71
prosesdə
tələbənin inkişafı bir neçə istiqamətdə gedir: a) tələbə
sistemli
bilikləri mənimsəyir; b) zehni və praktik bacarıqlara
yiyələnir; c) yaradıcı qabiliyyətləri və dünyagörüşü formalaşır;
ç) psixi prosesləri inkişaf edir.
Təlim prosesinin özü də inkişaf edir, təkmilləşir. Təlim
prosesinin
xarakteri, məzmunu cəmiyyətin tələbatı, elmi-tex-
niki tərəqqinin təsiri ilə müəyyən olunur. Bəs, inkişaf necə baş
verir, onun mənbəyini, hərəkətverici qüvvəsini nə təşkil edir?
Təlim prosesinin inkişafının əsas
hərəkətverici qüvvəsini
ziddiyyətlər və onların həlli təşkil edir. İdrak nəzəriyyəsinə
görə, inkişaf əks qüvvələrin vəhdəti və mübarizəsi yolu ilə baş
verir: insanın idrak fəaliyyətində hissi və rasional,
konkret və
mücərrəd, təhlil və tərkib, induksiya və deduksiya bir-birilə zid-
diyyət təşkil edir. Elmi idrakda olduğu kimi, təlim idrakı da
ziddiyyətli xarakter daşıyır.
Bu prosesdə həm xarici, həm də
daxili ziddiyyətlər özünü göstərir.
Əsas xarici ziddiyyət cəmiy-
yətin tələbləri ilə təlim prosesinin səviyyəsi arasındakı ziddiy-
yətdir. Bu ziddiyyəti konkret təhsil müəssisəsində təlimin
səmərə və keyfiyyətini yüksəltməklə aradan qaldırmaq olar.
Təlimdə
digər xarici ziddiyyətlər də özünü göstərir:
müəllimin öyrətmə fəaliyyəti ilə tələbənin öyrənmə fəaliyyəti
arasında; müxtəlif müəllimlərin tələbələr qarşısında qoyduqları
tələblər arasında; təlimin kollektiv forması ilə mənimsəmənin
fərdi xarakteri arasında
ziddiyyət; elmin sürətli inkişafı ilə
tədris proqramının məhdudluğu arasında ziddiyyət; tədrislə
mənimsəmə arasında ziddiyyət və s.
Təlim prosesində tələbələrin zehni inkişafında
daxili
Dostları ilə paylaş: