M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə118/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   142
Ali mekteb pedaqogikasi-kitab

İdeya-mənəvi tərbiyə. İdeya-mənəvi tərbiyə ahəngdar 
inkişaf etmiş şəxsiyyət tərbiyəsinin əsas istiqamətini təşkil edir. 
İdeya-mənəvi tərbiyənin nəzəri əsasını dialektik materializm 
təlimi, mütərəqqi bəşəri və milli ideyalar, sosial-əxlaqi nor-
malar təşkil edir. 
İdeya-mənəvi tərbiyənin psixoloji əsası kimi bilik, əqidə, 
hiss və əməli fəaliyyətin vəhdəti prinsipi çıxış edir. Ağılla və 
ürəklə dərk olunmuş ideyalar insanın davranış və fəaliyyət 
motivinə çevrilir, siyasi və ictimai fəallığını artırır. Gənc qəlbdə 
mənəvi gözəlliyə, yüksək ideyaya heyranlıq, əxlaqi igidlik 
qarşısında təəccüb, iftixar hissləri yarandıqda siyasi və əxlaqi 
ideyalar insanın inamına, əqidəsinə daha tez çevrilir, onda hə-
min ideyalarla yaşamaq arzusu və həvəsi doğurur. K.D.Uşin-
skinin dediyi kimi, insanın xarakteri gənclik alovunda yaranır. 
Çalışmaq lazımdır ki, gənclərin qəlbində əxlaqi nəciblikdən 
doğan alov həmişə yansın, onları xeyirin təntənəsinə, şərə qarşı 
mübarizəyə yönəltsin.
İdeya-mənəvi tərbiyə qarşısında bir sıra vəzifələr durur: 
- gənc nəsli yüksək ideyalılıq və siyasi şüurluluq, habelə 
xalqımızın inqilabi, döyüş və əmək ənənələri ruhunda tərbiyə 
etmək; - gəncləri mütərəqqi bəşəri və milli ideyalar, siyasi 
normalar və münasibətlər haqqında təsəvvürlərlə, biliklərlə 
silahlandırmaq; - böyüyən nəslin ictimai-siyasi fəallığını artır-
maq, bunun üçün zəruri bacarıq və vərdişlər aşılamaq. 
İdeya-mənəvi tərbiyə işi ilk növbədə təlim prosesində 
həyata keçirilir. Ayrı-ayrı fənlərin tədrisində ictimai-siyasi ba-
xışlar, ideya inamı formalaşdırmaq üçün geniş imkanlar vardır. 
Müəllim bu imkanlardan istifadə edib gənclərdə ideya-siyasi tə-
səvvür və anlayışlar, siyasi şüur və mövqe, ictimai və siyasi hə-
yat hadisələrinə şəxsi münasibət formalaşdırmağa çalışmalıdır. 
İdeya-mənəvi tərbiyənin səmərəli olması üçün müəllim 


189 
öz parlaq, emosional şərhi və müasir metodların köməyi ilə 
gənclərdə ictimai-siyasi fakt və hadisələrə şəxsi münasibət for-
malaşdırmağa, onlara qiymət verməyə, müstəqil nəticələr çıxar-
mağa sövq etməlidir. 
İdeya-mənəvi tərbiyənin mühüm bir istiqaməti gənclərin 
ictimai-siyasi fəaliyyətini təşkil etməkdən ibarətdir. Ali məktəb 
müxtəlif formalarda gəncləri cəmiyyətin ictimai-siyasi həya-
tında iştiraka cəlb edir. Bu yolla onların ictimai-siyasi fəallığı 
təmin edilir. İdeya tərbiyəsi əxlaq tərbiyəsi ilə sıx bağlıdır. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin