184
IX fəsil
Ali məktəbdə tərbiyənin məqsədi, məzmunu,
yolları və vasitələri
Plan:
1. Ali məktəbdə tərbiyənin məqsədi
və məzmunu
2. Tələbə gənclərin dünyagörüşünün formalaşması, əqli, ideya-mənəvi və
əmək tərbiyəsi
3.
Tələbələrin estetik, fiziki, ekoloji, hüquq və iqtisadi tərbiyəsi
4. Tələbə kollektivinin şəxsiyyətə təsiri
5. Pedaqoji ünsiyyət və tələbə şəxsiyyətinin inkişafında onun rolu
1. Ali məktəbdə tərbiyənin məqsədi və məzmunu
Tərbiyənin məqsədi nədir? Biz necə insan yetişdirmək
istəyirik? O, hansı keyfiyyətlərə malik olmalıdır?
Tərbiyənin məqsədi dedikdə,
pedaqoji fəaliyyətin son
nəticəsi, yəni insan şəxsiyyətinin layihəsi başa düşülür.
Ali məktəbdə tərbiyənin başlıca məqsədi
ahəngdar inki-
şaf etmiş şəxsiyyət – Vətəndaş yetişdirməkdir. Belə şəxsiyyət
birtərəfli yox, bir çox cəhətdən (zehni, fiziki, mənəvi və s.
cəhətdən) inkişaf etməlidir. Ahəngdar inkişaf etmiş şəxsiyyətin
keyfiyyətləri çoxdur. Hər bir keyfiyyətin formalaşmasında tər-
biyənin ayrı-ayrı tərkib hissələri aparıcı (dominant) rol oynayır.
Bunu cədvəl şəklində nəzərdən keçirək.
Dostları ilə paylaş: