M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Distant (məsafədən) təhsil texnologiyaları



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə77/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Distant (məsafədən) təhsil texnologiyaları. Distant 
təhsil məsafədən təhsilalma forması kimi müasir dövrdə – 
dünya təhsil sistemində inteqrasiyanın genişləndiyi bir vaxtda 
mühüm həyati zərurət kəsb edir. Bu sistem insanların təhsil mü-
əssisələrinə getmədən – buna xüsusi vaxt itirmədən yaşayış 
yerlərində təhsil müəssisələri ilə əlaqə saxlamaqla müstəqil 
təhsil almasına imkan verir. Distant təhsil müasir telekommuni-
kasiya vasitələrinin (kompüter, intenrnet, elektron poçt, sputnik, 
televiziya, radio və s.), habelə baza dərsliklərinin və müxtəlif 
çap materiallarının köməyi ilə həyata keçirilir. Distant təlim 
texnologiyasının mühüm tərkib elementləri aşağıdakılardan 
ibarətdir: 
- tədris və digər çap materiallarının kompüter telekom-
munikasiya vasitəsilə göndərilməsi; 
- milli və regional televiziya və radiostansiyalar vasitəsilə 
tədris proqramının translyasiyası; 
- səsli poçt, internet, elektron poçtu vasitəsilə müəllim və 
tələbə arasında sinxron ünsiyyətin yaradılması: bu yolla tələbə 
və müəllim lazımi informasiyaları (suallar, cavablar, məslə-
hətlər, kontrol tapşırıqlar, əlavə materiallar) plyonkalara 
yazmaqla sinxron rejimdə bir-birilə ünsiyyət saxlayırlar; 
- video distant təhsilin mühüm vasitəsidir. Tələbə vi-
deoplyonka vasitəsilə müəllimlərin mühazirələrini dinləmək 


124 
imkanı qazanır. İkitərəfli videokonfrans lazımi informasiya 
mübadiləsini həyata keçirməyə kömək edir. 
Distant təlim texnologiyasında qeyd edilən ünsürlərdən 
kompleks şəkildə istifadə olunur. 
Sual və tapşırıqlar 
1. Təlim metodlarının bütöv təlim prosesindəki rolunu izah edin. 
2. Təlim metodlarının təsnifatı ilə bağlı müxtəlif yanaşmalara münasibətinizi 
bildirin. 
3. Əsas didaktik məqsədlərə görə təlim metodları hansı qruplara bölünür? 
Hər qrupun məqsədini izah edin. 
4. Təsəvvürləri formalaşdıran metodlar hansılardır? 
5. Nəzəri biliyin mənimsənilməsində hansı metodlardan istifadə edilir? 
6. Hansı metodlarla bacarıq və vərdişləri formalaşdırmaq mümkündür? 
7. Təlimdə nəzarət hansı metodlarla həyata keçirilir? 
8. İnteraktiv metodları səciyyələndirin. 
9. İxtisas üzrə bir məşğələni müşahidə edərək müəllimin hansı metodlardan 
və necə istifadə etdiyini müəyyənləşdirin. 
10. Təlim texnologiyalarının metodlardan fərqi nədir? Təlimdə hansı tex-
nologiyalardan istifadə olunur? 


125 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin