37
əlamətlər (sifət quruluşu, gözün və saçın rəngi və s.),
habelə
fizioloji əlamətlər (sinir sisteminin tipi, hiss orqanları, baş
beynin xüsusiyyətləri, sinir hüceyrələrinin miqdarı və s.) nəsil-
dən-nəslə keçir. Bütün bunlar gələcəkdə insanın xüsusiyyətlə-
rinin,
qabiliyyətlərinin, o cümlədən zehni qabiliyyətlərinin in-
kişafı üçün zəmin yaradan təbii imkanlardır. Bu imkanlar or-
qanizmin inkişafı
üçün ilkin şərtlərdir, lakin şəxsiyyətin for-
malaşması üçün həlledici amillər deyildir. İnsanın inkişafının
sosial şəraitindən asılı olaraq irsi imkanlar şəxsiyyətin müvafiq
qabiliyyətlərinin və psixi keyfiyyətlərinin inkişafı üçün əlverişli
zəmin ola bilər və ya heç üzə çıxmaya da bilər. Hər şey insanın
düşdüyü şəraitdən, sosial mühitdən, aldığı təhsil və tərbiyədən
asılıdır.
İrsi informasiyaların daşıyıcıları genlərdir. İnsan hücey-
rələrində 40 mindən çox gen vardır. Genlər sabit, dayanıqlıdır,
lakin onlar daxili səbəblərdən və xarici təsirlərdən (alkoqol,
narkotika,
şüalanma, yoluxucu xəstəliklər və kimyəvi maddə-
lərdən) dəyişikliyə (mutasiyaya) uğrayır. Belə dəyişkənlik irsi
xəstəliklərə səbəb olur və yeni nəslə ötürülür.
Normal genin
qüsurlu (ressesiv) genə çevrilməsi nəticəsində müxtəlif xəs-
təliklər (o cümlədən irsi xəstəliklər) yaranır. Məsələn, insanda
normal eşitməni təmin edən genin dəyişikliyə uğrayaraq qü-
surlu genə çevrilməsi doğulan uşaqda zəif eşitmə və ya lal-kar-
lıq yaradır. Yaxud, qanın laxtalanmasını təmin
edən genin də-
yişkənliyi hemofiliya (qanın laxtalanmaması) xəstəliyinə səbəb
olur. Belə hallar ən çox qan qohumluğu olan nikahlarda (əmi-
oğlu, əmiqızı, dayıoğlu, dayıqızı) baş verir. Tibbi tədqiqatlar
göstərir ki, valideynlərdən biri sağlam,
digəri xəstə olduqda
normal və xəstə doğulan uşaqlar 1:1 nisbətində olur. Hər iki
xəstə valideyndən doğulan hər dördüncü uşaq normal olur.
Genlərlə hazır qabiliyyətlər ötürülürmü? Bəzi empirik
faktlar əsasında qabiliyyətlərin
irsən keçməsi haqda müəyyən
rəylər irəli sürülür. Məsələn, dünya şöhrətli bəstəkarlardan
Baxın 16, Ü.Hacıbəylinin 4 nəslinin öyrənilməsi əsasında bu
38
nəsillərdə çoxlu musiqiçi olduğu müəyyən edilmişdir. Lakin bu
fikri təkzib edən digər faktlar da vardır. Belə ki, A.S.Puşkinin
256 nəvə, nəticə və kötükcəsi içərisində heç bir şair və yazıçı
olmamışdır.
İnsanın təbii imkanları dəyişməz deyildir. Onlar həyat
şəraitinin, tərbiyə və mühitin təsiri ilə dəyişə bilər.
Dostları ilə paylaş: