Qiymət meyarları. Bilik və bacarıqların qiymətləndiril-
məsi üçün müxtəlif meyarlardan istifadə olunur. Dünya təc-
rübəsində müxtəlif bal qiymətləri tətbiq edilir (5 baldan 100
bala qədər). Boloniya prosesinə daxil olan ölkələrdə vahid qiy-
150
mət meyarı – 100 bal tətbiq olunur. Azərbaycanın ali məktəb-
ləri də çoxballı qiymət sisteminə keçmişdir. Qiymətləndirmə
«Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndiril-
məsi haqqında Əsasnamə»yə uyğun olaraq aparılır (Əsasnamə
təhsil nazirinin 11.09.2008-ci il 1060 saylı əmri ilə təsdiq olun-
muşdur).
Biliyin çoxballı sistemdə qiymətləndirilməsi tələbənin
tədris prosesindəki fəaliyyətinin bütün əsas istiqamətlərini
əhatə edir. Tələbənin fənn üzrə semestr (və ya tədris ili) ərzin-
də toplaya biləcəyi balın maksimum miqdarı 100-ə bərabərdir:
10 bal - dərslərə davamiyyətə görə, 10 bal – tələbənin sərbəst
işinə görə, 20 bal – seminar və ya laboratoriya məşğələlərində
tələbənin aldığı qiymətlərə görə (eyni fəndən həm seminar,
həm də laboratoriya məşğələsi olduğu halda hər birinə 10 bal
ayrılır), 10 bal – kurs işinin (layihəsinin) müdafiəsinə görə
(fənn üzrə kurs iş və ya layihəsi nəzərdə tutulmayıbsa, ona
ayrılan 10 bal seminara və ya laboratoriya məşğələsinə əlavə
olunur). Tələbə semestr ərzində və imtahanda birlikdə 51 bal
topladıqda krediti ödəmiş hesab olunur.
Tələbələrin imtahanlarda, məşğələlərdə cavabları qiymət-
ləndirilərkən müvafiq meyarlardan istifadə olunur. Qiymət
balları müxtəlif göstəricilər əsasında verilir. Qiymətləndirmədə
nəzərə alınan əsas göstəricilər bunlardır: a) biliyin həcmi (proq-
ram materialları tam və ya qismən mənimsənilib?); b) biliyin
dərk edilməsi (şüurlu, yoxsa mexaniki öyrənilib, tələbə keçil-
miş materialı nə dərəcədə başa düşür, cavabı düzgündürmü,
fikirlərini əsaslandıra bilirmi, müstəqil fikir söyləyə bilirmi?);
c) biliyin tətbiqi (tələbə nəzəri biliyi həyata, çalışmalara
müstəqil tətbiq edə bilirmi?); ç) biliyin ifadə olunması (tələbə
fikirlərini ədəbi dildə düzgün ifadə edə bilirmi, danışığında və
yazıda səhvlərə yol verirmi?).
Tələbənin biliyinin qiymətləndirilməsi zamanı təlim forma-
larının, ayrı-ayrı iş sahələrinin xüsusiyyətləri nəzərə alınmalıdır.
|