205
dörd mərhələ ayırd edilir.
Birinci mərhələ kollektivin təşəkkülü
mərhələsi adlanır. Burada əsas təşkilatçı kimi müəllimlər, ku-
rator, dekanlıq, qrup nümayəndəsi çıxış edir. Onlar qrupda bir-
gə maraqlı işlər təşkil edir, tələbələrə ardıcıl tələblər verir, eyni
zamanda tələbələr içərisindən fəallar seçir, onları təşkilatçılıq
işinə cəlb edirlər.
kinci mərhələ kollektiv özəyin təşkili mərhələsi adlanır.
Fəallar müəllimin-tərbiyəçinin, kurator və qrup nümayəndələri-
nin dayağı kimi çıxış edir, onların tələblərini müdafiə edir,
kollektivin həyatında fəallıq göstərirlər.
Üçüncü mərhələ özünüidarəyə keçid mərhələsi adlanır.
Bu mərhələdə kollektivin əksər üzvləri onun həyatında fəal
iştirak edir, yoldaşlarına tələblər verirlər. Kollektivin seçkili
orqanları əsas təşkilatçı kimi çıxış edir. Bu mərhələdə kollek-
tivin ictimai rəyi formalaşır və əsas tərbiyəedici, tənzimedici
amilə çevrilir. Məhz bu pillədə ayrı-ayrı tələbələrin xoşagəlməz
hərəkətlərini kollektivin müzakirəsinə çıxarmaq və onlara
səmərəli kollektiv təsiri təşkil etmək mümkündür.
Dördüncü mərhələ kollektivin yetkinlik mərhələsi adla-
nır. Bu mərhələdə kollektivin bütün üzvləri onun həyatında fəal
iştirak edir, hərə özünə tələb verir. Beləliklə, tərbiyə özünütər-
biyə ilə qovuşur.
Kollektivin təşəkkülü və formalaşmasının göstərilən mər-
hələləri onun inkişaf dinamikasını ifadə edir: kollektiv pedaqoji
rəhbərlikdən tədricən özünüidarə və özünütənzimləmə sistemi-
nə çevrilir və mühüm tərbiyə vasitəsi kimi çıxış edir.
Dostları ilə paylaş: