M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Sistemli-struktur yanaşma prinsipi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə6/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Sistemli-struktur yanaşma prinsipi pedaqoji məsələlə-
rin həllinin bütün mümkün vasitə, metod, forma və amillərini 
qarşılıqlı vəhdətdə, bir tam halında nəzərdə keçirməyi tələb 
edir. Bu prinsip pedaqoji hadisələri müxtəlif koordinatlar siste-
mində öyrənməyə, onları şərtləndirən amilləri elmi baxımdan 
düzgün və ətraflı təhlil etməyə imkan verir.


10 
Pedaqoji tədqiqatlarda fəaliyyət prinsipi fəaliyyətin bü-
tövlükdə öyrənilməsini, onun ayrı-ayrı ünsürlərinin (fəaliyyətin 
məqsədi, motivi, icrası, tənzimlənməsi, nəzarət və nəticələrin 
təhlili) vəhdətdə götürülməsini nəzərdə tutur. 
Pedaqoji tədqiqatlarda şəxsiyyət baxımından yanaşma 
prinsipi şəxsiyyətin pedaqoji prosesdə obyekt və subyekt kimi 
götürülməsini, onun ahəngdar inkişafını, kollektiv və şəxsiy-
yətin qarşılıqlı əlaqəsini, təlim-tərbiyə işində şəxsiyyətin tələ-
bat, maraq və daxili fəallığından, şəxsi mövqeyindən çıxış 
etməyi nəzərdə tutur.
Pedaqogikanın metodologiyası onun digər elmlərə əlaqə-
sində də özünü göstərir. Ali məktəb pedaqogikası bir çox elm-
lərə sıx bağlıdır: fəlsəfə, etika, estetika, psixologiya, anatomiya 
və fiziologiya, genetika, kibernetika, iqtisadi nəzəriyyə və s. 
Fəlsəfə başqa elm sahələrində olduğu kimi, ali məktəb 
pedaqogikasının da nəzəri-metodoloji əsasını təşkil edir: təlim 
və təhsil nəzəriyyəsi fəlsəfənin idrak nəzəriyyəsinə, tərbiyə 
nəzəriyyəsi isə fəlsəfənin müxtəlif sahələrinə (etika, estetika) 
istinad edir. Fəlsəfi metodologiyadan çıxış edərək pedaqogika 
təlim-tərbiyə və mütəxəssis hazırlığının bir çox məsələlərinin 
düzgün həllinə nail ola bilər.
Fəlsəfə pedaqogikanı metodoloji ideya və baxışlarla, 
mənəvi-estetik dəyərlərlə, pedaqoji anlayış və kateqoriyaların, 
qanun, prinsip və metodların fəlsəfi duyumu ilə zənginləşdirir. 
Ali məktəb pedaqogikası psixologiya elmi ilə daha çox 
bağlıdır. Tələbə gənclərin psixi proseslərini, şəxsiyyət kimi in-
kişaf qanunlarını nəzərə almaqla pedaqogika təlim-tərbiyə işini, 
yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məsələlərini daha 
uğurla həll etmək imkanı qazanır.
Ali məktəb pedaqogikası psixologiyanın müxtəlif sahələri 
və digər elmlərlə əlaqəlidir. Çünki tələbə gənc bir çox elm sa-
hələrinin obyekti kimi çıxış edir. Ali məktəb pedaqogikası:
- Pedaqoji psixologiya ilə (pedaqoji təsirlərlə tələbə psi-
xikasında baş verən dəyişiklikləri, bilik, bacarıq və vərdişlərin 


11 
mənimsənilməsinin, insan münasibətləri və davranış motivlə-
rinin formalaşmasının qanunauyğunluqlarını və psixoloji mexa-
nizmlərini öyrənir); 
- Yaş psixologiyası ilə (yaşla bağlı psixi dəyişmələri öyrənir); 
- Sosial psixologiya ilə (tələbələrin bir-birilə və müəllim-
lərlə qarşılıqlı münasibətlərini, kollektiv münasibətləri öyrənir); 
- Sosiologiya ilə (sosial münasibətləri, tələbələrin sosial 
tərkibi, müəllimlərin sosial statusu və rolu, peşələrə bələdləşmə 
və s. məsələləri öyrənir); 
Kibernetika ilə (mürəkkəb dinamik sistemlərdə idarəet-
prosesini, informasiyaların ötürülməsi və mənimsənilməsi 
mexanizmlərini öyrənir); 
Ali məktəb pedaqogikası birbaşa və dolayısı ilə, demək olar 
ki, bütün elm sahələri ilə əlaqədardır. Ayrı-ayrı elmlərlə bağlı olan 
fənlər (dil, ədəbiyyat, tarix, fizika, riyaziyyat, kimya, biologiya, 
coğrafiya və b.) və onların tədrisi məsələləri pedaqogikanın bir 
qolu olan metodikanın tədqiqat mövzusunu təşkil edir. 
Ali məktəb pedaqogikası ümumi pedaqogika və müxtəlif 
pedaqoji elm sahələri ilə də əlaqəlidir: sosial pedaqogika, gənc-
lər pedaqogikası, autoqogika (özünütərbiyə qanunauyğunluqla-
rını öyrənir), gender pedaqogikası, müqayisəli pedaqogika, pe-
daqogika tarixi, pedaqoji konfliktologiya, korreksion pedaqo-
gika, pedaqoji antropologiya (insan, onun mövcudluğu, şəxsiy-
yət kimi formalaşması üzrə baxışlar sistemini əks etdirir), an-
droqogika (yaşlılar pedaqogikası), erqonomika (əmək prosesin-
də insanın funksional imkanları, əmək şəraiti ilə iş qabiliy-
yətləri arasındakı qanunauyğun əlaqələri öyrənir) və s. 
Pedaqogikanın başqa elm sahələri ilə əlaqəsi qarşılıqlı 
səciyyə daşıyır və yeni elm sahələrinin yaranması üçün əsas 
verir. Məsələn, belə əlaqə sayəsində təhsil və tərbiyə fəlsəfəsi, 
pedaqoji psixologiya, psixopedaqogika, təhsil iqtisadiyyatı, 
təhsil menecmenti və s. elm sahələri yaranmışdır. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin