M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


 Tərbiyə texnologiyası: fərdi təsir mexanizmi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə112/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   142
Ali mekteb pedaqogikasi-kitab

4. Tərbiyə texnologiyası: fərdi təsir mexanizmi 
Tərbiyə – sosial təcrübənin mənimsədilməsi məqsədi ilə 
gənc nəslə mütəşəkkil və planlı təsir göstərmək prosesidir. 
Pedaqoji təsirlər tərbiyənin ümumi məqsədlərinə yönəlsə də, 
bir qayda olaraq, insanın fərdi psixi xüsusiyyətləri ilə şərtlənir
Çünki mücərrəd insan yoxdur, hər bir insan şəxsiyyət kimi 
fərdidir, təkrarolunmazdır. Eyni pedaqoji təsir müxtəlif insan-
lara münasibətdə eyni nəticə vermir. Pedaqoji təsirləri hamı 
eyni cür qəbul etmir; hər kəs onlara özünəməxsus şəkildə 
reaksiya verir. Buna görə də tərbiyənin hamı üçün ümumi olan 
məqsədlərini hər bir şəxsiyyətin fərdi xüsusiyyətlərinə müvafiq 
olaraq konkretləşdirmək vacibdir. Görkəmli tərbiyə ustası 
A.S.Makarenko bu məsələdən bəhs edərək yazırdı ki, tərbi-
yənin məqsədi dedikdə mən insan şəxsiyyətinin, xarakterinin 
proqramını başa düşürəm; tərbiyə işində ümumi, «standart» 
proqram qəbul etməklə yanaşı, ona fərdi düzəlişlər də olun-
malıdır. 
Tərbiyə işinin səmərəsi üçün hər bir tələbənin fərdi xüsu-
siyyətlərini nəzərə almaqla ona fəal təsir göstərmək, onda 
müəyyən maraqlar və tələbatlar formalaşdırmaq lazım gəlir. 


179 
Bunun üçün, ilk növbədə, tərbiyə olunanları yaxşı öyrənmək, 
tanımaq mühüm şərtdir. Tələbələri fəaliyyət və ünsiyyət pro-
sesində – onlarla birgə iş zamanı, həm də hərtərəfli (təlimdə, 
əməkdə, ünsiyyətdə, asudə vaxtda, kollektivdə və tək olanda, 
sevincli və kədərli vaxtlarında), habelə inkişafda öyrənmək va-
cibdir. Öyrənərək – tərbiyə etmək, tərbiyə edərək – öyrənmək 
lazımdır.
Tələbənin bu və ya digər keyfiyyətini, əməllərinin təza-
hürlərini bilmək azdır; bu təzahürlərin, hərəkət və davranışın 
səbəblərini də müəyyənləşdirmək mühüm şərtdir. Tələbələrin 
zahirən eyni hərəkətləri müxtəlif səbəblərlə bağlı ola bilər. Sə-
bəbləri öyrənmədən onlara uyğun tərbiyə metodlarını da seçib 
tətbiq etmək mümkün deyildir. Çünki arzuolunmaz nəticələrlə 
mübarizə aparmaq üçün onları doğuran səbəbləri aradan qal-
dırmaq lazımdır. 
Tərbiyə prosesində tələbənin davranış və fəaliyyətinin əsl 
səbəblərini, motivlərini dəqiq aşkara çıxarmaqla onlara müva-
fiq tərbiyə təsirləri müəyyənləşdirib tətbiq etmək asan olur. 
Çox vaxt müəllim-tərbiyəçi tələbənin bu və ya digər hərə-
kətinin hansı motivlə baş verdiyini düzgün müəyyənləşdirə 
bilmir. O, tələbənin hərəkətlərini həqiqətdə olduğundan fərqli 
motivlərlə əlaqələndirir və buna müvafiq olaraq yanlış təsir 
vasitələri tətbiq edir. Tələbə bununla razılaşmır, onda daxili eti-
raz baş qaldırır. Bu da, öz növbəsində, ədalətsizlik və anlaşıl-
mazlıqdan doğan həyəcan, inciklik hissləri yaradır. Tətbiq 
edilən pedaqoji təsirlər müəllim və tələbə üçün müxtəlif məna 
kəsb edir: müəllim özünü haqlı, tələbə isə onu haqsız sayır. 
Onlar arasında məna səddi, psixoloji maneə yaranır. Belə ol-
duqda müəllimin tətbiq etdiyi bütün tərbiyə vasitələri tələbəyə 
təsirsiz qalır, ondan yan keçir. 
Müəllimlə tələbə arasında yaranan psixoloji maneənin di-
gər səbəbi eyni tələbəyə eyni təsir vasitələrinin dəfələrlə tətbiq 
edilməsidir (xüsusən onların tətbiqi müsbət nəticə vermədiyi 
hallarda). Tələbə bu təsirlərə öyrəşir, hətta onların mənası üzə-


180 
rində heç düşünmür də. Belə hallar sözlə təsirlərin (danlaq, 
xəbərdarlıq, tənbeh, hədə və s.) dəfələrlə təkrarı zamanı daha 
çox özünü göstərir. Çünki bu təsirlər tələbələr üçün müəllimin 
düşündüyü qədər məna, əhəmiyyət kəsb etmir. Məsələn, tələbə 
təlimə məsuliyyət hiss etmədiyi üçün məşğələlərə hazırlaşmır. 
Müəllim danlaq və xəbərdarlıq yolu ilə onda öz əməlindən mü-
təəssir olmaq, həyəcan hissləri oyatmağa çalışır. Lakin tələbədə 
lazımi səy, istək olmadığı üçün müəllimin danlağı, töhməti ona 
təsir etmir. Tələbə bunu müəllimin ona qarşı qərəzli mövqeyi 
kimi başa düşür və qəbul etmir.
Müəllimlə tələbə arasında psixoloji maneənin bir səbəbi 
də müəllimin ədalətsizliyi, haqsız cəzası, çoxlu çətin tələblər 
verməsidir. Bunun nəticəsində tələbədə yaranan mənfi emosio-
nal hal sonralar asanlıqla daha geniş miqyas alır. Məsələn, 
müəllimin məşğələdə tələbəyə verdiyi qiymət onun tərəfindən 
ədalətsizlik kimi qəbul edilərək inciklik yarada bilər. Əgər bu 
hal aradan qaldırılmazsa (müəllim qiyməti xarakterizə edərək 
tələbənin yol verdiyi səhvləri göstərməklə qiymətin ədalətli 
olduğuna onu inandıra bilər), tələbədə fənnə və müəllimə, bü-
tövlükdə təlimə mənfi münasibətin yaranmasına gətirib çıxara 
bilər. Bu zaman tələbə müəllimin verdiyi bütün aşağı balları, 
habelə onun haqlı irad və tövsiyələrini ədalətsizlik və qərəzli 
mövqe kimi qiymətləndirməyə meyl edəcəkdir. 
Müəllimlə tələbə arasındakı psixoloji maneəni aradan 
qaldırmağın əsas yolu onun yaranması səbəblərini aydınlaş-
dırmaqdan və bu əsasda tələbə ilə münasibətləri dəyişdir-
məkdən, qarşılıqlı anlaşma mühiti yaratmaqdan ibarətdir. Bu 
zaman əsas məsələ tələbənin yanlış qəbul etdiyi tərbiyəvi 
təsir priyomlarını aradan qaldırmaq və onun fərdi xüsusiyyət-

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin