186
laşması üçün onun bütün struktur komponentlərinə – zehni,
emosional və iradi komponentlərə təsir göstərmək lazımdır.
Müəyyən ideyalar və baxışlar o zaman dünyagörüşünə çevrilir
ki, tələbə bilik və ideyaları şüurlu dərk etsin, onların həqiqi-
liyinə inansın (zehni komponent); ideyaları daxilən hiss etsin,
onlarla yaşasın, həyəcanlansın (emosional komponent); həmin
ideyaları öz davranışına, gündəlik əməli fəaliyyətə tətbiq etsin
(iradi komponent). Qəlbin iştirakı olmadan şəxsi əqidə, dün-
yagörüşü formalaşdırmaq mümkün deyildir: soyuq ürəkdə,
yatmış ağılda yüksək hisslər, dünyagörüşü ideyaları ola bilməz.
İdeya və baxışların dünyagörüşünə çevrilməsi mürəkkəb
prosesdir. Bunun üçün gənclərdə dünyaduyumu, həyat hadi-
sələrinə münasibəti, onları təhlil edib qiymətləndirmək baca-
rıqları formalaşdırmaq lazımdır.
Dünyagörüşünün formalaşması bir çox
amillərlə şərtlənir:
cəmiyyət həyatı, insanın çoxcəhətli ictimai münasibətləri, mü-
əllim və valideynlərin təsiri, təlim-tərbiyə prosesi, informasiya
vasitələri, mütaliə və s. belə amillərdəndir. Təlim prosesi bu ba-
xımdan böyük təsir gücünə malikdir. Gənclərin elmi biliklər
sisteminə yiyələnməsi bunun üçün möhkəm zəmin yaradır:
ümumiləşdirilmiş biliklər, ən mühüm elmi nəticələr, təbiət və
cəmiyyət qanunlarının dərk edilməsi dünyagörüşün mühüm
komponentini təşkil edir.
Dünyagörüşü elmi biliklərə, ideya və baxışlara əsas-
lanır.
Dostları ilə paylaş: