M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə120/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Əmək tərbiyəsi. Əmək tərbiyənin qüvvətli amilidir; o, 
insan şəxsiyyətinə güclü təsir göstərir. Əmək şəxsiyyətin ideya-
mənəvi, zehni, estetik, fiziki inkişafında böyük rol oynayır. 
Əmək insanın mənəvi tərbiyəsinin qüdrətli vasitəsidir: o, in-
sanda əməksevərlik, kollektivçilik, yoldaşlıq və dostluq, xeyir-
xahlıq, gözəllik, borc və məsuliyyət hissi, dəqiqlik kimi müsbət 
keyfiyyətlər formalaşdırır. Şəxsiyyət tərbiyəsini əmək tərbiyəsi 
olmadan təsəvvür etmək mümkün deyildir. K.D.Uşinskinin 
sözləri ilə desək, tərbiyə insanı xoşbəxt etmək istəyirsə, onu 
əməyə hazırlamalıdır. Əmək hər bir gəncin mənəvi tələbatına 
çevrilməlidir. 


192 
Əmək tərbiyəsi qarşısında bir sıra vəzifələr durur: 
- əmək bacarıq və vərdişləri, əmək mədəniyyəti və əməyə 
tələbat formalaşdırmaq; 
- gənclərin mənəvi tərbiyəsinə, peşə-ixtisas hazırlığına 
kömək göstərmək. 
Əmək tərbiyəsi məzmunca çoxcəhətli və rəngarəngdir. 
Tələbənin əsas əməyi təlim əməyidir. Buna görə də ali 
məktəbin başlıca vəzifəsi – I kursdan başlayaraq tələbələrə tə-
lim əməyi vərdişləri, zehni əmək mədəniyyəti, əməyin elmi 
təşkili bacarıqları aşılamaqdan ibarətdir. Tələbələri öz təlim 
fəaliyyətlərini düzgün planlaşdırmağa, hər fənn üzrə səmərəli iş 
priyomlarının tətbiqinə, özününəzarət və özünüqiymətləndir-
məyə geniş cəlb etmək lazımdır. Bu priyomlara yaxşı yiyələn-
məklə tələbələrdə özünütəhsil bacarıqları formalaşdırmaq asan 
olur.
Tələbənin əməyi təkcə təhsil əməyi ilə məhdudlaşmır. 
Buraya habelə özünəxidmət əməyi, ictimai-faydalı əmək, məh-
suldar əmək kimi sahələr daxildir. Ali məktəbdə özünəxidmət 
əməyi auditoriyaların təmiz saxlanması, kitabxana kitablarının 
təmiri, növbətçilik, iməciliklər formalarında həyata keçirilir. Bu 
əmək növündə iştirak etməklə tələbələr təmizlik, səliqəlilik, 
kollektivçilik keyfiyyətlərinə yiyələnir, başqalarının əməyinə 
hörmət etməyi öyrənirlər.
 ctimai-faydalı əmək növü ictimai faydası olan könüllü 
əməkdir. Belə əməyin müxtəlif növləri vardır: təhsil müəssisə-
sinin həyətinin yaşıllaşdırılması, onun ehtiyacları üçün tələbə-
lərin əməyi, tarixi və mədəniyyət abidələrinə qayğı göstəril-
məsi, digər təhsil müəssisələrinə – ümumtəhsil və orta ixtisas 
məktəblərinə hamilik işləri (kabinetlərin tərtibi və təchizi, 
pedaqoji və texniki xidmət göstərilməsi) və s. İctimai-faydalı 
əmək tələbələrdə xeyirxahlıq, məsuliyyət, əməksevərlik, ictimai 
fəallıq, vətəndaşlıq keyfiyyətləri formalaşdırmağa kömək 
göstərir. 
Məhsuldar əmək bilavasitə müəyyən məhsul istehsalı ilə 


193 
bağlıdır. Vaxtilə tələbələr müxtəlif əmək birliklərində – tələbə 
inşaat dəstələrində, yay əmək və istirahət düşərgələrində məh-
sul toplanmasında və başqa formalarda məhsuldar əməyə cəlb 
olunmuşdur. Hazırda istehsalat təcrübəsi keçən tələbələr müx-
təlif peşə-ixtisas sahələrində belə əməklə məşğul olmaq imkanı 
qazanırlar.
Tələbə gənclərin əməyini təşkil edərkən nəzərə almaq 
lazımdır ki, hər bir əmək tərbiyə etmir. Əməyin tərbiyə vasitəsi 
olması üçün onu müəyyən pedaqoji tələblər əsasında təşkil 
etmək vacibdir: 
1. Əmək təlim-tərbiyə məqsədinə xidmət etməli, gənc-
lərin ideya-mənəvi tərbiyəsi ilə sıx bağlanmalıdır.
2. Tələbədə əmək fəallığı, təşəbbüskarlıq, əməyə yaradıcı 
münasibət formalaşdırmaq vacib şərtdir.
3. Gənclərdə əməyə tələbat formalaşdırmaq qeydinə 
qalmaq lazımdır.
4. Kollektiv əməyə üstünlük verilməlidir. Belə əməkdə 
şəxsiyyətin bir sıra müsbət keyfiyyətləri (kollektivçilik, inti-
zam, məsuliyyət, dəqiqlik, yaradıcı fəallıq, təşəbbüskarlıq, 
əmək adamına hörmət, tənbələ nifrət və s.) tərbiyə olunur.
Əmək tərbiyəsini göstərilən tələblər əsasında qurmaqla 
əməyin tərbiyəvi rolunu gücləndirmək mümkündür.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin