Kollektivin tərbiyəsi. Kollektivi təşkil edib formalaşdır-
maqla yanaşı, onun tərbiyəsi qeydinə də qalmaq lazımdır. Əks
halda böyük zəhmətlə yaradılan kollektiv inkişaf etməz, zəif-
ləyib dağıla bilər.
Tələbə kollektivinin tərbiyəsi üçün müxtəlif yollardan is-
tifadə edilir. Kollektivin tərbiyəsinin əsas yolu onun qarşısında
fərəhli məqsədlərin qoyulmasıdır. Fərəhli məqsəd uğrunda mü-
barizə kollektivi möhkəmlədir, onun həyatına sevinc və güm-
206
rahlıq gətirir. Tərbiyə işinin ustası A.S.Makarenko kollektiv
qarşısında qoyulan fərəhli perspektiv məqsədlərin üç növünü
müəyyən etmişdi: yaxın, orta və uzaq perspektiv.
Yaxın perspektiv yaxın vaxt (7-10 gün) üçün qoyulan fə-
rəhli məqsədlərdir. Məsələn, kinoya, teatra, konsertə, gəzintiyə
getmək, bayrama və idman yarışına hazırlaşmaq və s. Orta pers-
pektiv nisbətən çox (2-3 ay) vaxt tələb edən fərəhli məqsədlərdir.
Məsələn, səyahətə hazırlaşmaq, olimpiadaya hazırlaşmaq, məktəb
və rayon miqyasında futbol və ya voleybol yarışında iştirak etmək,
buraxılış gecəsinə hazırlaşmaq və s. Uzaq perspektiv uzun müddət
(1-2 il) üçün qarşıya qoyulan fərəhli məqsədlərdir. Məsələn, res-
publika və ya beynəlxalq fənn olimpiadasına, fakültə və fakültə-
lərarası idman yarışlarına hazırlaşmaq, məktəb həyətini, qəsəbəni
abadlaşdırmaq və s. Perspektiv məqsədlərin müntəzəm və rənga-
rəng olmasına diqqət yetirilməlidir. Bir vəzifə əldə edilərkən
yenisini irəli sürmək lazımdır.
Kollektivin tərbiyəsində ənənələrin rolu da böyükdür.
Ənənə dedikdə, dövri olaraq təkrarlanan və hamı tərəfindən qə-
bul edilən möhkəm qaydalar başa düşülür. Ənənə kollektivi da-
ğılmaqdan qoruyur, onu birləşdirir. Bu mənada A.S.Makarenko
ənənəni “ictimai yapışqan” adlandırıb qeyd edirdi ki, heç nə
ənənə qədər kollektivi möhkəmlətmir.
Tərbiyə təcrübəsində ənənələrin iki tipi özünü göstərir:
daxili intizam qaydaları ilə və kütləvi tədbirlərlə bağlı ənənələr.
Birinci tipə ali məktəbin rejim və intizam qaydalarının illərlə
təkrar olunub möhkəm adət şəklinə düşməsi nəticəsində yara-
nan ənənələr daxildir. Belə ənənələrə auditoriyanı təmiz saxla-
maq, dərslərə gecikməmək, yüksək qiymətlərlə oxumaq, qrup-
da ad günlərinin keçirilməsi, oğlanların qızlara diqqət və qayğı
göstərməsi, məşğələlərdə sakitliyin gözlənilməsi, təlimdə geri-
də qalanlara kömək göstərilməsi, xəstələrə qayğı və s. misal ola
bilər.
Kütləvi tədbirlərlə bağlı ənənələr dövri olaraq təkrarlanan
və təntənəli şəkildə keçirilən kütləvi tədbirlərdir. Tarixi günlərin
207
və bayramların keçirilməsi, ilk zəng, son zəng, məzunların gö-
rüşü, hər tələbənin bir ağac əkib ona qulluq etməsi, hər il sparta-
kiada və fənn olimpiadalarının keçirilməsi və s. kimi ənənələr
bura daxildir.
Kollektivi inkişaf etdirməyin bir yolu da fəalların rolunu
artırmaq və onlara qayğı göstərməkdən ibarətdir. Fəallar
kollektivin canlı özəyini təşkil edir, dekanlığın, kuratorun yaxın
köməkçisi kimi çıxış edirlər.
Dekanlıq, kurator və müəllimlər tələbə kollektivində fəal-
ların sırasının artırılmasına qayğı göstərməlidirlər. Fəalları ən
mühüm və məsul fəaliyyət sahələrinə geniş cəlb etmək, onlara
etimad göstərmək və müəyyən səlahiyyətlər vermək, onlarla
mehriban işgüzar münasibət yaratmaq lazımdır. Bu, fəalların
kollektivdə rolunun və sayının artması baxımından əhəmiy-
yətlidir.
Kollektivin tərbiyəsində şəxsiyyətlərarası səmimi qarşı-
lıqlı münasibətlərin yaradılması, yoldaşlıq və dostluğun möh-
kəmləndirilməsi də mühüm şərtdir. Bu məqsədlə birgə maraqlı
tədbirlər (əmək, idman yarışları, ekskursiya və gəzintilər, oyun
və əyləncələr və s.) keçirmək faydalıdır. Gənclik illərində
dostluq bəzən qızlar və oğlanlar arasında sevgiyə çevrilir. Bunu
başa düşmək, ona hörmətlə yanaşmaq, onun yüksək mənəvi
əsasda olmasına kömək etmək lazımdır.
Tələbə kollektivində özünüidarənin təşkili. Tələbə kollektivi
özünüidarə prinsipi əsasında fəaliyyət göstərir. Özünüidarə tə-
ləbələrin ictimai fəallıq tərbiyəsinin mühüm vasitəsi olub, onlarda
təşkilatçılıq bacarığının, müstəqillik və təşəbbüskarlığın, şəxsi
məsuliyyət və kollektivçilik hissinin inkişafına kömək göstərir.
Tələbə özünüidarəsi üç səviyyədə – qrup, fakültə və uni-
versitet səviyyəsində fəaliyyət göstərir. İlk kollektiv olan aka-
demik qrupun öz fəalları olur: qrup nümayəndəsi, həmkarlar və
gənclər təşkilatı nümayəndələri, divar qəzeti redaksiya heyəti,
müxtəlif komissiyalar (təlim, idman, səhiyyə, əmək və s.). Qrup
fəallarının fəaliyyətini əlaqələndirmək məqsədi ilə bəzi ali mək-
208
təblərdə qrup şurası (və ya komitəsi) yaradılır. İlk kollektivin
ali orqanı qrupun ümumi yığıncağıdır. Orada qrup həyatının ən
mühüm, aktual məsələləri müzakirə edilir. Qrupun ümumi yı-
ğıncağı ayda bir dəfə keçirilir. İlk yığıncaqda qrup nümayən-
dəsi seçilir.
Fakültə və ali məktəb səviyyəsində tələbə özünüidarə
orqanları ilk (qrup) kollektivlərinin müvəkkillərini birləşdirmək
yolu ilə yaradılır. Belə orqanlara tələbə həmkarlar və gənclər
təşkilatı şurası, müxtəlif sahələr üzrə fəaliyyət göstərən komis-
siya və şuralar daxildir. Fakültə və universitet özünüidarə or-
qanları hər qrupdan (ilk kollektivdən) və fakültədən bir nəfər
olmaqla yaradılır. Ali məktəb tələbə özünüidarəsinin ali orqanı
ildə bir dəfədən az olmayaraq keçirilən ümumi yığıncaq və ya
tələbə konfransıdır.
Ali məktəbin tələbə kollektivi özünəməxsus quruluşa ma-
lik mürəkkəb sosial təsisatdır. Bu təsisatın əsasını tələbə akade-
mik qrupu təşkil edir. Kurs, fakültə, ali məktəb kollektivləri da-
ha böyük miqyasda fəaliyyət göstərir. Tələbə mühitində ictimai
təşkilatlarla yanaşı, marağa görə birliklər də yaradılır: qərar-
gahlar, komissiyalar, klublar, bölmələr, dərnəklər, bədii özfəa-
liyyət kollektivləri və s. Onların özlərinə məxsus məqsəd və
vəzifələri, quruluşu, idarəetmə orqanları, tələbələrin fəaliyyət
növləri vardır. Bütün kollektiv tipləri öz xüsusiyyətlərinə uyğun
olaraq bu və ya digər fəaliyyət növlərinin (elmi, tədris, əmək,
idman, bədii, ekoloji və s.) təşkili üzrə tələbələrin təlim-tərbiyə
məsələlərinin həllində yaxından iştirak edirlər.
Ali məktəbin qarşısında duran vəzifələrin yüksək səviy-
yədə yerinə yetirilməsi tələbə kollektivləri və onların idarəetmə
orqanları ilə birgə fəaliyyətin səmərəli təşkilindən çox asılıdır.
Kollektivdə qarşılıqlı münasibətlərin formalaşdırılması.
Tələbə kollektivində normal münasibətlərin yaradılması bir çox
amillərlə bağlıdır. Bu amillərə kollektivin ümumi ideya-mənəvi
dəyərlərlə yaşaması, ünsiyyət mədəniyyəti, ictimai rəy, mənəvi-
psixoloji iqlim və s. daxildir. Bu amillərin xarakterindən asılı
209
olaraq tələbə kollektivində səmimi və ya münaqişəli müna-
sibətlər özünü göstərir. Tələbə qrup kollektivində şəxsi simpa-
tiya ilə birləşən, xüsusən liderlik edən qeyri-rəsmi mikroqrup-
lar da bu sahədə böyük rol oynayır. Belə kiçik qruplar tərbiyə
subyekti və aləti kimi kollektivin keyfiyyətini və imkanlarını
xeyli dərəcədə müəyyən edir. Qeyri-formal qruplar pozitiv və
neqativ mövqe tuta bilər. Pozitiv qeyri-formal qruplar kollekti-
vin tərbiyəvi təsirini gücləndirdiyi kimi, neqativ qruplar bu tə-
siri zəiflədir. İkinci halda kollektivdə münaqişələr yaranır.
Qeyri-rəsmi qrup liderlərinin təqib olunması bu münaqişələri
kəskinləşdirə bilər.
Tələbə kollektivindəki münaqişələri (onlar daha çox şəx-
siyyətlərarası münasibətlər zəminində baş verir) elmi əsasda
həll etmək lazımdır; münaqişəni dərindən təhlil etmək, səbəb-
ləri və münaqişə tərəflərinin motivlərini öyrənmək, heç bir tə-
rəfin hüququnu pozmadan, nüfuzuna xələl gətirmədən kollek-
tivin ümumi mənafeyindən çıxış edərək ixtilafı sivil yolla həll
etmək vacibdir. Münaqişələrin profilaktikasına daha çox diqqət
yetirmək lazımdır. Çünki münaqişələri həll etməkdənsə, onların
qarşısını almaq daha asandır. Münaqişələrin qarşısını almaq
üçün kollektivdə normal münasibətlər qurmaq, sağlam ictimai
rəy, müsbət mənəvi-psixoloji iqlim və ünsiyyət mədəniyyəti
formalaşdırmaq böyük əhəmiyyətə malikdir.
Dostları ilə paylaş: |