7
Pedaqogikanın, o cümlədən ali məktəb pedaqogikasının
kateqoriyalarına pedaqoji proses, tərbiyə, təhsil, təlim, tədris-
etmə, öyrənmə,
özünütəhsil, özünütərbiyə, şəxsiyyətin inkişafı
və s. daxildir. Onların mahiyyətini qısaca nəzərdən keçirək.
Pedaqoji proses daha geniş kateqoriya olub,
bir çox ka-
teqoriya və anlayışları (tərbiyə, təhsil, təlim, şəxsiyyətin inki-
şafı, özünütəhsil, özünütərbiyə və s.) özündə birləşdirir, onların
vəhdətini nəzərdə tutur. O, pedaqoji fəaliyyətin nüvəsini, baş-
lıca şərtini təşkil edir: pedaqoji proses
düzgün qurulduqda təhsil
müəssisəsində yüksək səmərə və keyfiyyət əldə etmək müm-
kündür və əksinə. Pedaqoji prosesin hər hansı bir komponen-
tinə (məsələn, özünütəhsil və ya özünütərbiyəyə) lazımı diqqət
yetirilmədikdə digər komponentlərdə də uğur qazanmaq müm-
kün deyildir.
Tərbiyə – insan
şəxsiyyətinin məqsədyönlü, sistemli və
planlı şəkildə formalaşması prosesinin idarə edilməsi və onun
nəticəsidir. O, iki mənada – geniş və dar mənada işlənir. Geniş
(sosial) mənada tərbiyə sosial təcrübənin (əvvəlki nəsillərin əl-
də etdiyi bilik və bacarıqların, ideya və baxışların)
gənc nəslə
verilməsi prosesi kimi başa düşülür. Bu halda tərbiyə bioloji,
sosial təsirləri,
o cümlədən tərbiyə, təhsil və təlimi də özündə
birləşdirir. Dar (pedaqoji) mənada tərbiyə dedikdə isə məktəbdə
və ailədə verilən tərbiyə (o cümlədən təlim və təhsil) başa dü-
şülür.
Dostları ilə paylaş: