M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Nəzəri tədqiqat metodları



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə8/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Nəzəri tədqiqat metodları nəzəri mənbələrin öyrənil-
məsi, təhlili və nəticə çıxarılması məqsədi güdür. Nəzəri təd-
qiqatlar praktik faktlar səviyyəsində yox, əsasən, pedaqoji an-
layışlar səviyyəsində aparılır və pedaqogikanın köklü problem-
lərinə (məsələn, pedaqoji qanun və prinsiplərin tədqiqi, şəxsiy-
yətin formalaşması amillərinin öyrənilməsi və s.) həsr olunur. 
Nəzəri tədqiqat metodlarına daxildir: təhlil və tərkib, in-


14 
duksiya və deduksiya, modelləşdirmə, müqayisəli-tarixi təhlil 
metodları. 
Nəzəri təhlil (analiz) metodu pedaqoji hadisələri tərkib his-
sələrinə bölməyi, başlıca əlaməti, xüsusiyyəti ayırmağı nəzərdə 
tutur. Təhlil həmişə tərkiblə (sintezlə) – ayrı-ayrı hissələrin, əla-
mətlərin əlaqələndirilməsi, ümumiləşdirilməsi metodu ilə mü-
şayiət olunur, onunla tamamlanır. Təhlil və tərkibin vəhdəti 
pedaqoji hadisələrin mahiyyətini dərk etməyə, ümumidə xüsusi, 
xüsusidə isə ümumi cəhəti tapmağa imkan verir.
Pedaqoji tədqiqatlarda çox vaxt induksiya (konkret fakt-
lardan ümumi nəticələr çıxarmaq) və deduksiya (ümumi nəticə-
ni konkret faktlara tətbiq etmək) metodlarına da müraciət olu-
nur. 
Modelləşdirmə – müəyyən pedaqoji sistemi xüsusi ana-
loqlar (modellər) yaratmaq yolu ilə təsvir etmək metodudur. Bu 
metod əyani – obrazlı şəkildə (sxem, çertyoj, sözlə təsvir), 
öyrənilən pedaqoji prosesi xarakterizə etməyə imkan verir. Bu 
yolla, məsələn, dərsin quruluşunun, onun müxtəlif tiplərinin, 
şəxsiyyətin inkişafının səmərəli modelini qurmaq olar. 
Müqayisəli – tarixi təhlil metodu müxtəlif tarixi dövr-
lərdə, dünya təcrübəsində ayrı-ayrı pedaqoji sistemləri müqa-
yisəli şəkildə öyrənməyə, bu əsasda müasir pedaqoji prob-
lemlərin həlli yollarını müəyyənləşdirməyə imkan verir. 
Pedaqoji tədqiqatda bəzən empirik-nəzəri metodlar əla-
qəli şəkildə tətbiq olunur. Belə metodlara eksperiment, təcrübi-
eksperimental iş, sınaq metodları daxildir. 
Pedaqoji eksperiment müəyyən pedaqoji fərziyyəni yox-
lamaq metodudur. Onun məqsədi pedaqoji prosesdə səbəb-nə-
ticə əlaqələrini, kəmiyyətlər arasındakı asılılığı öyrənməkdən, 
yeni forma və metodların səmərəliliyini aşkara çıxarmaqdan və 
s. ibarət ola bilər. Məqsədinə görə pedaqoji eksperimentin bir 
neçə növü ayırd edilir: müəyyənedici, öyrədici və yoxlayıcı 
eksperiment. 
Təşkili formasına görə eksperiment üç cür olur: təbii (adi, 


15 
təbii şəraitdə keçirilir), laborator (laboratoriya şəraitində keçi-
rilir) və kompleks eksperiment (həm təbii, həm də laborator 
şəraitdə keçirilir). Eksperimentin təşkili üçün iki paralel sinif 
(qrup) götürülür: bunlardan birində iş yeni qaydada təşkil edilir 
(eksperimental sinif və ya qrup), digərində isə ənənəvi qaydada 
aparılır (kontrol sinif və ya qrup). Müəyyən müddətdən (1 rüb, 
1 il) sonra hər iki sinifdə (qrupda) işin nəticəsi yoxlanılır və bir-
biri ilə müqayisə edilir. Eksperiment yaxşı nəticə verərsə, onu 
bir qədər geniş miqyasda aparmaq lazımdır. 
Eksperimentin səmərəli nəticə verməsi üçün onu başqa 
metodlarla (müşahidə, müsahibə, anket sorğusu və s.) əlaqələn-
dirmək mühüm şərtdir. 
Pedaqoji tədqiqatlarda eksperiment metodu ilə yanaşı, 
təcrübi-eksperimental iş, sınaq metodları da tətbiq olunur. Bu 
zaman müəyyən proqram (plan) üzrə təcrübə işləri aparılır, 
onların səmərəliliyi öyrənilir. 
Pedaqoji tədqiqatlarda yeri gəldikcə riyazi-statistik və 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin