9
məzmunu, vasitə, metod və formaları və s.). Bütün bunlar bir-
birilə qarşılıqlı əlaqədə olub, birlikdə vahid və bütöv pedaqoji
prosesi təşkil edir və ümumi məqsədə
- şəxsiyyətin ahəngdar
inkişafına xidmət göstərir.
3. Ali məktəb pedaqogikasının metodoloji əsasları,
digər elmlərlə əlaqəsi
Pedaqogika, o cümlədən ali məktəb pedaqogikası tədqiqat
işində müəyyən metodoloji ideya və baxışlara, nəzəriyyələrə
istinad edir. Pedaqogikanın
metodoloji əsası dedikdə, elmin nü-
vəsini təşkil edən və onun inkişafına güclü təsir göstərən mü-
hüm fəlsəfi müddəalar, ideya və prinsiplər sistemi başa düşülür.
Metodoloji müddəa və prinsiplər
alimin tədqiqat mövqeyini,
tədqiqatın istiqamətini müəyyən edir, onun səmərə və keyfiy-
yətini yüksəltməyə imkan verir.
Ali məktəb pedaqogikasının metodoloji müddəaları ara-
sında pedaqoji məsələlərin öyrənilməsinə
dialektik yanaşma
prinsipi, idrak nəzəriyyəsi (qnoseologiya)
ümumi, fundamental
səciyyə daşıyır, pedaqoji tədqiqatların strategiyasını müəyyən-
ləşdirməyə kömək göstərir.
Dialektik yanaşma prinsipi pe-
daqoji fakt, hadisə və prosesləri hərtərəfli öyrənməyi,
dəyişmə
və inkişaf halında götürməyi, onlar arasında qarşılıqlı əlaqələri
və daxili ziddiyyətləri aşkara çıxarmağı, inkişafın hərəkətverici
qüvvələrini müəyyənləşdirməyi nəzərdə tutur.
Pedaqoji tədqiqatda ümumi metodoloji prinsiplə yanaşı,
xüsusi metodoloji prinsiplərə də istinad edilir: sistemli-struktur
yanaşma prinsipi, fəaliyyət prinsipi, şəxsiyyət baxımından
yanaşma prinsipi.
Dostları ilə paylaş: