8
Təhsil insanın sistemləşdirilmiş bilik, bacarıq və vərdişlə-
rə
yiyələnməsi, bu zəmində onun dünyagörüşünün formalaş-
ması, tərbiyə və inkişafı prosesi, habelə onun nəticəsidir. Təhsil
müxtəlif yollarla – təlim və özünütəhsil yolu ilə (eləcə də on-
ların vəhdəti ilə) əldə edilir.
Özünütəhsil insanın öz zehni inkişafı ilə müntəzəm məş-
ğul olması, idrak tələbatlarını ödəməsi prosesidir.
Özünütəhsil
təlimlə yanaşı getməli, bir-birini tamamlamalıdır. Bu halda tə-
limdə daha yaxşı nəticə əldə etmək mümkündür və əksinə.
Tələbə yalnız müəllimin mühazirəsi ilə kifayətlənirsə,
mövzu
ilə bağlı əlavə mənbələrdən bilik almırsa, öz üzərində işləmirsə,
təlimdə irəliləyə bilməz, bir mütəxəssis kimi yetişə bilməz.
Təlim müəllimin rəhbərliyi altında təhsilalanların sis-
temləşdirilmiş bilik, bacarıq və vərdişlərə yiyələnməsi prose-
sidir. O, biliyin sadəcə müəllimdən tələbəyə (şagirdə) ötürül-
məsi prosesi olmayıb, təhsilalanın fəal idrak prosesidir:
bilik-
sizlikdən biliyə doğru keçdiyi mürəkkəb yoldur. Burada ancaq
müəllimin birtərəfli fəallığı kifayət deyildir; tələbənin qarşılıqlı
fəallığı, səyi də vacibdir. Təlim iki fəaliyyət növünə – müəl-
limin öyrətmə (tədrisetmə) fəaliyyətinə
və tələbənin öyrənmə
(təhsilalma) fəaliyyətinə, onların vəhdətinə əsaslanır.
Dostları ilə paylaş: