M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Təlim metodlarının funksiyaları



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə62/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Təlim metodlarının funksiyaları. Təlim metodları bir 
çox funksiyanı yerinə yetirir: təhsil, tərbiyə, inkişafetdirici, sti-
mullaşdırıcı, nəzarət-qiymətləndirmə və b. funksiyalar. Təlim 
metodlarının başlıca funksiyası təhsilverici, öyrədici funksi-
yadır. Metodların böyük qismi (şərh, müsahibə, müşahidə və s.) 
tələbələri elmi biliklərlə silahlandırmağa xidmət edir.
Metodlar tərbiyə funksiyasını da həyata keçirir. Düzgün 
tətbiq edilmiş metodlar tələbələrdə elmi dünyagörüşünün, həya-
ta və insanlara düzgün münasibətin, mənəvi-estetik, ekoloji, hü-
quqi şüurun formalaşmasına müsbət təsir göstərir. 
Metodların inkişafetdirici funksiyası tələbələrin idrak fəa-
liyyətinin necə istiqamətləndirilməsi ilə bağlıdır: müəllim təlim 
informasiyalarını tələbələrə hazır halda çatdırdıqda onların id-
rak fəallığı və müstəqilliyini məhdudlaşdırır. Lakin təlim me-
todları tələbələri zehni məsələlərin, problemlərin həllinə, yara-
dıcı axtarışlara cəlb etməklə onların ağlını, zehni qabiliyyətləri-
ni, psixi proseslərini, müstəqil düşünmə bacarığını inkişaf etdi-
rə də bilər. 
Təlim metodları stimullaşdırma funksiyasını da yerinə ye-
tirir. Onların hər biri xüsusi istiqamətləndirildikdə stimullaşdırıcı 
təsirə - tələbələrdə təlimə fəallıq və səyi artırmaq imkanına ma-
likdir.
Təlim metodları nəzarət-qiymətləndirmə funksiyasını da hə-


106 
yata keçirir. Hər bir metod tələbələrin bilik və bacarıqlarının sə-
viyyəsi haqqında müəyyən informasiya verir.
Hər bir metod təlimdə özünəməxsus aparıcı, dominant funk-
siyanı yerinə yetirməklə yanaşı, digər funksiyaların da həyata ke-
çirilməsində müəyyən dərəcədə iştirak edir. Müəllim təlim metod-
larının bu imkanlarından istifadə edərək təlimin təhsilverici, tərbi-
yəedici, inkişafetdirici, stimullaşdırıcı funksiyalarını kompleks şə-
kildə həyata keçirməyə, tələbəni təlim prosesinin obyektindən 
subyektinə çevirməyə çalışmalıdır. 
Təlim metodları yerinə yetirdikləri dominant funksiyalara 
görə müxtəlif qruplara bölünür.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin