M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Təlimdə nəzarət metodları



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə69/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   142
Ali mekteb pedaqogikasi-kitab

4. Təlimdə nəzarət metodları. Nəzarət bütöv təlim 
prosesinin əsas ünsürlərindən biridir. 
Təlimdə nəzarət metodları çoxdur. Onları bir neçə qrupa 
bölmək olar: a) şifahi nəzarət metodları; b) yazılı nəzarət me-
todları; c) laborator və praktik nəzarət metodları; ç) maşınlı nə-
zarət metodları; d) özünənəzarət metodları. Bu metodlarla yanaşı, 
müəllim gündəlik müşahidə yolu ilə tələbələrin təlimə müna-
sibətini, fəallıq və səyini öyrənib nəzərə alır. 
Şifahi nəzarət metodları içərisində şifahi sorğu geniş 
yayılmışdır. Onun üç növü vardır: 
- fərdi sorğu – tək-tək tələbələrin mövzunu danışması de-
məkdir. Vaxta qənaət etmək üçün mövzunu bütövlükdə bir tələ-
bədən yox, hissə-hissə bir neçə tələbədən soruşmaq səmərəlidir; 
- frontal sorğu – bütün qrupla aparılan sorğudur; ondan 
dəqiq fənlərdə daha çox istifadə olunur. Bu sorğu az vaxtda çox 


114 
tələbənin biliyini aşkara çıxarmağa imkan verir; 
- intensiv sorğu – müəyyən vaxt ərzində bir çox tələbə ilə 
keçirilən sorğudur: bu halda bir tələbə şifahi cavab verir, 2-3 
tələbə isə yazı taxtasında qeydlər edir, bir neçəsi yazılı cavab 
hazırlayır və s. 
Şifahi nəzarət məqsədi ilə şifahi imtahan və zaçotlardan 
da istifadə edilir. 
Yazılı nəzarət metodlarına yoxlama yazı işləri (ifadə, 
inşa, məsələ və misal həlli), test yoxlamaları, qrafik yoxlama-
lar, yazılı imtahanlar, proqramlaşdırılmış yoxlama metodları 
daxildir. 
Laborator və praktik nəzarət metodlarına təcrübələr apar-
maq, əməli işləri yerinə yetirmək və s. tapşırıqların icrası da-
xildir. 
Maşınlı nəzarət metodları yoxlayıcı maşınların köməyi 
ilə həyata keçirilir. Tələbə ekranda verilmiş sualların müxtəlif 
cavablarından birini (düzgün hesab etdiyi variantı) seçir və uy-
ğun düyməni basır. Ekranda onun düz və ya səhv cavab verdiyi 
göstərilir. Maşınlı nəzarət obyektivliyi ilə fərqlənsə də, o, tə-
ləbənin şəxsi xüsusiyyətlərini (məs., nitqin səlisliyini, mən-
tiqini) aşkara çıxarmağa imkan vermir. Buna görə də maşınlı və 
maşınsız nəzarəti uzlaşdırmaq lazımdır. 
Özünənəzarət metodları tələbənin öz təlim fəaliyyətinə, 
müstəqil işinə nəzarət etməsində ifadə olunur. Özünənəzarət 
tələbənin öz işinin gedişinə və nəticəsinə nəzarət etməsi, yol 
verdiyi nöqsanları və onların səbəblərini müəyyənləşdirməsi, 
səhvlərini tapıb düzəltməsi şəklində özünü göstərir. O, icradan 
qabaq (ilkin özünənəzarət), icra prosesində (tənzimləyici özü-
nənəzarət) və işin icrasından sonra (yekun özünənəzarət) həyata 
keçirilir. 
Özünənəzarət təlimə şüurlu xarakter verir, tələbənin 
fəallıq və müstəqilliyini gücləndirir. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin