13
nə məqsədlə izləyəcəyini əvvəlcədən müəyyən edir, müvafiq
faktlar toplayır, onları qruplaşdırır və ilkin nəticə çıxarır.
Pedaqoji müsahibə – müəyyən pedaqoji hadisənin mahiy-
yətini, səbəblərini, başvermə şəraitini aşkara çıxarmaq məqsədi
ilə aparılan sual-cavab metodudur. Müsahibəyə hazırlıq zamanı
onun nə məqsədlə, kimlərlə (müəllim, valideyn, məktəb işçiləri
və ya tələbələrlə), hansı suallar əsasında aparılacağı müəyyən-
ləşdirilir. Müsahibə prosesində alınan cavablar dəqiq qeyd edil-
məli (və ya lentə yazılmalı), sonra isə ciddi təhlil olunmalıdır.
Anket sorğusu – bu və ya digər pedaqoji məsələ (prob-
lem) barədə müəllim, tələbə və ya valideynlərin mövqeyini,
rəyini öyrənmək, hər hansı pedaqoji hadisənin tipikliyini müəy-
yən etmək məqsədi ilə aparılan yazılı sorğudur. Anket sorğu-
sunda sualların düzgün seçilməsi və ifadə olunması mühüm
şərtdir.
“
Pedaqoji konsilium” metodu – bu və ya digər pedaqoji
fakt, hadisə və ya konkret tələbə ilə bağlı pedaqoji işçilərin
(müəllimlərin) kollektiv müzakirəsi, fakt və ya hadisənin qiy-
mətləndirilməsi, çətinliklərin araşdırılması və optimal tədbir-
lərin müəyyən edilməsi metodudur.
Pedaqoji sənədlərin və fəaliyyət məhsullarının öyrənil-
məsi – tədqiqatda bəzi zəruri faktları toplamağa xidmət edən
metodlardır. Məktəb sənədləri (jurnallar, hesabatlar, iş planları,
şəxsi işlər və s.), habelə tələbənin fəaliyyət məhsulları (yazı,
rəsm, əmək işləri, yaradıcılıq məhsulları və s.) təlim-tərbiyə iş-
lərinin vəziyyəti, təlim müvəffəqiyyəti haqda müəyyən mə-
lumat əldə etməyə imkan verir.
Dostları ilə paylaş: