65
limin pedaqoji fəaliyyətdə müxtəlif nəticələr əldə etməsi, ilk
növbədə, onların nəzəri hazırlığı və pedaqoji ustalığı ilə izah
olunur.
Müəllim psixoloji biliklərə də yiyələnməli,
yaxşı psixoloq
olmalıdır. Pedaqogika və psixologiyanı yaxşı bilməyən müəl-
lim, K.D.Uşinskinin sözləri ilə desək, lazımi tibbi hazırlığı ol-
mayan ara həkiminə bənzəyir. Təbiidir ki, bu cür “həkimin”
“müalicəsi” heç bir nəticə vermir. Müəllim-tərbiyəçi də belədir:
pedaqogika və psixologiyanı bilməyən müəllim də pedaqoji
fəaliyyətdə kortəbii hərəkət edir, tələbələrə lazımi təsir göstərə
bilmir, tədris-tərbiyə işini səmərəli qurmaqda çətinlik çəkir.
3) Pedaqoji ustalığın mühüm bir ünsürünü
pedaqoji-peşə
qabiliyyətləri təşkil edir. Müəllim
əvvəlki bölmədə nəzərdən
keçirilən peşə qabiliyyətlərinə – akademik, didaktik, konstruktiv,
ünsiyyət, təşkilatçılıq, perseptiv və b. qabiliyyətlərə mükəmməl
yiyələndiyi zaman ustad pedaqoq sayıla bilər. Bu qabiliyyətlər
ayrılıqda yox, qarşılıqlı vəhdətdə, kompleks halında tətbiq olun-
duqda yüksək nəticələr əldə etmək mümkündür.
Bəzi pedaqoji-psixoloji ədəbiyyatda (N.V.Kuzmina,
İ.A.Zyazyun) müəllimin peşə qabiliyyətləri içərisində mərkəzi
yer tutan, digərlərini birləşdirən qabiliyyət kimi insana – forma-
laşmaqda olan tələbə (şagird) şəxsiyyətinə
emosional münasibət,
həssaslıq yüksək qiymətləndirilir. Həssas müəllim tələbələrin
daxili mənəvi aləmini ürəkdən duyur, onları başa düşür, dərd-
lərinə və sevinclərinə şərik olur, onların da həssas, dolğun şəx-
siyyətlər kimi formalaşmasına çalışır.
4) Müəllimin pedaqoji ustalığının daha vacib bir ün-
sürünü
pedaqoji texnika təşkil edir. Pedaqoji texnika müəl-
limin davranışının zahiri forması olub, bir sıra bacarıqlarda
ifadə olunur: müəllimin zahiri görünüşü, özünü idarə etməsi,
emosional
vəziyyəti, nitq texnikası və s.
Müəllimin zahiri görkəmi estetik və pedaqoji tələblərə
cavab verməlidir: onun geyimi, saçı səliqəli, qadın müəllim-
lərin istifadə etdikləri bəzək əşyaları və kosmetik vasitələr
66
müəyyən hədd çərçivəsində olmalıdır. Müəllimin zahiri görkə-
minin estetik təsiri onun sifət ifadəsində, yerişində, oturuşu və
duruşunda, baxışında, jestlərində, yəni davranışın hər bir xır-
dalığında öz əksini tapmalıdır. Davranışın bu xırda detalları tə-
ləbələrdə
müəllimin sakit, təmkinli, mehriban, inamlı bir şəx-
siyyət olması haqda təsəvvür yaratmalıdır. Müəllimin stola ya-
yılmış oturuşu, yerə dikilmiş başı, süst qolları, laqeyd baxışları
onun daxilən zəifliyini, özünə inamsızlığını göstərir.
Müəllimin mimikası, jestləri danışığın məzmununa uyğun
olmalı, informasiyanın emosional təsirini artırmağa xidmət
etməlidir: xoş bir məsələdən danışanda müəllimin sifəti də xoş
ifadə almalı, gözləri “gülməli”, səsi mülayim olmalıdır. Ciddi
bir məsələdən gülümsəyərək danışmaq olmaz.
Pedaqoji
texnika müəllimin öz emosiyalarını, əhvalını
idarə etmək bacarığında da ifadə olunur. Müəllim şən və nik-
bin olmalı, yeri gəldikcə zarafat etməyi bacarmalı, yumor his-
sinə malik olmalıdır. Müxtəlif vəziyyətlərdə (məşğələdə, ün-
siyyət prosesində, sevinc və kədərli hallarda, əsəbi vəziyyətdə)
müəllimin öz emosional halını idarə etməsi vacib şərtdir. Buna
görə də müəllim daim özünə nəzarət etməli, özünü ələ almağa
çalışmalıdır.
Pedaqoji ustalığın nəzərdən keçirilən ünsürləri bir-birilə
qarşılıqlı vəhdət təşkil edir. Belə ustalığa nail olmaq üçün
müəllim öz fəaliyyətini humanist istiqamətdə qurmalı, pedaqoji
peşə biliklərinə və qabiliyyətlərinə, pedaqoji texnikaya yiyələn-
məlidir. Pedaqoji ustalıq hazır verilmir; müəllim öz üzərində
müntəzəm, sistemli və məqsədyönlü şəkildə işləməklə ona
yiyələnə bilər. A.S.Makarenkonun
təbirincə desək, həkimlərə,
musiqiçilərə müvafiq peşə bacarıqları, ustalıq öyrədildiyi kimi,
gələcək müəllimlərə də pedaqoji ustalığı öyrətmək – xüsusi
kurs keçmək lazımdır.
Dostları ilə paylaş: