M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə56/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Sual və tapşırıqlar 
1. Təlimin qanunları nədir? Onları öyrənib tətbiq etməyin nə kimi əhəmiy-
yəti vardır? 
2. Təlimin qanunları və prinsiplərinin əlaqəsini izah edin. 
3. Təlimdə elmilik və sistematikilik prinsipləri hansı qanuna əsaslanır? Bu 
prinsiplərin əlaqəsini izah edin.
4. Təlimin optimal təşkili prinsipi hansı qaydalarla həyata keçirilir?
5. Əyaniliklə müvafiqlik prinsipləri arasındakı əlaqəni izah edin. 
6. Fərdi yanaşma ilə müvafiqlik prinsiplərinin oxşar və fərqli cəhətlərini 
göstərin.
7. Təlim üçün zəruri şəraitin yaradılması prinsipi hansı qaydalarla həyata 
keçirilir? 
8. Biliklərin möhkəmləndirilməsi prinsipinin digər prinsiplərlə əlaqəsini 
izah edin.
9. Ali məktəb üçün xarakterik təlim prinsiplərini əsaslandırın. 
10. İxtisas üzrə bir məşğələni müşahidə edib, təlim prinsiplərinin tətbiqi 
baxımından onu təhlil edin. 


96 
VI fəsil
Ali məktəbdə təhsilin məzmunu. Təlim metodları 
 
Plan: 
1. Təhsilin məzmunu anlayışı, bu haqda nəzəriyyələr. 
2. Ali təhsilin məzmunu, onu əks etdirən sənədlər.
3. Təlim metodları və onların təsnifatı. 
4. Təlim metodlarının səciyyəsi və tətbiqi. 
5. Təlim texnologiyaları. 
1. Təhsilin məzmunu anlayışı, bu haqda nəzəriyyələr 
Ali təhsilin məzmunu dedikdə, yüksək ixtisaslı mütəxəssis 
və Vətəndaş-şəxsiyyət hazırlanması məqsədi ilə təhsil müəssi-
səsində verilən bilik, bacarıq və vərdişlər sistemi başa düşülür. 
Mütəxəssis hazırlığının keyfiyyəti bu problemin həllindən çox 
asılıdır. 
Təhsilin məzmunu müəyyən amillərlə bağlıdır. Bu 
amillər sırasına cəmiyyətin tələbi, elmi-texniki tərəqqi, elmin 
müasir səviyyəsi, peşə-ixtisas profili və s. daxildir. Həmin 
amillərə əsasən ali məktəb didaktikasında ali təhsilin məzmu-
nunun ümumi metodoloji prinsipləri müəyyən edilmişdir: 
1) təhsilin məzmununun cəmiyyətin tələbatına, elmi-texniki 
tərəqqinin tələblərinə uyğunluğu prinsipi. Cəmiyyət inkişaf etdik-
cə mütəxəssisə verilən tələblər də artır: təhsilin məzmunu bu tə-
ləblərə uyğun olaraq daim yeniləşdirilməli və təkmilləşdirilməli-
dir; 
2) təhsilin məzmununun elmin müasir səviyyəsinə uy-
ğunluğu prinsipi; 
3) təhsilin ahəngdar inkişaf etmiş şəxsiyyət tərbiyəsi məq-
sədinə xidmət etməsi prinsipi; 
4) nəzəriyyə və təcrübənin vəhdəti prinsipi; 
5) təlim informasiyalarının həcminin optimallaşdırılması 
prinsipi. Tələbə təhsil illərində çox böyük həcmdə informasiya-
lara yiyələnməlidir. Bu informasiyaları təhsil illəri, kurslar, se-
mestrlər, aylar və həftələr üzrə düzgün tənzim etmək vacibdir; 


97 
6) təhsilin məzmununda sistemlilik prinsipi; 
7) tarixilik prinsipi. Bu prinsip təhsilin məzmununa tarixi 
və məntiqi aspektdən yanaşmağı, elmi nəzəriyyələri inkişaf 
halında, təkamül mövqeyindən şərh etməyi nəzərdə tutur. 
8) təhsilin məzmununu müəyyənləşdirərkən göstərilən 
prinsiplərdən əlavə habelə seçilmiş peşə və ixtisasın tələbləri, 
peşə fəaliyyətinin modeli, peşə professioqramı, dövlət təhsil 
standartları əsas götürülməlidir.
Dövlət təhsil standartları müəyyən dövr üçün (5 ildən az 
olmayaraq) təhsilin məzmununa, maddi bazasına, müəllim və 
tələbələrin keyfiyyət göstəricilərinə verilən vahid dövlət tələb-
lərini əks etdirən ümumi normalar məcmusudur. Təhsil müəssi-
səsinin fəaliyyətinin qiymətləndirilməsində, akkreditasiya və at-
testasiyasında müfafiq dövlət təhsil standartları əsas götürülür. 
Dövlət təhsil standartlarına görə, ümumilikdə təlimin, elə-
cə də hər bir fənnin məzmunu iki hissədən ibarətdir: a) in-
variant (dəyişməz) hissə - təhsilin özəyini təşkil edir; b) variativ 
(dəyişən) hissə - cəmiyyətin tələbatlarından asılı olaraq müntə-
zəm surətdə yeniləşdirilir və təkmilləşdirilir. 
Təhsilin məzmunu mürəkkəb sistem olub, öz quruluşuna 
görə bir neçə komponentdən (ünsürdən) ibarətdir. Təhsilin 
məzmunun əsas komponentlərinə aşağıdakılar daxildir: 
1) təbiət, cəmiyyət, təfəkkür, texnika və fəaliyyət qaydaları 
haqqında biliklər: elmi biliklərin mənimsənilməsi insan şüurunda 
dünyanın düzgün elmi mənzərəsinin yaranmasını, həyata və fəa-
liyyətə düzgün metodoloji yanaşmanı təmin etməyə imkan verir;
2) intellektual və praktik bacarıq və vərdişlər sistemi
onlar bir çox konkret fəaliyyət növlərinin əsasını təşkil edir; 
3) yaradıcılıq təcrübəsi: belə təcrübəyə yiyələnməklə 
tələbə nəzəri biliklərini yeni şəraitə təbiq edir, yeni problemlər 
qoyub həll edir, problemin müxtəlif həlli yollarını tapmaq 
imkanı qazanır;
4) münasibətlər sistemi (tərbiyəlilik): təhsilin məzmununun 
bu komponenti insanın ətraf aləmə, başqalarına, özünə qiymət-


98 
ləndirmə-emosional münasibətinin formalaşmasında ifadə olunur 
və onun inamının, ideallarının əsasını təşkil edir. Hər hansı bilik 
sahəsi və ya ideya tələbədə müsbət emosional münasibət, onun 
həqiqiliyinə inam doğurmursa, bu halda həmin biliklərin və 
ideyanın tam mənimsənilməsindən danışmaq çətindir.
Təhsilin məzmununun göstərilən komponentləri bir-birilə 
sıx bağlı olub, birlikdə ümumi didaktik məqsədin həyata keçi-
rilməsini təmin edir. Təhsilin məzmunu bütöv təlim prosesinin 
mühüm bir ünsürü olub digər ünsürlə ‒ təlimin məqsədi ilə şərt-
lənir. Optimallıq prinsipindən göründüyü kimi, təlimin məqsədi 
onun məzmununu və digər komponentləri müəyyən edir. De-
məli, məqsəddən asılı olaraq məzmun dəyişir. Bəs, təlimin 
(məktəbin) başlıca məqsədi nədir? Bu sualla bağlı pedaqogika 
tarixində (XVIII-XIX əsrlər) təhsilin məzmununa dair müx-

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin