BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Təbiət elmləri seriyası
2009
BİOLOGİYA
AZƏRBAYCANIN EKOETİK PROBLEMLƏRİ
Q.Ş.MƏMMƏDOV
Bakı Dövlət Universiteti
Məqalədə Azərbaycanın ekoloji problemlərindən – biomüxtəlifliyin azalması, meşə-
lərin qırılması, aridləşmə, səhralaşma, eroziya, şorlaşma, şorakətləşmə və digər deqradasiya
proseslərindən söhbət açılmış, bu problemlərə ekoetik baxımdan yanaşılmış və bəzi
problemlərin elmi əsasları təhlil edilərək, onların həlli yolları şərh edilmişdir.
Bu gün bəşəriyyət qarşısında duran qlobal problemlər artdıqca onların yeni
tərzdə qavranılması və həlli yollarının tapılması da mürəkkəbləşir. Bu qlobal
problemlərdən biri də dünyanın ekoloji durumudur. İnsanlığa getdikcə daha çox aydın
olur ki, min illər ərzində təbiətdən istifadədə mövcud olmuş ənənəvi baxışlar, üsullar
qaldıqca yaxınlaşmaqda olan ekoloji böhranın qarşısını almaq nəinki mümkün olma-
yacaq, onun sürətlə artan miqyası və dağıdıcı təsiri qlobal sosial-iqtisadi inkişafda da
özünü göstərəcəkdir. Akademik Həsən Əliyev [6] bu haqda yazmışdır: “İnsanı təbiət
yaratmış və öz sərvətlərini səxavətlə onun istifadəsinə vermişdir. Altı yüz min ildən
artıqdır ki, müasir insanla təbiət arasındakı münasibət müəyyən nisbətdə davam edir.
Bəşəriyyət öz inkişafının yüksək pillələrinə ayaq qoyduqca, bu nisbət müəyyən
mənada insanların xeyrinə dəyişir. Başqa sözlə desk, insanlar sayca artdıqca və öz
əlində daha mükəmməl texniki vasitələr cəmləşdirdikcə təbiətdən çox mənfəət
götürür, müqabilində isə ona az şey verir. Insan təbiəti dəyişdirir, qırır, tökür, dağıdır,
əvəzini qaytarmırsa, demək, bu xeyrə dəyişmə əslində onun zərərinədir”.
Cəmiyyətin sürətlə inkişaf etdiyi və böyük texniki qüvvəyə malik olduğu
indiki dövrdə təbiətlə insan arasındakı münasibət tamamilə pozulmuş və təhlükəli hal
yaranmışdır. Hətta son zamanlar təbiətin istismarı elə bir dərəcədə qüvvətlənmişdir
ki, təbii sərvətlər gözlənildiyindən daha tez tükənməyə başlamışdır.
Qlobal ekologiyanın vəziyyəti və təbii sərvətlərin qorunması əgər XX əsrin
70-80-ci illərində müharibə və sülh problemlərindən sonra bəşəriyyət qarşısında
duran ikinci böyük problem sayılırdısa, “soyuq müharibə” dövrünün sona çatması və
qlobal istilik-nüvə müharibəsi təhlükəsinin aradan götürülməsi ilə ön plana keçmişdir.
Keçən əsrin 30-50-ci illərində elmi-texniki inqilabın insan cəmiyyətinə sürətlə daxil
olması və “təbiətdən mərhəmət gözləməyin, onu özünüzə tabe edin” şüarı altında
təbiətə irimiqyaslı müdaxilənin başlanması qlobal ekologiyada böhranı sürətləndirə-
rək, onun fəsadlarını lokal və regional səviyyələrdən qlobal səviyyəyə çatdırmışdır.
73
Su və atmosfer hövzələrinin çirklənməsi, planetimizin “ağ ciyərləri” sayılan meşə-
lərin məhv edilməsi, ozon bacalarının genişlənməsi ilə bağlı problemlər, qlobal iqlim
dəyişmələri, qlobal səhralaşma, qlobal biomüxtəlifliyin azalması arzuolunmaz həddə
çatmışdır. Son onilliklərdə onlarla bitki və heyvan növlərinin, nadir landşaft və eko-
sistemlərin Yer üzündən silinməsi getdikcə daha böyük miqyas almağa başlamışdır.
Bu problemlər respublikamızda da mövcuddur. Azərbaycanın əlverişli iqlim
şəraiti, zəngin bitki örtüyü, saf suları və münbit torpaqları hələ çox qədim zaman-
lardan insanları özünə cəlb etmişdir. Yüz illərlə bu diyarın torpaqları əkilmiş,
biçilmiş, otarılmış və neçə-neçə insan nəslini öz qoynunda bəsləmişdir. Bununla belə,
aparılan tədqiqatlar göstərir ki, XIX əsrin ortalarına kimi Azərbaycanın əksər təbii
ekosistemləri və landşaft kompleksləri özünün ilkin, antropogendən əvvəlki for-
malarını qoruyub saxlamışdır. Lakin son 100-150 ildə, xüsusən də XIX əsr ərzində
sənayenin, nəqliyyat və kənd təsərrüfatının inkişafı Azərbaycanın sosial-iqtisadi
tərəqqisinə və xalqın mədəni yüksəlişinə səbəb olsa da, respublikanın təbii şəraitində
əsaslı dəyişikliklər üçün zəmin yaratmışdır; yeraltı və yerüstü sərvətlərdən intensiv
şəkildə istifadə olunması, iri sənaye müəssisələrinin inşa edilməsi, su anbarlarının
tikilməsi, kanalların və kollektor-drenaj şəbəkələrinin salınması, energetika və
rabitənin inkişafı, dağ rayonlarına avtomobil yollarının çəkilməsi, düzən və dağətəyi
ərazilərdə meşələrin qırılması hesabına yaşayış məntəqələrinin, əkin və biçənək
sahələrinin genişləndirilməsi ətraf mühitə və onun ayrı-ayrı komponentlərinə, hava,
su, torpaq örtüyünə və təbii biosenozlara antropogen təzyiqləri dəfələrlə artırmışdır.
Nəticədə bəzi yerlərdə torpağın, hava və su hövzələrinin çirklənməsi insan orqanizmi
üçün təhlükəli həddə çatmış, eroziya, şorlaşma və şorakətləşmə prosesləri nəticəsində
torpaq örtüyünün, yay və qış otlaqlarının deqradasiyası güclənmiş, meşə ekosistemləri
ayrı-ayrı regionlarda ya tamamilə məhv olunmuş, ya da öz təbii-tarixi strukturunu və
arealını dəyişmişdir. Digər tərəfdən biomüxtəlifliyin azalması, aridləşmə, səhralaşma,
Xəzər dənizi səviyyəsinin dəyişkənliyi, ozon təbəqəsi ilə bağlı problemlər, qlobal iq-
lim dəyişmələri, atmosferdə parnik və ozondağıdıcı qazların artması, digər irimiqyaslı
proseslərlə əlaqədar olsa da, onların Azərbaycanda törətdiyi fəsadlar nəzərəçarpacaq
dərəcədə artmışdır [4].
Respublikamızda su hövzələrinin çirklənmə dərəcəsi acınacaqlıdır. Burada
Kür çayının vəziyyətini xüsusi qeyd etmək lazımdır. Hər gün Xəzər dənizinə axıdılan
1 mln. m
3
çirkab suyunun 200-250 min m
3
-i Kür çayının payına düşür. Bura, həcmi
böyük rəqəmlərlə ölçülən kollektor-drenaj sularını da əlavə etsək, Kür çayında
çirklənmənin miqyası haqqında düzgün təsəvvür əldə edə bilərik. Araşdırmalar
göstərir ki, Şəmkir və Mingəçevir su anbarlarına qədər olan hissəsində Kürün çirklən-
məsi əsasən ərazisindən keçdiyi ölkələrin (Türkiyə və Gürcüstanın), aşağı axarlarında
isə Kür hövzəsində yerləşmiş çoxsaylı yaşayış məntəqələrindən axıdılan çirkab
sularının və Arazla gətirilən tullantıların hesabınadır. Kür hövzəsindəki məntəqələrin
iyirmisində çirkab sularını bioloji təmizləyən qurğuların, yalnız otuzunda kanalizasiya
şəbəkəsi fəaliyyət göstərir. Kanalizasiya şəbəkəsinin olmadığı məntəqələrdə çirkab
suları gölməçələrə, arx, xəndək və çökək sahələrə axıdılır. Torpağa hopmaqla və
qrunt sularına qarışmaqla bu sular məntəqənin sanitar-gigiyenik vəziyyətini
pisləşdirərək əhalinin sağlamlığı üçün daim təhlükə yaradır.
Azərbaycanın təbii sərvətləri içərisində meşə örtüyünün xüsusi yeri vardır.
Digər təbii komplekslərlə müqayisədə respublikamızın meşələri insanın müdaxiləsinə
daha çox məruz qalmışdır. Aparılan araşdırmalar göstərir ki, yaxın keçmişdə
74
respublika ərazisinin 30%-dən çoxu meşələrlə örtüldüyü halda, hazırda bu göstərici
üç dəfədən də çox azalmışdır. Bəzi ədəbiyyat mənbələrində bu 10-12% və ya 1,0-1,1
mln. hektar, digərlərində isə 700-800 min hektar göstərilir. Böyük Qafqazın şimal-
şərq yamacında, Qusar ovalığında massiv şəklində qalmış üçüncü dövrün relikt
meşələri istisna olmaqla, respublikamızın qalan ərazilərində düzən və dağətəyi
meşələr ya tamamilə qırılmış, ya da fraqmentlər şəklində qalmışdır. Vaxtilə Lənkəran
vilayəti ərazisinin 60%-dən çoxunu örtən meşələr, xüsusən də Lənkəran ovalığının
rütubətli və yarımrütubətli subtropik meşələri azalaraq, indi ümumi sahənin yalnız
23%-ni təşkil edir. Astara məntəqəsindən Biləsuvar rayonunun sərhədinə kimi uzanan
və indiki Lənkəran, Masallı və Cəlilabad rayonlarının düzən və dağətəyi ərazilərində
massivlər yaratmış meşələrdən yalnız fraqmentlər qalmışdır. Respublikanın Böyük və
Kiçik Qafqaz, Lənkəran vilayətinin alçaq dağlıq ərazilərindəki meşələrin də vəziyyəti
olduqca acınacaqlıdır. İnsanın təsərrüfat fəaliyyəti, yaşayış məntəqələrinin genişlən-
dirilməsi, həmçinin qlobal iqlim dəyişmələri səbəbindən törənən təbii aridləşmə
prosesləri və digər səbəblərdən bu meşələrin aşağı sərhədi bütün təbii-coğrafi
ərazilərdə 100 m-dən 400 m-ə kimi yuxarı qalxmışdır. Orta və yüksək dağlıq
ərazilərdə susaxlayıcı və torpaqqoruyucu funksiyasını yerinə yetirən mezofil
meşələrin sahəcə azalması daha çox narahatçılıq doğurur. Bu meşələrin alp və subalp
çəmən və çəmən-bozqır landşaft qurşaqları ilə sərhədindəki ərazilərindən, yay otlaq-
larından intensiv otarmada istifadə olunması və burada bəzən əkin işlərinin aparılması
meşələrin təbii bərpa mexanizmini zəiflətmiş, bu isə yüksək dağ meşələrinin
sərhədinin orta hesabla 150-200 m, bəzi yerlərdə isə 200-300 m aşağı düşməsinə
səbəb olmuşdur [3].
Biosferin çox vacib komponenti olan torpaq örtüyünün hava, su və bir sıra
biogen elementlərinin dövranında və rizosfer qatında akkumulyasiyasında rolu
əvəzsizdir. Əksər canlıların həyatı, qidalanması və çoxalması torpaqla bilavasitə
bağlıdır. Heç təsadüfi deyildir ki, biomüxtəlifliyin qorunmasında torpaq örtüyünə həm
mühit, həm də mühityaradan amil kimi xüsusi yer verilir. Torpağın sanitar-gigiyenik
rolu da yaxşı məlumdur. Belə ki, torpaqda yaşayan bir sıra mikroorqanizmlər,
bakteriya və göbələklər mühitin sağlamlaşdırılmasında, bir sıra zəhərli və zərərli
maddələrin neytrallaşdırılmasında, parçalanmasında və mənimsənilməsində bilavasitə
iştirak edir. Lakin bu fuksiyası onun təbii quruluşundan və torpaqəmələgəlmə pro-
seslərinin normal gedişatından asılıdır. Bəzən təbii səbəblərdən, bəzən isə insanın
təsərrüfat fəaliyyəti nəticəsində yaranan neqativ hallar, eroziya, şorlaşma, şora-
kətləşmə, izafi turşuluq və digər deqradasiya əlamətləri bu funksiyanın zəifləməsinə
və ya tamamilə itirilməsinə gətirib çıxarır. Bəzən isə torpağın texnogen, xüsusən də
neft və neftçıxarma məhsulları, ağır və radioaktiv metallar, radionuklidlərlə, məişət və
sənaye tullantıları ilə çirklənməsi o qədər yüksək olur ki, torpaq onu neytrallaşdıra
bilmir. Təkcə Abşeronda texnogen çirklənmiş torpaqların ümumi sahəsi 30 min
hektardan çoxdur. Bunun 10 min hektarı yalnız neft və neftçıxarma məhsulları ilə
çirklənmiş sahələr hesab olunur [5]. Ayrı-ayrı yerlərdə, xüsusən də Qaradağ və qədim
Balaxanı neft sahələrində neft və neftçıxarma məhsulları ilə çirklənmə torpaq profinin
1,7- 2,0 m-lik qatında müşahidə edilir. Xüsusi rekultivasiya işləri aparmadan, bu
torpaqların təbii yolla bioloji funksiyasının bərpası üçün bir neçə yüz il vaxt lazımdır.
Eyni vəziyyət Gəncə Alüminium zavodunun və Daşkəsənin keçmiş filiz yataqları
ətrafında da yaranmışdır.
Respublikamızda təsərrüfat işləri ilə bağlı təbii ekosistemlərdə və landşaft
75
komplekslərində getdikcə artan deqradasiya əlamətləri torpaq örtüyündə də öz əksini
tapmışdır. Bu əlamətlər içərisində həm əhatə dairəsinə, həm də təsirinə görə eroziya,
şorlaşma və şorakətləşmə prosesləri ön cərgədə durur. Son illərə kimi respublika
ərazisində eroziya proseslərinin miqyasını göstərmək üçün müxtəlif rəqəmlərdən
istifadə olunmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə
İnstitutunda aparılan son araşdırmalar göstərir ki, dağlıq ərazilərin 32,6%-i, o
cümlədən kənd təsərrüfatı yararlı torpaqlarının 11,8%-i bu və ya digər dərəcədə
eroziyaya məruz qalmışdır. Bunlardan 94357 hektarı şiddətli dərəcədə, 221192
hektarı orta dərəcədə, 213886 hektarı zəif dərəcədə eroziyaya məruz qalmışdır.
Müşahidələr eroziya proseslərinin bütövlükdə artım istiqamətində getdiyindən xəbər
verir. Buna səbəb ilk növbədə alçaq və orta dağlıq ərazilərdə meşələrin qırılması və
ya seyrəkləşməsi, eroziyaya meylli ərazilərdə əkin işləri zamanı xüsusi şum və
kultivasiya qaydalarının gözlənilməməsidir. Digər tərəfdən torpağa kifayət qədər üzvi
və mineral gübrələrin verilməməsi, son illər taxılçılıq və tərəvəzçilik istiqamətində
monokultur təsərrüfatların yaranması, məhdud torpaq sahəsi olan fermerlərin əkin
dövriyyəsinə maraq göstərməməsi və bu məsələdə fermerlər arasında razılaşmanın və
ya kooperasiyanın olmaması vəziyyəti bir qədər də çətinləşdirmişdir.
Azərbaycan ərazisinin 20%-dən çoxunun erməni işğalçıları tərəfindən zəbt
edilməsi və bu səbəbdən Laçın və Kəlbəcər yay otlaqlarının müvəqqəti itirilməsi Bö-
yük Qafqazın yay otlaqlarında xırdabuynuzlu heyvanların sayının kəskin şəkildə art-
masına gətirib çıxarmış, bu da alp və subalp çəmən və çəmən-bozqır landşaft komp-
lekslərinə, həmçinin mezofil meşələrin yuxarı sərhədinə təzyiqin güclənməsinə səbəb
olmuşdur. Nəticədə bu ərazilərdə bitki örtüyü seyrəkləşmiş, tərkibcə dəyişmiş, hey-
vanların dırnaqları altında daim tapdalanan və kifayət qədər üzvi qalıqların daxil
olmadığı torpaqların bioloji fəallığı zəifləmiş, bu da eroziya proseslərinin güclən-
məsinə gətirib çıxarmışdır. Araşdırmalar göstərir ki, alp və subalp çəmən və çəmən-
bozqır landşaft komplekslərinin yayıldığı ərazilərin torpaqlarının 70%-i və ya 630,8
min hektarı bu və ya digər dərəcədə eroziyaya məruz qalmışdır ki, bu torpaqların da
40%-i Böyük Qafqaz, qalanları isə Kiçik Qafqaz, Lənkəran və Naxçıvan coğrafi
vilayətlərinin ərazisindədir [1]. Eroziya proseslərinin respublika miqyasında artımını
təkcə insanın təsərrüfat fəaliyyətləri ilə bağlamaq düzgün olmazdı. Son onilliklərdə
qlobal iqlim dəyişmələrinin Azərbaycanda nəzərəçarpacaq fəsadları – temperatur və
yağıntı anomaliyaları, yaz-yay yağışlarının tez-tez leysanlar şəklində düşməsi bir çox
regionlarda sel hadisələrini, sürüşmə və daşqınların təkrarlığını artırmışdır.
İnsanın təsərrüfat fəaliyyətinin və qlobal iqlim dəyişmələrinin respublikamızda
törətdiyi ən böyük fəsad – yüksək dağlığın alp və subalp qurşağından tutmuş düzən
ərazilərin yarımsəhra və quru bozqır landşaft komplekslərinə kimi respublikamızın
bütün ərazilərində, həm təbii biosenozlar altında, həm də kənd təsərrüfatı bitkiləri
yetişdirilən torpaqlarda münbitlik göstəricilərinin qismən azalmasıdır. Buna əsas
səbəb münbitliyin inteqral göstəricisi olan humus və digər üzvi birləşmələrin torpaq
profilində tədricən azalmasıdır. Təkcə Lənkəran vilayətinin əkinaltı qəhvəyi və
dağqəhvəyi torpaqlarında humusun 0-100 sm qatda ehtiyatı son 40 ildə 13% azalaraq,
310 t/ha-dan 270 t/ha-ya düşmüşdür. Humusun ümümi azalması torpaqların struktur
tərkibinə, fiziki və fiziki-kimyəvi xassələrinə mənfi təsir göstərmiş, nəticədə suyada-
vamlı aqreqatların azalmasına və rizosferdə hava, su, qida rejiminin pisləşməsinə
şərait yaratmışdır. İnsanın təsərrüfat fəaliyyətinin aparıldığı torpaqlarda bu proseslərin
tempi bir qədər də artmışdır. Bəzi regionlarda, xüsusən də Kür-Araz ovalığının
76
suvarılan torpaqlarında fiziki, su-fiziki, fiziki-kimyəvi xassələrin pisləşməsi ardıcıl
prosesə çevrilmişdir. Proqnozlar əsasında yaxın 100 ildə iqlim dəyişmələrinin təsiri
altında orta illik temperaturun 2-4
0
artması bu proseslərin gücləndirəcəyini güman
etməyə imkan verir. Kollektor-drenaj şəbəkəsinin olmadığı yerlərdə təkrar şorlaşma
və şorakətləşmənin artması səbəbindən bu proseslər daha ağır nəticələr verə bilər.
Nəzərə almaq lazımdır ki, Azərbaycanda 1,45 mln hektar suvarılan torpaqların yalnız
500 min hektarı kollektor-drenaj sistemi ilə əhatə olunmuşdur. Ona görə də suvarılan
torpaqların 60 %-i və ya 870 min hektarı bu və ya digər dərəcədə şorlaşma və şorakət-
ləşməyə məruz qalmışdır [2]. Qlobal iqlim dəyişmələri ilə əlaqədar bu göstəricinin
daha 10-12 % artması mümkündür. Şübhəsiz, şorlaşma və şorakətləşmə proseslərinin
tempinə Xəzər dənizinin səviyyəsinin qalxması daha təsir göstərir. Xəzərin qalxması
artıq 150-200 min hektar torpağın itirilməsinə səbəb olmuşdur. Son vaxtlar Xəzər-
sahili zolaqda, inşa işlərinin və digər fəaliyyətlərin dayandırılması istiqamətində
direktiv orqanlar tərəfindən atılan addımlar və bəzi yerlərdə sahilbərkitmə işlərinin
görülməsi təqdirəlayiq hesab edilməlidir.
Son illər ekoloji problemlərin həlli sahəsində respublikamızda xeyli dəyərli
işlər görülmüşdür. Mütəxəssislərin əməyi nəticəsində respublikanın nəsli kəsilməkdə
olan nadir bitki və heyvan növləri haqqında məlumat toplanmış və 1989-cu ildə
Azərbaycan Respublikasının “Qırmızı Kitab”ı nəşr edilmişdir.
“Qırmızı Kitab”a məməlilərdən 14 növ, quşlardan 36 növ, amfibiya və sürü-
nənlərdən 13 növ, balıqlardan 5 növ, həşəratlardan 40 növ və floranın 140 növü daxil
edilmişdir [7]. Lakin buna baxmayaraq, nadir və nəsli kəsilməkdə olan heyvan və
bitki növlərinin Azərbaycanda mühafizəsi və bərpası hələ də öz həllini gözləyən
problem olaraq qalır.
1992-ci ildə BMT-in Rio-de-Janeyro konfransında “Bioloji müxtəliflik haq-
qında” konvensiya qəbul edilmişdir. Bioloji müxtəlifliyin qorunmasının vacibliyini
nəzərə alaraq Azərbaycan Respublikası 2000-ci ildə “Bioloji müxtəliflik haqqında”
konvensiyaya qoşulmuş və onun tələblərinə uyğun olaraq Qlobal Ekoloji Fondun
maliyyə dəstəyi ilə “Azərbaycanın bioloji müxtəlifliyinə dair Milli Məruzə, Strategiya
və Fəaliyyət Planı”nın layihəsi hazırlanmışdır. Ümummilli liderimiz Heydər Əliyev
sözügedən konvensiya üzrə Azərbaycan Respublikasının öz üzərinə götürdüyü öhdə-
liklərin yerinə yetirilməsini, torpaq, bitki, heyvan və mikroorqanizmlərin genetik ehti-
yatlarının yox olması təhlükəsinin qarşısını almaq üçün kompleks tədbirlərin həyata
keçirilməsini təmin etmək məqsədilə 21 dekabr 2001-ci ildə “Bioloji müxtəlifliyin ge-
netik ehtiyatları üzrə Dövlət Komissiyasının yaradılması barədə” sərəncam imzala-
mışdır. İstər dünya miqyasında, istərsə də respublikamızda ekoloji problemlərin həlli
yollarının tapılması ilk növbədə bu problemlərə və bütövlükdə təbiətə düzgün
münasibətin, yəni ekoetik baxışın formalaşdırılmasından asılıdır.
Ekoloji problemlərə ekoetik baxımdan yanaşma “cəmiyyət-təbiət” münasi-
bətlərində etik əsasların pozulması nəticəsində yaranmışdır. Bizim irəli sürdüyümüz
“Azərbaycanın ekologiyasının ekoetik problemləri” konsepsiyasında həm bu prob-
lemlər, həm də onların həlli yolları müxtəlif bloklarda qruplaşdırılmışdır.
Bu konsepsiyaya görə Azərbaycanda təbiət-cəmiyyət münasibətləri komplek-
sini ekoloji problemlərin xarakterinə və onların həllinin bilavasitə və dolayısı
yollarına uyğun olaraq üç qrupa bölmək mümkündür:
I qrupa Azərbaycanın bilavasitə ekoloji problemləri və onların həlli yolları
daxildir. Bunlar bizim fikrimizcə aşağıdakılardan ibarətdir:
77
- meşələrin mühafizəsi və onların bərpası problemləri;
- torpaqların eroziyası və ona qarşı mübarizənin təşkili;
- təbii yem sahələrinin deqradasiyası və onlardan düzgün istifadə;
- texniki pozulmuş torpaqlar və onların rekultivasiyası problemləri;
- torpaqların radionuklidlərlə çirklənməsinə qarşı mübarizə tədbirləri;
- suvarılan torpaqların şorlaşması və şorakətləşməsi ilə mübarizə;
- mineral gübrələrdən və pestisidlərdən istifadənin problemləri.
II qrupa ekoloji problemlərin həllinə yardım edə biləcək təşkilati, elmi və
elmi-tətbiqi xarakterli işlər daxildir. Bunlar aşağıdakılardan ibarətdir:
-
hövzədaxili bölgələrdə torpaq üzərində ekoloji monitorinqin təşkili;
-
ekoloji qiymət xəritələrinin tərtibi;
-
torpaqların ekoloji münbitlik pasportlarının tərtibi.
III qrupa ekoloji problemlərin həllinə və yaxud bu problemlərin həlli yollarının
tapılmasına dolayısı ilə təsiri olan və ya ona köməklik göstərən ekoloji mədəniyyət,
ekoloji hüquq, təhsil və digər məsələlərlə bağlı problemlər daxildir. Onlar aşağıda-
kılardan ibarətdir:
-
cəmiyyətdə ekoloji mədəniyyətin formalaşdırılması;
-
ekoloji hüquq və ekoloji cinayət məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı
problemlər;
-
ekoloji yardım və pensiya fondunun yaradılması;
-
ekoloji informasiya bankının yaradılması;
-
ekoloji koordinasiya mərkəzinin təsis edilməsi.
Ekoetik yanaşma konsepsiyasına görə respublikamızda ətraf mühitə və onun
konkret resurslarına aşağıdakı şəkildə yanaşılmalıdır:
1.Ölkə iqtisadiyyatının inkişafı və yaxud konkret sosial-iqtisadi layihələr (yaşa-
yış məntəqələrinin genişləndirilməsi, kommunikasiya xətlərinin çəkilişi, meliorasiya
tədbirləri və s.) təbii komplekslərin (bizim nümunədə meşə biogeosenozların, təbii ot-
laqların, torpaq örtüyünün) ilkin təbii-ekoloji parametrlərini – təbii-tarixi strukturunu
(iyerarxik quruluşu) və arealını, bioloji məhsuldarlığını və s. dəyişməməlidir.
2.Ekoloji problemlərin (bizim nümunədə torpaq eroziyası, meşə örtüyünün
məhv edilməsi, torpaqların texnogen çirklənməsi və s.) ekoetik həlli yolları bir sıra
müddəalara əsaslanır. Onlar aşağıdakılardan ibarətdir:
a) bərpa işləri də mühafizə tədbirləri kimi təbii komplekslərin ilkin ekoloji
parametrlərinə uyğun şəkildə aparılmalı və onun bərpasına xidmət etməlidir. Məsələn,
bəzən meşəsalma və ya bərpa işləri zamanı fıstıq və ya fıstıq-vələs qarışıqlı meşələrin
təbii-tarixi strukturu əvəzinə palıd, şam və digər ərazi üçün səciyyəvi olmayan ağac
və kol bitkilərindın istifadəyə yol verilməməlidir;
b) bərpa işləri və resurslardan sonrakı mərhələdə istifadə edilməsi ən müasir
texnologiyalara əsaslanmalıdır. Məsələn, bizim nümunədə şorlaşmış torpaqlar melio-
rasiya olunduqdan sonra mükəmməl kollektor-drenaj və mütərəqqi suvarma sistemləri
ilə təmin edilməlidir; digər tərəfdən təbii resurslardan istifadəyə qoyulmuş məhdudiy-
yətlər ölkə iqtisadiyyatının, ayrı-ayrı istifadəçilərin inkişafına əngəl törətməməli, hər
iki tərəfin (“təbiət” və “cəmiyyət”) “mənafeyini” qorumalıdır; təbiətqoruyucu və
resursqoruyucu texnologiyalara üstünlük verilməli və bu texnologiyalardan istifadə
edən iş adamlarına müəyyən güzəştlər (vergilərdə, gömrükdə və s.) verilməlidir.
Ölkəyə gətirilən texnologiyaların, xammal və hazır məhsulların ekoloji ekspertizası
ciddiləşdirilməlidir.
78
3. Resurslardan istifadə ilə bilavasitə əlaqədə olan insanlar (fermerlər, meşə-
çilər, balıqçılar, melioratorlar və s.) lazımi səviyyədə ekoloji biliklərə malik olmalı,
resurslardan istifadənin, ətraf mühitin və ölkəyə daxil olan məhsulların ekoloji
vəziyyəti haqqında informasiya geniş ictimaiyyətə vaxtaşırı çatdırmalı, əhali arasında
ekoloji biliklərin yayılmasından və bu sahədə maarifçiliyin gücləndirilməsindən ötrü
dövlət proqramı işlənib hazırlanmalıdır.
4. Təbiəti mühafizə ilə bağlı qanunvericilik sistemi ekoetik tələblərə uyğun ola-
raq təkmilləşdirilməli, beynəlxalq qanunlara, konvensiyalara, protokollara və respub-
likanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğunlaşdırılmalı və ayrıca
məcmuə şəklində nəşr edilməlidir.
5. Ekoloji təhsilin məktəbəqədərki, məktəb və ali təhsilin səviyyələrinə uyğun
mərhələli proqramı işlənib hazırlanmalı və gənc nəslin təlim-tərbiyəsində öz yerini
tutmalıdır.
ƏDƏBİYYAT
1.
Ələkbərov K.Ə. Azərbaycanda torpaq eroziyası və onunla mübarizə. Bakı: Az.EA nəşriy-
yatı, 1961, 220 s.
2.
Əzizov Q.Z., Quliyev Ə.G. Azərbaycanın şorlaşmış torpaqları, onların meliorasiyası və
münbitliyinin artırılması. Bakı: 1999, 76 s.
3.
Məmmədov Q.Ş., Xəlilov M.Y. Azərbaycanın meşələri. Bakı: Elm, 2002, 472 s.
4.
Məmmədov Q.Ş. Azərbaycanın ekoetik problemləri: elmi, hüquqi, mənəvi aspektlər.
Bakı: Elm, 2004, 380 s.
5.
Yaqubov Q.Ş. Azərbaycan Respublikasının texnogen-pozulmuş torpaqlarının tədqiqi,
genetik xüsusiyyətləri və onların rekultivasiya yolları. Bakı: Vətən, 2003, 205 s.
6.
Алиев Г.А. Тревожный сигнал. Баку: Азернешр, 1983, 164 с.
7.
Мусаев М.А. // ред. Красная книга Азербайджанской ССР. Баку: Ишыг, 1989, 543 с.
ЭКОЭТИЧЕСКИЕ ПРОБЛЕМЫ АЗЕРБАЙДЖАНА
Г.Ш.МАМЕДОВ
РЕЗЮМЕ
Начиная со второй половины ХХ века экологические проблемы, охватившие
мир, не прошли незамеченными и для нашей республики. Загрязнение воздушных и
водных бассейнов, почв дошло до предела, возрос процесс деградации зимних и летних
пастбищ, почвенного покрова в результате эрозии и засоления, в некоторых регионах
леса полностью уничтожены или же остались во фрагментарном виде. Уменьшение
биоразнообразия, опустынивание, колебания уровня Каспийского моря и другие про-
блемы, связанные с глобальными изменениями климата, в Азербайджане достигли того
предела, когда их невозможно оставить без внимания. Экологические проблемы Азер-
байджана рассмотрены с экоэтической точки зрения и предложены пути их решения.
79
EСO-ETHICAL PROBLEMS OF AZERBAIJAN
G.Sh.MAMMADOV
SUMMARY
Starting from the second half of the XX century ecological problems that engulfed the
world had an influence on our republic as well. Pollution of air and water basins and soils has
reached for apogee, the process of degradation of winter and summer pastures has decreased,
forests have been completely or partly destroyed in some regions. Consequences of fluctuation
of the sea level, problems related to global climate changes combined with other wide-scale
processes have reached such an extent that can not be neglected in Azerbaijan. The ecological
problems of Azerbaijan have been considered from the eco-ethic standpoint and ways of their
decision have been offered in the article.
80
Dostları ilə paylaş: |