyyətinə və ləyaqətinə toxunan, ədalətsiz cəza 
müəllim-tələbə münasibətlərində gərginlik, münaqişə yarada 
bildiyi kimi, cəzanın təsir gücünü, tərbiyəçinin nüfuzunu zəif-
lədər, tərbiyə və özünütərbiyə işini çətinləşdirə bilər. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin