M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə50/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Əyanilik prinsipi. Bu prinsip təlimi mücərrəd sözlər üzə-
rində deyil, habelə konkret şeylərə və hadisələrə əsaslanaraq 
qurmağı nəzərdə tutur. Əyanilik idrak prosesinin öz təbiətindən 
irəli gəlir: idrak prosesi canlı müşahidədən – fakt və hadisələrin 
qavranılmasından başlanır. Bu prinsip belə bir qanuna əsas-
lanır: təlimdə mücərrəd anlayışların mənimsənilməsi konkret 
faktlarla nə qədər düzgün və dolğun əlaqələndirilirsə, tələbə 
anlayış və qanunları bir o qədər yaxşı dərk edir, ümumiləşdirmə 
daha düzgün olur. Əksinə, ətraf aləm haqda təsəvvürlərimiz nə 
qədər zəif olarsa, bu əsasda yaranan anlayış və qanunlar 
məhdud, ümumiləşdirmə isə yanlış olacaqdır. 
Müasir didaktika idrakda hissi və məntiqi pillələrin vəh-
dətindən çıxış edərək əyaniliyin böyük rolunu əsaslandırır: əya-
nilik konkretlə mücərrədin vəhdətini təmin edir, mücərrəd tə-
fəkkürün, obrazlı nitqin inkişafı üçün zəmin yaradır, konkret 
faktların ümumiləşdirilməsinə imkan verir, biliyin tez və möh-
kəm mənimsənilməsinə kömək edir. 
Əyanilik prinsipinin tətbiqində müəyyən qaydaları göz-
ləmək lazımdır: 
- təlimdə tələbələrin hissi təcrübəsinə istinad etmək; 
- tələbələrin təsəvvürlərinin genişləndirilməsi və dərinləş-
dirilməsi üçün şərait yaratmaq (müşahidələr, faktların təhlili və 
müqayisəsi və s.); 
- əyaniliyin universallaşdırılmasına yol verməmək, təlim-


87 
də onu müəyyən ölçüdə (təsəvvür zəif olduqda) tətbiq etmək; 
- əyaniliyin müxtəlif növlərindən əlaqəli şəkildə istifadə 
etmək. 
Şüurluluq, fəallıq və müstəqillik prinsipi. Bu prinsip 
tələbələrin təlimdə fəallığını, mənimsəmənin şüurluluğunu tə-
min etməyi nəzərdə tutur və belə bir qanuna əsaslanır: tələbə 
mənimsəmə prosesinə nə qədər şüurlu, fəal və müstəqil yana-
şırsa, təlimin səmərəsi bir o qədər yüksəlir. Əksinə, passivlik, 
əzbərçilik mənimsəmənin və bütövlükdə təlimin keyfiyyətinə 
mənfi təsir göstərir. Şüurluluq və fəallıq təlimdə formalizm və 
əzbərçiliyə qarşı mübarizədə böyük əhəmiyyət kəsb edir. 
Şüurlu mənimsəmənin bir neçə əlaməti vardır: elmi bi-
liyin başa düşülməsi, düzgün ifadə olunması, tətbiqi, yeni fakt 
və misalların tapılması, bilik və bacarıqların yoxlanması və 
səhvlərin düzəldilməsi. 
Şüurluluq fəallıqla vəhdət təşkil edir: təlimə şüurlu yana-
şan tələbə həm də fəal olur. Fəallıq zehni məsələlərin həllində 
(zehni fəallıq) və nəzəri biliklərin tətbiqində (əməli fəallıq) 
habelə tələbənin təlimə səyində özünü göstərir. 
Şüurluluq və fəallıq tələbələrin müstəqilliyi ilə bağlıdır: 
müstəqillik şüurluluq və fəallığın yüksək təzahür formasıdır. 
Müstəqillik müəllimin bilavasitə köməyi olmadan tələbənin 
müəyyən zehni və əməli məsələləri, problemləri öz gücü ilə 
həll etməsində ifadə olunur. Bu zaman tələbə təlimə səylə ya-
naşır, təşəbbüskarlıq və fəallıq göstərir. 
Şüurluluq, fəallıq və müstəqillik təlimin mühüm amili 
olub, bilik və bacarıqların mənimsənilməsinin sürətinə, dərin-
liyinə, möhkəmliyinə həlledici təsir göstərir. Tələbə şüurlu mə-
nimsədiyi biliklərdən sərbəst və yaradıcı şəkildə istifadə edir, 
onları müxtəlif şəraitdə, peşə fəaliyyətində asanlıqla tətbiq 
etmək imkanı qazanır. 
Bu prinsipin tətbiqi müəyyən qaydalarla bağlıdır: 
- tələbələrin fəallığı və şüurluluğu üçün əlverişli şərait 
yaratmaq, bu keyfiyyətləri stimullaşdırmaq; 


88 
- tələbələrin zehni və əməli fəallığını əlaqələndirmək; 
- təlimdə müxtəlif növ müstəqil işlərə, o cümlədən 
yaradıcı işlərə, problemlərin həllinə geniş yer vermək; 
- tələbələri fəal təlimə cəlb etmək üçün həm zahiri va-
sitələrdən (səmimi ünsiyyət, həvəsləndirmə, tələb, əyanilik, in-
teraktiv metodlar və s.), həm də daxili stimullardan (biliklərə 
tələbat, təlimə maraq, idrak motivləri və s.) vəhdətdə istifadə 
etmək. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin