M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə84/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Laborator məşğələlər 
Laborator məşğələlər tələbələrin müstəqil iş növlərindən 
biri olub, onların xüsusi alət və cihazlarla təcrübə və müşahi-
dələr aparmasını nəzərdə tutur (latınca “laboratorium” - əmək, 
iş deməkdir). Belə məşğələlər təlim prosesində böyük əhəmiy-


134 
yətə malikdir. Onların vasitəsi ilə öyrənilən nəzəri biliklər təc-
rübəyə tətbiq olunaraq daha da dərinləşir, konkretləşir, tələbələr 
cihaz və alətlərlə işləmək və təcrübə qoymaq, nəticələr çı-
xarmaq bacarıqlarına yiyələnirlər. Onlarda elmə, elmi-tədqiqata 
maraq yaranır. Bu da gələcəkdə elmi fəaliyyətə hazırlaşan 
tələbə və magistrlər üçün çox vacibdir. 
Laborator məşğələlər müxtəlif vəzifələri yerinə yetirir: -
nəzəri biliklərin müasir texniki baza əsasında tətbiqini öyrət-
mək; - gələcək mütəxəssis üçün zəruri olan bacarıq və vərdişlər 
formalaşdırmaq; - tələbələrdə tədqiqatçılıq maraqları və qabi-
liyyətini inkişaf etdirmək. 
Laborator məşğələlərin məzmunu fənlərdən asılı olaraq 
çox müxtəlif və rəngarəngdir: müşahidələr, təcrübələr, eksperi-
mental tapşırıqlar və s. Laborator məşğələlər tələbələri elmi-
tədqiqat metodları ilə tanış etmək imkanı verir. Onlar hadisə və 
prosesləri müşahidə və təhlil etməyi, nəticələr çıxarmağı öyrə-
nirlər.
Laborator məşğələlər iki növdə olur: frontal məşğələlər 
və praktikumlar. Frontal məşğələlər zamanı qrupdakı bütün 
tələbələr hər biri ayrılıqda (yaxud cüt tərkibdə) eyni təcrübəni, 
eyni işi yerinə yetirirlər. Belə təcrübələr mövzunun keçirilməsi 
ilə eyni vaxtda aparılır. Praktikumlar (səpəli məşğələlər) cihaz-
ların sayı az olduqda kiçik qrup tərkibində, həm də müəyyən 
mövzular və bəhs bitirdikdən sonra keçirilir. Belə məşğələlərdə 
daha mürəkkəb tapşırıqlar yerinə yetirilir. Məsələn, kondensa-
torun həcminin ölçülməsi, işıqlanma qanunlarının öyrənilməsi 
(fizika), üzvi və qeyri-üzvi maddələrin sintezi, istilik, torpaq və 
ərzaq məhsullarının tədqiqi (kimya) və s. 
Laborator məşğələlər məqsədinə görə də müxtəlif olur
ilk tanışlıq məşğələləri (cihazlarla iş, təcrübələrin qoyuluşu ilə 
tələbələr tanış edilirlər), öyərədici məşğələlər (təcrübənin keçi-
rilməsi, nəticələrin yoxlanılması qaydaları ilə tanışlıq), ekspe-
rimental və problem-axtarış xarakterli məşğələlər (tələbələrin 
müstəqil, yaradıcı fəaliyyətini inkşaf etdirmək məqsədi güdür). 


135 
Laborator məşğələlərin quruluşu praktik məşğələdəki 
mərhələlərə uyğun gəlir: giriş, işin icrası, nəzarət, yekun mər-
hələləri. Tələbələr tərəfindən laborator tapşırıqların yerinə yeti-
rilməsinin keyfiyyəti müəllimin görülən işlərə nəzarəti (əməliy-
yatların ardıcıl icrası, cihazla rəftarı, işdə səliqəlilik, ritm, təc-
rübə aparmaq bacarığı), habelə işin nəticəsi əsasında müəyyən-
ləşdirilir və qiymətləndirilir. 
Laborator məşğələnin səmərəli təşkili üçün müəyyən 
pedaqoji şərtlərə əməl edilməlidir: a)tələbələrin məşğələlərə 
nəzəri hazırlığını təmin etmək; b) onların müstəqilliyini, təd-
qiqatçılıq maraqlarını stimullaşdırmaq, təcrübə və eksperiment-
lərə yaradıcılıq, tədqiqat elementləri daxil etmək; c) tələbələri 
elmi idrak metodları, eksperimentin ümumi metodikası ilə si-
lahlandırmaq; ç) onları təlimdənkənar elmi işlərə ‒ elmi dər-
nəklərə, tələbə elmi cəmiyyətinə cəlb etmək, tələbələrə öz sə-
viyyələrinə uyğun fərdi-diferensial yanaşmanı həyata keçirt-
mək; d) tələbələrin tədqiqatçılıq maraqlarını peşə-ixtisas yönü-
mü ilə əlaqələndirmək. 
Təlimin nəzərdən keçirilən praktik formaları düzgün 
təşkil edildiyi şəraitdə nəzəri bilikləri təcrübəyə tətbiq etmək, 
onlardan əməli peşə fəaliyyətində müstəqil və yaradıcı şəkildə 
istifadə etmək bacarıqlarının formalaşmasında mühüm rol oy-
naya bilər. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin