M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə115/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Ahəngdar inkişaf etmiş 
şəxsiyyətin əsas keyfiyyətləri 
Tərbiyənin tərkib hissələri 
 
1. İntellektual keyfiyyətlər 
2. İdeya-mənəvi yetkinlik 
3. Əmək və peşə hazırlığı 
4. Estetik zövq 
5. Fiziki sağlamlıq, gümrahlıq 
6. Ekoloji, hüquq və iqtisadi 
mədəniyyət 
1. Zehni (əqli) tərbiyə 
2. İdeya-mənəvi tərbiyə 
3. Əmək tərbiyəsi
4. Estetik tərbiyə 
5. Fiziki tərbiyə 
6. Ekoloji, hüquq və 
iqtisadi tərbiyə 
Şəxsiyyətin ahəngdar inkişafı üçün göstərilən tərbiyə sahə-
ləri kompleks şəkildə həyata keçirilməlidir. Pedaqoji prosesə 


185 
kompleks yanaşma o deməkdir ki, hər bir tələbə tərbiyənin bütün 
sahələri ilə əhatə olunsun, yəni zehni, əxlaqi, əmək, estetik, fiziki 
və s. hazırlıq keçsin. Bunun üçün ali məktəbdə müvafiq şərait 
yaradılmalı, planlı və sistemli iş aparılmalı, tərbiyənin məzmunu 
məqsədə uyğun seçilməlidir. 
Tərbiyənin məzmunu. Məqsəd – pedaqoji prosesin bi-
rinci ünsürüdür. O, fəaliyyətin digər ünsürlərini – məzmun, va-
sitə və metodları müəyyən edir. Tərbiyənin məzmunu gənc nəs-
lə aşılanacaq tərbiyə keyfiyyətlərinin məcmusudur. O, ahəngdar 
şəxsiyyət tərbiyəsinin bütün tərkib hissələrini özündə birləş-
dirir. Buraya dünyagörüşün formalaşması, əqli tərbiyə, ideya-
mənəvi tərbiyə, estetik tərbiyə, əmək tərbiyəsi, fiziki tərbiyə, 
ekoloji, hüquq və iqtisadi tərbiyə daxildir. Bu tərbiyə sahələri 
tərbiyənin ümumi məqsədinin həyata keçirilməsində mühüm 
rol oynayır. 
Tərbiyənin tərkib hissələri birlikdə ümumi məqsədin – 
ahəngdar şəxsiyyət tərbiyəsinin həyata keçirilməsində iştirak 
etsə də, onların hər biri özünə məxsus aparıcı (dominant) funk-
siyanı yerinə yetirir. Bütövlükdə tərbiyə prosesini səmərəli 
qurmaq üçün onun ayrı-ayrı tərkib hissələrinin xüsusiyyətlərini, 
vəzifələrini, məzmun və formalarını qısaca nəzərdən keçirək.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin